Psixologiyanın predmeti və vəzifələri.
Psixologiya yunan sözü olub (ruhi aləm, bilik, öyrənmək, elm) psixika haqqında elm deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir. Müasir dövrdə insanı 200-dən artıq elm sahəsi öyrənir. Onlardan biri də psixologiyadır.
Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur.Bu baxımdan heyvanları və insanı öyrənən müxtəlif elmlərin (anatomiya, biologiya, neyrofiziologiya, təbabət və s-nin, o cümlədən psixologiyanın) obyektieynidir. Elmlər bir-birindən, adətən, öyrəndikləri obyektə görə deyil, heyvan və insan öyrənən elm sahələrinin özünəməxsus ayrıca predmeti (mövzusu) vardır.
Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Elmin predmeti onun öz obyektinə yanaşma tərzini, başqa sözlə, tədqiqat metodlarını müəyyən edir və mevafiq anlayışlar sisteminin köməyilə çərh olunur.
VƏZİFƏLƏRİ: Hər bir elmin xüsusi olduğu kimi, müəyyən vəzifəsi də vardır. Elmin vəzifələri bir tərəfdən onun inkişaf səviyyəsi ilə, digər tərəfdən cəmiyyətin irəli sürdüyü tələblərlə əlaqədar olaraq müəyyən edilir. Beləliklə psixologiyanın vəzifəsipsixi hadisələrin bir-birindən ayrılmaz olan obyektiv cəhəti ilə subtektiv cəhətləri arasındakı asılılığı elmi şəkildə öyrənməkdən ibarətdir.
Psixika beyin fəaliyyətinin məhsulu olduğundan psixi hadisələri izah və idarə etməkdə onların fizioloji – maddi əsasının tətbiqi də çox mühümdür.
Dostları ilə paylaş: |