Psixologiya elminin inkişafının üçüncü mərhələsi. İlk dəfə Vilhelm Vundtun Almaniyanın Leypsiq şəhərində ilk eksperimental psixologiya laboratoriyasını yaratmaqilə öz fəaliyyətinə başlayır. Eksperimental psixologiya laboratoriyasını yaranması ilə pixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə çevrildi. Lakin V.Vundtunassosianist yanaşmanın əsasında qurduğu psixoloji model insanın ruhi aləmi, emosinal haləti, şəxsiyyətin strukturu, yaradıcı fəallığı ilə bağlı yeni faktlar verə bilmədi.
Psixologiya elminin inkişafının dördüncü mərhələsi.XX əsrin II yarısında yeni psixologiya məktəbləri və istiqamətləri: humanist psixologiya, genetik psixologiya, koqnitiv psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf mərhələsinə daxil oldu.Bu mərhələnin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.
Psixologiya elminin sahələri.
Psixologiya böyük nəzəri və əməli əhəmiyyətə malikdir. Elmi psixologiya idrak prosesinin şüur hadisələrinin mahiyyətini, əsas xüsusiyyətlərini düzgün izah etməklə ruh haqqında idealist, dini görüşlərin əsassızlığını ifşa edir və beləliklə, maddi aləm haqqında düzgün elmi materialist dünyagörüşünün təşəkkül etməsinə qüdrətli təsir göstərir. Gənc nəslin təlim və tərbiyəsini düzgün, səmərəli qurmaq işində psixologiyanın əhəmiyyəti çox böyükdür. Bu cəhətdən psixologiya böyüyən nəslin təlim-tərbiyə məsələləri ilə məşğul olan pedaqogika ilə sıx əlaqədardır.
Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfi deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırkı dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun “elmlər üçbucağı”nda bunu aydın görürük. B.M.Kedrova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur.
Psixologiya çoxsahəli bir elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil şəkildə inkişaf edən müxtəlif sahələri vardır. Məhz buna görə də “psixologiya elmi” deyil, “psixologiya elmləri” termininin işlədilməsi daha çox yerinə düşərdi. Belə ki, hər 4-5 ildən bir psixologiya elminin yeni bir sahəsinin yaranmasının şahidi oluruq.
Psixoloji elmlər sistemi ümumi psixologiyadan və psixologiya elminin müxtəlif sahələrindən ibarətdir.
Müasir ensiklopediya və lüğətlərdə psixologiya elminin yüzdən çox sahəsi haqqında məlumat verilir. Bunları sadalamaqla təsvir etmək məqsədəuyğun deyildir. Psixoloji tədqiqatlar göstərir ki, psixoloji fənlərin böyük əksəriyyəti konkret fəaliyyət sahələrini öyrənir. Müasir psixoloji fənləri təsnif etmək üçün mövcud ədəbiyyatda aşağıdakı üç prinsipdən istifadə olunur:
Dostları ilə paylaş: |