Postmenopauzal dövrdə olan hiperandrogeniyanin kliNİk-diaqnostik xüsusiYYƏTLƏRİ



Yüklə 136,32 Kb.
səhifə6/27
tarix02.02.2022
ölçüsü136,32 Kb.
#114078
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   27
Tədqiqatın elmi yeniliyi. Aparılan tədqiqat nəticəsində post­meno­pauzal dövrdə hiperandrogeniya sindromunu yaradan səbəblər və rastgəlmə tezliyi təyin edilmişdir. Müəyyən edilmişdir ki, postme­nopauzal dövrdə hiperandrogeniya sindromunun səbəblərin­dən yük­sək tezliklə piylənmə (40%), yumurtalıqların polikistoz sindromu (38%), nisbətən az tezliklə yatrogen mənşəli (22%) hiperandrogeniya qeydə alınır. Hiperandrogeniya sindromuna səbəb olan patologi­yalar­da klimakterik sindromun müxtəlif ağırlıq dərəcələri qeyd olun­muş­dur.

Yumurtalıqların polikistoz sindromu fonunda klimakterik sin­dro­mun ağır dərəcəsi – Modifikasiya olunmuş Menopauzal İndeks 65,2±0,7 bal, piylənmə fonunda klimakterik sindromun orta ağır də­rə­cəsi – Modifikasiya olunmuş Menopauzal İndeks 55,5±1,78 bal, yatrogen mənşəli klimakterik sindromun yüngül dərəcəsi – MMİ 32,6±1,35 bal təyin edilmişdir.

Müəyyən edilmişdir ki, postmenopauzal dövrdə androgenlərin artması fonunda karbohidrat mübadiləsinin pozulması qeydə alınır, bu da postmenopauzal dövrdə olan qadınların endokrin-metabolik pozul­malarını təyin edir. Aparılan tədqiqatda yumurtalıqların poli­kistoz sindromu və piylənmə fonunda hiperandrogeniyası olan qadın­larda yüksək tezliklə endometriumun hiperplastik proseslərinin ya­ran­ma ehtimalının artması, bunun da postmenopauzal dövrdə hiper­an­dro­geniyası olan qadın­larda endometriumun neoplastik proses­ləri­nin risk amili ol­ması göstərilir.

Təyin edilmişdir ki, təbii və sintetik hestagenlərin, antidepres­sant­ların, antitiroid preparatlarının qəbulu, postmenopauzal dövrdə hiperan­drogeniya sindromunun yaran­masına səbəb olur.




Yüklə 136,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin