Press-reliZ



Yüklə 47,25 Kb.
tarix22.10.2017
ölçüsü47,25 Kb.
#9303

28 avqust 2000-ci il tarixli 139 №-li Əmri ilə təsdiq edilmişdir

11 aprel 2002-ci il tarixli 66 №-li, 30 sentyabr 2005-ci il tarixli 166 №-li və 22 iyun 2006-cı il tarixli 0109 №-li Əmrlərin redaksiyasında


Dövlət istiqrazlarının emissiyası, tədavülü və ödənilməsi haqqında

Əsasnamə


  1. Ümumi müddəalar




    1. Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» Əsasnaməyə və 2000-ci il 04 fevral tarixli 271 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında" Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.

    2. Bu Əsasnamə dövlət istiqrazlarının (bundan sonra - istiqrazlar) emissiyasını, tədavülünü və ödənilməsini tənzimləyir.

    3. İstiqrazların emitenti qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - emitent) çıxış edir.

    4. Kütləvi təklif üsulu ilə yerləşdirilən istiqrazlar Bakı Fond Birjası (bundan sonra - "birja") vasitəsi ilə birjanın üzvləri tərəfindən (bundan sonra - "hərrac iştirakçıları") öz adlarından və öz hesablarına, və ya öz adlarından müştərilərinin (bundan sonra - "investorlar") hesabına və onların tapşırığı ilə əldə edilə bilər.

    5. İstiqrazların yerləşdirilməsi, ödənilməsi, habelə istiqrazlar üzrə faizlərin ödənilməsi ilə bağlı emitentlə birjanın hüquq və vəzifələri onlar arasında bağlanan müqavilə ilə tənzimlənir.

    6. Kütləvi təklif üsulu ilə yerləşdirilən istiqrazlar Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri tərəfindən məhdudiyyətsiz əldə oluna bilər.

    7. Bu Əsasnamənin müddəaları Dövlət daxili uduşlu istiqrazların, habelə Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilən istiqrazların emissiyasına, tədavülünə və ödənilməsinə şamil olunmur.

2. İstiqrazların buraxılması.




      1. İstiqrazlar ayrı-ayrı buraxılışlarla yerləşdirilir.

      2. İstiqrazlar üzrə gəlir istiqrazın nominal dəyərindən faiz və (və ya) diskont (istiqrazın nominal dəyəri ilə yerləşdirmə qiyməti arasında fərq) şəklində müəyyən edilir.

      3. Dövriyyə müddəti 1 ilədək olan istiqrazlar (qısamüddətli istiqrazlar) nominal dəyərindən aşağı qiymətlə yerləşdirilir və belə istiqrazlar üzrə gəlir diskont şəklində müəyyən edilir. Dövriyyə müddəti 1 ildən 3 ilədək olan istiqrazlar (ortamüddətli istiqrazlar) və dövriyyə müddəti 3 ildən artıq olan istiqrazlar (uzunmüddətli istiqrazlar) üzrə gəlirliyin hesablanması qaydası emitent tərəfindən müəyyən edilir.

      4. Kütləvi təklif üsulu ilə yerləşdirilən istiqrazların emissiya prospektinin dövlət qeydiyyatı üçün emitent Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - "QKDK") aşağıdakı sənədləri təqdim etməlidir:

        1. istiqrazların emissiya prospektinin dövlət qeydiyyatı üçün məktub;

        2. istiqrazların emissiyası haqqında emitent tərəfindən qəbul edilmiş qərarın (əmrin) surəti;

        3. emissiya prospekti;

        4. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin surəti.

  1. Qapalı yerləşdirilən istiqrazların emissiyası haqqında qərarda (əmrdə) aşağıdakılar göstərilməlidir:

    1. emitentin tam adı və hüquqi ünvanı;

    2. istiqrazların emissiyası haqqında qərarın (əmrin) tarixi;

    3. emitentin istiqrazların emissiyası haqqında qərarı (əmri) qəbul etmiş səlahiyyətli orqanının adı;

    4. istiqrazların növü (faizli və ya faizsiz istiqrazlar), buraxılış forması, dövriyyə müddəti;

    5. istiqrazların yerləşdirilməsi, ödənilməsi, habelə onlar üzrə gəlirliyin hesablanması və ödənilməsi qaydası və müddəti;

    6. istiqraz sahibin bir istiqrazla təsbit edilmiş hüquqları;

    7. QKDK sədrinin 22 iyun 2006-cı il tarixli 0109№-li əmri ilə çıxarılmışdır;

    8. bir istiqrazın nominal dəyəri;

    9. istiqraz emissiyasının ümumi məbləği;

    10. istiqraz emissiyasına daxil olan istiqrazların sayı;

    11. QKDK sədrinin 22 iyun 2006-cı il tarixli 0109№-li əmri ilə çıxarılmışdır;

    12. QKDK sədrinin 22 iyun 2006-cı il tarixli 0109№-li əmri ilə çıxarılmışdır;

    13. emitentin rəhbərinin möhürlə təsdiqlənmiş imzası.

  2. Emissiya prospektində bu Əsasnamənin 2.5.1-ci, 2.5.2-ci, 2.5.3-cü, 2.5.4-cü, 2.5.5-ci, 2.5.6-cı, 2.5.8-ci, 2.5.9-cu, 2.5.10-cu və 2.5.13-cü bəndlərində göstərilən məlumatlar, habelə aşağıdakılar göstərilməlidir:

      1. qeyri-rəqabətli sifarişlərin limiti;

      2. istiqraz buraxılışının yerləşdirilməsinin baş tutmamış hesab edilməsi üçün əsas olan istiqrazların yerləşdirilməmiş hissəsi (buraxılışda olan istiqrazların sayına faizlə nisbəti);

      3. birjanın adı, olduğu yer, fond birjası fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi;

      4. istiqrazların saxlandığı depozitarinin adı, olduğu yer, depozitar fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi;

      5. istiqrazların yerləşdirilməsinə, ödənilməsinə, habelə onlar üzrə faizlərin ödənilməsinə (faizli istiqrazlar üçün) dair məlumatların kütləvi açıqlanması qaydası.

  1. QKDK sədrinin 11 aprel 2002-ci il tarixli 66№-li əmri ilə çıxarılmışdır.

2.7-1 Emitent qanunvericiliyə zidd olmayan digər məlumatları da istiqrazların emissiyası haqqında qərara və emissiya prospektinə daxil edə bilər.

2.7-2 Emissiya prospekti bir və ya daha artıq sayda istiqraz buraxılışları üçün tərtib oluna bilər. Bir təqvim ili ərzində yerləşdirilməsi nəzərdə tutulan və eyni hüquqları təsbit edən istiqrazlar üçün bir emissiya prospekti tərtib olunur.



  1. Emitent emissiya prospektində və digər təqdim edilən sənədlərdə olan məlumatın tamlığı və düzgünlüyü üçün cavabdehdir.

  2. İstiqrazların emissiya prospektinin QKDK tərəfindən dövlət qeydiyyatına alınmasını "Dövlət qiymətli kağızların emissiya prospektinin qeydiyyatı haqqında" arayış təsdiq edir.

  3. İstiqrazların yerləşdirilməsinin başlanma tarixinə 2 (iki) iş günü qalmış emitent istiqraz buraxılışının dövlət qeydiyyatına alınması üçün QKDK-ya aşağıdakılar barədə məlumatı əks edən məktub ilə müraciət etməlidir:

2.10.1. istiqraz buraxılışının ümumi məbləği (nominal dəyər üzrə);

2.10.2 istiqraz buraxılışına daxil olan istiqrazların sayı;

2.10.3 istiqraz buraxılışına daxil olan istiqrazların nominal dəyərləri;

2.10.4 istiqraz buraxılışına daxil olan istiqrazların buraxılış və ödəniş tarixi;

2.10.5 həmin buraxılışa daxil olan istiqrazların dövriyyə müddəti (günlə).


  1. İstiqrazlar buraxılışı dövlət qeydiyyatına alındıqda QKDK tərəfindən emitentə qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Emitent həmin şəhadətnaməni aldıqdan sonra, dövlət qeydiyyatından keçmiş istiqrazların yerləşdirilməsi hüququnu əldə edir.

  2. QKDK mövcud qanunvericiliyə müvafiq surətdə, istiqrazların dövlət qeydiyyatına alınmasından imtina edə bilər.

  3. İstiqraz buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra, emitent həmin buraxılışa daxil olan istiqrazlara aid olan məlumatı birja ilə bağlanmış müqaviləyə müvafiq olaraq, onun vasitəsi ilə hərrac iştirakçılarının və investorların nəzərinə çatdırmalıdır.

  4. İstiqrazların saxlanılması və istiqraz sahiblərinin hüquqlarının uçotu birjanın depozitarisi (bundan sonra - "depozitari") tərəfindən həyata keçirilir.

3. İstiqrazların yerləşdirilməsi




  1. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi, onların birja vasitəsi ilə hərraca çıxarılması yolu ilə həyata keçirilir.

  2. Hərracdan əvvəl emitent yerləşdirilmə üçün nəzərdə tutulan istiqraz buraxılışının tam həcmini depozitaridə, hərrac iştirakçıları isə alınacaq istiqrazların ödənilməsinə yönəldiləcək pul vəsaitini bu məqsədlər üçün birja tərəfindən açılmış xüsusi hesabda deponentləşdirməlidirlər.

  3. Hərrac günü sifarişlərin qəbul edilmə müddəti ərzində hərrac iştirakçıları öz adından və öz hesabına və ya öz adından investorun hesabına və onun tapşırığı ilə qeyri-məhdud miqdarda rəqabətli və qeyri-rəqabətli sifarişləri təqdim edə bilərlər.

  4. Hərrac iştirakçıları tərəfindən əvvəlcədən deponentləşdirilmiş pul məbləğindən artıq həcmdə sifarişin təqdim edilməsinə yol verilmir.

  5. Rəqabətli sifarişdə aşağıdakılar öz əksini tapmalıdır:

3.5.1. hərrac iştirakçısının və investorun (olduqda) adı və identifikasiya kodu;

3.5.2. sifarişin təqdim edilmə vaxtı;

3.5.3. sifarişin məqsədi;

3.5.4. istiqrazların sayı;

3.5.5. istiqrazların nominal dəyərindən yüzdə bir hissəsinə qədər dəqiqlik ilə, faizlə hesablanmış qiyməti.


  1. Qeyri-rəqabətli sifarişdə aşağıdakılar qöstərilməlidir :

3.6.1. hərrac iştirakçısının və investorun (olduqda) adı və identifikasiya kodu;

3.6.2. sifarişin təqdim edilmə vaxtı;

3.6.3. istiqrazların alınması üçün yönəldilən pul vəsaitinin məbləği.


  1. Sifarişlərin təqdim edilmə müddəti ərzində, hərrac iştirakçısı sifarişinin şərtlərini dəyişdirə və ya sifarişi ləğv edə bilər. Sifarişlərin təqdim edilmə müddəti qurtardıqda sifarişlərin təqdim ediliməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir.

  2. Birja, təqdim olunmuş sifarişlərin reyestrini tərtib edir. Birjanın səlahiyyətli nümayəndəsi reyestri imzalayır və emitentə təqdim edir.

  3. Emitent sifarişlərin reyestri əsasında istiqrazların minimal qiymətini (bundan sonra - "kəsmə qiyməti") və hərrac zamanı yerinə yetiriləcək rəqabətli sifarişlərin ortaçəkili qiymətini müəyyən edir.

  4. Rəqabətli sifariş, sifarişdə qeyd olunan qiymət kəsmə qiymətindən az olmadıqda yerinə yetirilir.

  5. Qeyri-rəqabətli sifariş emitent tərəfindən ortaçəkili qiymətlə yerinə yetirilir. Bu halda, qeyri-rəqabətli sifarişlər ilə alınan istiqrazların sayı, sifarişdə göstərilən pul vəsaitinin məbləğinin ortaçəkili qiymətinə bölünməsi yolu ilə hesablanır (tam ədədlə).

  6. Hərrac zamanı, təqdim edilmiş rəqabətli və qeyri-rəqabətli sifarişlərin ümumi həcmi emitent tərəfindən müəyyən edilmiş limitdən artıq olduğu halda, eyni qiymətlə təqdim edilmiş sifarişlərdən daha tez təqdim edilən sifariş icra edilir.

  7. Hərrac qurtardıqdan sonra birja tərəfindən hərrac iştirakçıları ilə istiqrazlar üzrə bağlanılmış əqdlər reystri emitentə, əqdlər reyestrindən çıxarışlar hərrac iştirakçısına təqdim olunur.

  8. Bağlanmış əqdlər reyestrindən çıxarış, hərrac iştirakçısı və emitent arasında istiqrazlar üzrə alqı-satqı müqaviləsinin bağlanmasının təsdiqidir.

  9. Emitent istiqrazların hərrac zamanı yerləşdirilməmiş hissəsini müəyyən etdiyi vasitəçinin xidməti ilə yenidən satmaq və ya silmək hüquqlarına malikdir.

  10. İstiqrazların qapalı yerləşdirilməsi emitent tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

  11. İstiqrazların emissiyası (təqvim ili ərzində yerləşdirilməsi nəzərdə tutulan istiqrazların emissiyası yaxud istiqrazların bir buraxılışının yerləşdirilməsi) başa çatdığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq, emitent QKDK-ya onların emissiyasının yekunları haqqında hesabatı təqdim etməlidir.

3.17.1 QKDK sədrinin 22 iyun 2006-cı il tarixli 0109№-li əmri ilə çıxarılmışdır;

3.17.2 QKDK sədrinin 22 iyun 2006-cı il tarixli 0109№-li əmri ilə çıxarılmışdır;

3.17.3 QKDK sədrinin 22 iyun 2006-cı il tarixli 0109№-li əmri ilə çıxarılmışdır;

3.17.4 QKDK sədrinin 22 iyun 2006-cı il tarixli 0109№-li əmri ilə çıxarılmışdır;



  1. İstiqrazların emissiyasının yekunları haqqında hesabatda aşağıdakılar göstərilməlidir:

3.18.1 istiqrazların yerləşdirilməsinin başlandığı və başa çatdığı tarixlər;

3.18.2 istiqrazların yerləşdirilməsi qiyməti;

3.18.3 yerləşdirilmiş istiqrazların sayı;

3.18.4 istiqrazların yerləşdirilməsindən əldə olunmuş vəsaitin məbləği.



  1. İstiqrazların emissiyasının yekunları haqqında hesabatda nöqsanlar olmadıqda, QKDK onu 15 (on beş) iş günündən gec olmayaraq qeydiyyata alır.

4. İstiqrazların tədavülü.




  1. Kütləvi təklif üsulu ilə yerləşdirilmiş istiqrazların tədavülü birjada həyata keçirilir.

  2. İstiqrazların təkrar bazarda alqı-satqısı hərrac iştirakçılarının öz adından və öz hesabına və ya öz adından investorun hesabına və onun tapşırığı ilə almaq və ya satmaq üçün təqdim edilən rəqabətli sifarişlərin təqdim edilməsi ilə həyata keçirilir.

  3. Rəqabətli sifarişlərin tərtib edilməsi bu Əsasnamənin 3.5-ci bəndinə müvafiq olaraq həyata keçirilir.

  4. Hərracdan əvvəl hərrac iştirakçıları alınacaq istiqrazların ödənilməsinə yönəldiləcək pul vəsaitini bu məqsədlər üçün birja tərəfindən açılmış xüsusi hesabda deponentləşdirməlidirlər.

  5. Hərrac iştirakçısı tərəfindən verilən sifarişlə təsbit edilən satılacaq istiqrazların miqdarı, onun "depo" hesabında saxlanılan istiqrazların miqdarından artıq olmamalıdır.

  6. Hərrac iştirakçısının satış sifarişində istiqrazların sayı və ya alış sifarişində pul vəsaitinin məbləği, birjanın sərəncamında olan müvafiq göstəricilərdən çox olduğu halda, bu sifariş qəbul olunmur.

  7. Sifarişlər aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

4.7.1. sifarişin təqdim olunduğu vaxtdan asılı olmayaraq, daha sərfəli qiymət (alqı zamanı ən yüksək, satqı zamanı ən aşağı) ilə verilmiş sifariş;

4.7.2. qiymətlərin bərabərliyi tədqirdə daha əvvəl təqdim olunmuş sifariş.



  1. Sifarişin icra növbəliliyi onun həcmindən asılı deyil.

  2. Əqdin bağlanması zamanı sifarişin müəyyən hissəsi yerinə yetirildikdə onun qalan hissəsi ayrıca sifariş kimi çıxış edir.

  3. Hərrac iştirakçısı sifarişi icra edilənə qədər onu ləğv edə bilər.

  4. İstiqrazların özgəninkiləşdirilməsi (alqı-satqısı istisna olmaqla) mövcud qanunvericiliyə müvafiq şəkildə həyata keçirilir.

  5. Birja, alqı və ya satqı əməliyyatının aparıldığı gündən sonra 1 (bir) iş günü ərzində QKDK-ya alınmış və ya satılmış istiqrazların sayı, məbləği və qiyməti göstərilməklə məlumatı təqdim etməlidir.

  6. Zəruri hallarda QKDK hərrac iştirakçılarından və investorlardan istiqrazların alınmasına və satılmasına dair məlumatın təqdim edilməsini tələb edə bilər.

5. İstiqrazların ödənilməsi




  1. Kütləvi təklif üsulu ilə yerləşdirilmiş istiqrazların və onlar üzrə faizlərin (faizli istiqrazlar üçün) ödənilməsi emitent tərəfindən müəyyən edilmiş tarixdə birja vasitəsi ilə həyata keçirilir.

  2. Qapalı yerləşdirilmiş istiqrazların və onlar üzrə faizlərin (faizli istiqrazlar üçün) ödənilməsi emitent tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

  3. Emitent istiqrazların dəyərini və onlar üzrə ödənilməli olan faizləri (faizli istiqrazlar üçün) ödədikdən sonra onların silinməsini təmin edir.

6. Məsuliyyət




  1. Bu Əsasnaməyə riayət etməyənlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar.

7. Qüvvəyə minməsi




  1. Bu Əsasnamə təsdiq edildiyi gündən qüvvəyə minir.






Yüklə 47,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin