Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə54/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   50   51   52   53   54   55   56   57   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

UYĞUNLAŞMA MƏFHUMU 

Ailədə  uyğunlaşma  deyərkən  hər  bir  ailə  üzvünün, 

xüsusi  ilə  ərlə  arvadın  bə`zi  məsələlərə  münasibətini 

dəyişməsi  və  ümumi  razılıq  naminə  bə`zi  istəklərdən 

çəkinməsi  nəzərdə  tutulur.  Deyildiyi  kimi,  ərlə  arvadın 

bə`zi  əxlaqi  xüsusiyyətləri  bir-biri  ilə  ziddiyyət  təşkil 

edir.  Ümumi  razılıq  xatirinə  bu  xasiyyəti  tərk  etməkdən 

başqa yol yoxdur. 

Müştərək  bir  həyatda  ərlə  arvad  çalışmalıdır  ki,  bir-

birlərinin  bütün  xüsusiyyətlərini,  maraqlarını  öyrənsinlər 

və tam ziddiyyət təşkil edən işlərə yol verməsinlər. 

Bu  həssaslıqların  kökü  çox  vaxt  insanların  psixoloji 

xüsusiyyətlərində,  aldıqları  tərbiyədə  olur.  Əlbəttə  ki,  bu 

sahələrdə  dəyişmək  çətindir.  Hər  hansı  fərdin  qısa  bir 

zamanda bu xüsusiyyətləri tərk etməsini gözləmək olmaz. 

Ona  görə  də  hər  iki  tərəf  çalışmalıdır  ki,  qarşı  tərəfin 

həssaslığını nəzərə alsın. 

Həyat yoldaşının istəklərinə zidd rəftara yol verməmək 

mehr-məhəbbət şərti, ağıl və düşüncə nişanəsidir. 

Çünki  həyat  yoldaşını  sevən  kəs  ailə  həyatına 

əlaqəlidir.  O,  həyat  yoldaşını  incidəcək,  müştərək  həyat 

bağlarını  qıracaq  heç  bir  iş  görmür.  O,  inadkarlıq  və  ya 

nadanlıq  üzündən  yoldaşı  üçün  sıxıntı  yaradacaq  işə  yol 

vermir.  Təəssüf  ki,  bə`zən  zövcələr  bir-birinə  hörmət 

əvəzinə,  inadkarlıq  göstərərək  biganələrin  yanında  qarşı 

tərəfi  incidirlər.  Bu  sayaq  rəftar  göstərir  ki,  onlar  ailə 

həyatının qayda-qanunlarından xəbərsiz və biganədirlər. 



 

71

Bilməliyik  ki,  hər  bir  insanın  xüsusi  ruhiyyəsi, 



düşüncə  tərzi  var.  Hər  bir  insan  xüsusi  yanaşma  tələb 

edir.  Başqa  sözlə,  ətrafdakılarla  rabitə  zamanı  onların 

şəxsiyyətini  nəzərə  almamaq  olmaz.  İstənilən  bir  söz  və 

rəftar  qarşı  tərəfin  düşüncə  və  ruhuna  uyğun  olmalıdır. 

Çünki  hər  maye  üçün  münasib  bir  qab  var  və  qaba 

tutumundan artıq bir şey tökmək olmaz. 

Bə`ziləri  öz  rəftarında  ağıla  əsaslandığından  onlarla 

ağıl  və  məntiq  dilində  danışılmalıdır.  Bə`ziləri  isə 

emosionaldırlar.  Belələri  ilə  ünsiyyətdə  quru  məntiqi 

dəlillərlə  kifayətlənmək  olmur.  Onların  həssaslığını 

nəzərə  almaqla  daha  tez  nəticə  əldə  etmək  olmaz.  Kimi 

istiqanlı,  kimi  isə  soyuqqanlıdır.  Kimi  məsələlərə  səthi 

yanaşır, kimi də məsələnin mahiyyətinə varır. 

Zövcələrdən  hər  biri  qarşı  tərəfin  şəxsiyyətinə  qapı 

açmaq  üçün  açar  soraqlamalıdır.  Qarşı  tərəflə  onun 

ruhiyyəsinə uyğun rəftar edilməlidir. 

Müsbət  nəticə  əldə  etmək  üçün  sağlam  və  yetərli 

rabitələrin  qurulmasında  sədaqətlə  təlaş  göstərmək 

lazımdır. 


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin