GÜZƏŞT UYĞUNLAŞMA ŞƏRTIDIR.
Uyğunlaşma sözündə bir növ güzəşt, dözüm, göz
yummaq mə`naları da var. Müdara etmək tə`biri də həmin
mə`nanı bildirir. Müdara etmək odur ki, biz kollektiv
yaşayışda ətrafdakıların bə`zi yersiz hərəkətlərinə dözək,
onlara göz yumaq. Məsələn, əgər həyat yoldaşının
rəftarında nöqsan varsa və nöqsanı aradan qaldırmaq
üçün göstərilən sə`ylər nəticə vermirsə, dava-dalaş salıb
ailə rabitələrini süstləşdirmək olmaz. Çünki hər birimizin
zəif nöqtəsi var. Bə`zən bu nöqtəni islah etmək asan
olmur. Bə`zi zəif nöqtələrin irsi kökləri olur. Qəbul
etməliyik ki, müştərək həyatda bu sayaq çətinliklər
labüddür. Axı heç birimiz mə`sum, günahsız deyilik.
Özünü nöqsansız bilən şəxs hamıdan nöqsanlıdır. Əlbəttə
ki, hər bir insan öz üzərində çalışıb eyiblərdən yaxa
qurtarmalıdır. Belə bir sə`y mə`nəvi təkamül səbəbidir.
Yalnız
çalışmaqla
Qur`ani-kərimin
“pak
həyat”
adlandırdığı sağlam həyata yol tapmaq olar. Hər halda bu
sayaq çətinliklər var və müdara edib, keçinməkdən başqa
yol yoxdur. Elə bu səbəbdən də İslam tə`limlərində
müdara
etmək
tə`kidlə
tövsiyə
olunur.
İslam
peyğəmbərindən nəql olunmuş rəvayətlərdə müdara
73
imanın yarısı kimi təqdim olunur.
19
Həzrət Peyğəmbərin
(s) bu bəyanı insani rabitələrdə əxlaqi fəzilətin
əhəmiyyətini göstərir. Bu mövzuda rəvayət çoxdur.
SAZIŞ HƏDDI
Qarşı tərəflə saziş o demək deyil ki, insan qeyd-şərtsiz
kiminsə istəyinə və ya mühitin tələblərinə təslim olsun,
gerçək me`yarlardan əl çəksin. Bə`zi əxlaqi keyfiyyətləri
o zaman tərk etmək olar ki, bu hərəkət prinsipial üsullara
zərər vurmasın və haqq ayaq altına atılmasın.
İnsan fərd və ya mühitlə uyğunlaşmaq üçün nə günaha
yol verə bilər, nə də vacib vəzifələrini tərk edə bilər.
İslam Peyğəmbərindən (s) nəql olunmuş bir rəvayətdə
belə bir nöqtə aydın şəkildə bəyan olunmuşdur: “Öncə
Dostları ilə paylaş: |