AILƏDƏ IŞ BÖLGÜSÜ
Qədim adət-ən`ənələrə əsasən, iş bölgüsündə evdarlıq,
uşağa qulluq və bu kimi işlər qadının, öhdəsinə ailə
ehtiyaclarını ödəmək üçün qazanc əldə edilməsi kişinin
öhdəsinə düşmüşdür. Belə bir iş bölgüsü təbii bölgüdür
və qadın ailə səngərində bu məsələlərlə məşğul olaraq ön
cəbhədə ailə ehtiyaclarını tə`min etmək üçün vuruşan
kişini bu sayaq işlərdən azad edir. Belə bir bölgü ailə
həyatına səfa-səmimiyyət bəxş edir. Nəzərdə tutulan
bölgüdə qadın övladların tərbiyəsi üçün münasib fürsət
əldə edir, bütün güc və iste`dadını gələcək nəsillərin
tərbiyəsinə yönəldir. Bu halda ailə gələcək nəslin qəbulu
üçün isti bir ocağa çevrilir. Qadın qazanc əldə
edilməsinin, bu işdən yaranan yorğunluğun sıxıntısından
amandadır. O bütün fiziki və ruhi gücünü ailə-övladına
həsr etmişdir. Onun daim evdə olması ər və övladlar üçün
ailə cazibəsini artırır. Belə bir ailə daha möhkəm
bünövrəyə malik olur.
Modern dünyada bütün ictimai sahələr kimi ailə
qurumu da dəyişikliyə mə`ruz qalmışdır. Belə ki,
ən`ənəvi iş bölgüsü yenidən nəzərdən keçirilmiş, tamam
başqa bir şəkil almışdır. Hazırda iqtisadi zərurətdən bir
çox qadınlar ərlə çiyin-çiyinə, bə`zən isə ondan da artıq,
evdən xaricdə əmək fəaliyyəti ilə məşğuldur. Onlar da
eynən kişi kimi evə yorğun gəlir, qulluğa ehtiyac
duyurlar. Evdən bayırda əmək fəaliyyəti ilə məşğul olan
qadından evdarlıq gözləmək olmaz, eləcə də, ictimai
ehtiyacları
nəzərə
alıb
qadını
evdən
kənardakı
fəaliyyətdən məhrum etmək olmaz. Axı evdən bayırda
22
“Fəlsəfənin ləzzətləri”, 137.
84
yalnız qadının ixtiyarına veriləsi işlər var. Yenə də bə`zi
nöqtələri araşdırmaq lazım gəlir.
Dostları ilə paylaş: |