əyləncədir, Allah işsiz bəndəni sevmir.”
QADININ IQTISADI MÜSTƏQILLIYI
Ailə qurumunda mühüm məsələlərdən biri qadının
iqtisadi müstəqilliyidir. İslam qanunları qadının iqtisadi
müstəqilliyini tanıyır. Qadının iş, xidmət, mülkiyyət
hüquqları vardır. Qadının gördüyü iş onun özü üçündür.
İslam dini qadın və onun övladlarının dolanışıq xərcini
tam şəkildə kişinin öhdəsinə qoymuşdur. Bu səbəbdən də
qadın evdə gördüyü işlərin müqabilində kişidən zəhmət
haqqı tələb edə bilər. Adətən, qadınlar böyük həvəslə ev
işlərinə məşğul olur, bu sahədə fədakarlıq göstərir və heç
bir zəhməthaqqı ummur. Onlar belə bir tələbi ailə
birliyinə zidd sayırlar. Əlbəttə ki, ailənin şə`ni də tələb
edir ki, iş səmimiyyət və vəhdət amillərinə əsaslansın.
Ailə mühiti iqtisadi mərkəzə çevrilməməlidir. Ərlə
arvadın rabitələri sırf işçi rabitəsi olmamalıdır. Burada
belə bir sual yaranır ki, əgər qadın bütün haqlarına göz
yumub mülkiyyətini kişinin ixtiyarına verərsə, kişi bu
fədakarlığa necə cavab verməlidir? Məgər ər əxlaqi
baxımdan qadının bu fədakarlığını cavabsız qoya
bilərmi? Hər hansı fədakarlığı sadəcə vəzifə hesab etmək
nə dərəcədə düzgündür?
Əgər fədakarlıq və isar gözəldirsə, uyğun əməli
qiymətləndirmək də gözəldir. Kişinin əxlaqi vəzifəsi
budur ki, o, qadının hədiyyəsini cavabsız qoymasın. Kişi
88
qadının hədiyyəsi qədər və ya ondan da artıq
bağışlamalıdır. Qur`ani-kərimdə buyurulur: “Yaxşılığın
Dostları ilə paylaş: |