İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
1. Evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olan qadın
ailə büdcəsinin bir hissəsini tə`min edir. Demək, ev
işlərinin ağırlığını onun çiyninə qoymaq olmaz. Ər
vəzifəlidir ki, işdən yorğun gəlmiş qadının ev işləri görüb
üzülməməsi üçün münasib proqram tərtib etsin. Əgər
qadın gücündən artıq yüklənərsə onun psixoloji
durumuna zərbə dəyər. Əlbəttə ki, qadının problemi həm
də ailənin problemidir. Nəzərdə tutulan halda ər və
övladlar ev işlərində qadına kömək göstərməlidir.
Təəssüf ki, bə`zən təqaüdə çıxmış, yetərincə boş vaxtı
olan kişilər adət-ən`ənə prizmasından «ayıbdır» deyə
qadına ev işlərində kömək göstərmirlər. Belə bir rəftar
səmavi tə`limlərə tam ziddir. İslam dini ev işlərini, hətta
körpəyə qulluğu qadına vacib etməmişdir. Əlbəttə ki,
qadın şəraiti nəzərə alaraq ev işlərini öhdəsinə
götürməlidir. Amma onun bu fədakarlığından sui-istifadə
edilməməlidir.
İslami tə`limlər baxımından kişinin evdə iş görməsi
bəyənilmişdir və ilahi mükafata səbəb olur. Hətta
bildirilir ki, kişinin ev işlərində çalışması onun böyük
günahlarının bağışlanması ilə nəticələnir.
İslam peyğəmbərindən nəql olunmuş bir rəvayətdə
deyilir ki, yalnız Allahın dünya və axirət xeyiri verdiyi
kişilər öz həyat yoldaşına xidmət etməyə müvəffəq olur.
Bizim dini adət-ən`ənələrimizdə də qeyd olunur ki,
kişi öz imkan və gücü həddində ev işlərində iştirak
etməlidir.
2. Qadınların məşğulluq vəziyyəti göstərir ki, onlardan
bə`ziləri ictimai faydalı işlərlə məşğul olub ailə
iqtisadiyatına kömək göstərir. Başqa br qrup isə maddi
ehtiyac olmadığı halda ictimai mövqe qazanmaq xatirinə
85
evdən bayırda çalışır. Belələri həddi aşmış istəklərindən
əl çəksələr evdən kənarda işləməyə ehtiyac qalmaz.
Belələri adətən qadın üçün münasib olmayan yerlərdə
çalışırlar. Hansı ki, qadının iş yerində sağlam əxlaqi
mühit olmalıdır. Qadınlarımız, xüsusi ilə gənc qızlarımız
bu mühüm nöqtəni daim nəzərdə saxlamalıdırlar:
Qadın üçün şəxsiyyətini qorumaqdan dəyərli bir şey
yoxdur. Qadın heç bir halda öz şan-şərəfini əldən
verməməlidir. (Təəssüf ki, bə`ziləri yeni mədəniyyətin
müsbət və mənfi cəhətləri arasından yalnız xoşagəlməz
tərəfləri götürürlər. Onlar sanki könüllü olaraq özlərini bu
mədəniyyətə qurban verirlər. Yüngül əxlaqlı qadınlar
gəlincik tək bəzənir, maddi ehtiyacları olmadığı halda
müxtəlif müəssələrdə dəyərsiz işlərlə məşğul olurlar. Öz
şərəf gövhərini ucuz qiymətə satanların mövcudluğu bir
həqiqətdir.)
3. Bə`zi qadınlar ev işlərini özləri üçün əskiklik sayır,
onu lazımınca dəyərləndirmirlər. Belə qadınlar üçün
hansısa şirkətdə işləmək evdarlıqla məşğul olmaqdan,
övlad tərbiyə etməkdən daha əhəmiyyətli görünür.
Əslində isə:
Əvvəla, sağlam fitrətə malik bir qadın nəinki ev-eşiyə,
hətta evdəki ləvazimatlara daxili hisslərlə bağlıdır. Sanki
evin dam-divarı canlıdır və bütün bunlara ruhən
bağlanmaq olar. Xanım Lembrozu “Qadın ruhu”
kitabında bütün bu nöqtələri gözəl şəkildə açıqlayır.
Kitabda qadının evə qayğıkeş münasibətindən ətraflı
danışılır. Demək, qadın nə qədər ki hansısa səbəblərdən
öz fitrətindən yayınmayıb ev işləri ona alçaldıcı
görünmür, öz ailə övladına can-başla qulluq edir.
İkincisi, səmavi tə`limlər baxımından ev işləri, övlad
tərbiyəsi, ərə qulluq qadın üçün çox dəyərli işlərdir və
böyük ibadət sayılır. Hətta bir rəvayətdə İslam
Peyğəmbəri (s) qadının öz ərinə qulluğunu onun cihadı
86
kimi təqdim edir: “Qadının cihadı ərə yaxşı
Dostları ilə paylaş: |