I FƏSIL
İZDIVAC, EVLƏNMƏ ASTANASINDA
Bəşəriyyətin ən gözəl və ilahi hisslərindən biri onun
ailə qurmağa və övlad sahibi olmağa meylidir. İnsanların
ailə formasında yaşayışı tam təbiidir. İnsan elə bir şəkildə
yaradılmışdır ki, o fitri və təbii şəkildə ailə qurmağa və
övlad sahibi olmağa meyl göstərir. Bəşər tarixinin
mütaliəsi göstərir ki, o yarandığı gündən ailə qurumunda
yaşamışdır. Ailə qurumunu aradan götürmək istəyən
bütün fərdlər uğursuzluğa düçar olmuşlar. Bu istiqamətdə
nə Əflatunun, nə də Marksist məktəbin səy`ləri bir nəticə
verməmişdir. Qədim dövrdən əsrimizə gəlib çatmış vəhşi
qəbilələrdə belə ailə qurumu mövcuddur.
4
Bəşər tarixini
açıq gözlə mütaliə etmiş alimlər belə bir qənaətə
gəlmişlər ki, tarix boyu həyat yoldaşı seçimi və ailə
təşkili kimi əhəmiyyətli qayda-qanun olmamışdır.
İzdivacın şəxsi yox, növlə (insan növü) bağlı zərurət
olması bu həqiqətin dəlilidir. Bəli, izdivacda məqsəd
bəşər nəslinin davamıdır.
Məşhur Amerika mütəfəkkiri V. Dorant "fəlsəfənin
ləzzətləri" kitabında yazır: "Təbiət ailə qurumunu
müəyyənləşdirmişdir ki, kişini qadının və qadını körpənin
xidmətinə sövq etsin. Kişilər təbiət e`tibarı ilə qadının,
qadınlar isə təbiət e`tibarı ilə körpələrin və insan nəslinin
xidmətçisidir.
5
Alim öz sözünə belə davam edir: "İzdivac
bağlılığı qadınla kişinin sevgi və şəhvət rabitəsini
qanuniləşdirmək üçün deyil, bəşər nəslinin qorunması və
davamında ata, ana və övlad arasında mövcud olan bir
bağlılıqdır."
6
4
V. Dorant, "sivilizasiya tarixi", c. 1, s. 57.
5
"Fəlsəfənin ləzzətləri", s. 164.
6
"Fəlsəfənin ləzzətləri", s. 164.
10
Qadın və kişi elə bir formada yaradılmışdır ki,
onlardan heç biri o biri olmadan səadətə çatıb
ehtiyaclarını ödəyə bilmir. Onlardan birinin vücudu o
birini tamlaşdırır. Yalnız bağlı olduqları vaxt öz
iste`dadlarını çiçəkləndirib, kamala çata bilirlər. Başqa
sözlə, qadın və kişinin bə`zi iste`dadları yalnız ailə
qurduqdan sonra yetərli həddə çatır.
İzdivacdan boyun qaçırıb, bu ilahi sünnəyə əməl
etməyənlərin vücudunda bir növ xamlıq qalır və
vücudlarının bə`zi yönümləri çiçəklənmir.
Ailə qurduqdan sonra qadın və kişi eşq və məhəbbətlə
bir-birinin xidmətində durur, hər biri özünü digərinin
asayiş və rahatlığına həsr edir. Sonrakı mərhələdə
zövcələr övladlarının inkişaf və rifahı üçün çalışır və bu
yolla "yalnız özü üçün sə`y göstərmək və özündən
başqasını görməmək" kimi eqoistliyin sıxıntısından bir
qədər azad olurlar. Onların ruhi duyumları və
xüsusiyyətləri bu bağlılıq çərçivəsində sığallanır və
daxillərində üçüncü bir şəxsin hənirtisi vücuda gəlir.
İnsanın inkişaf və kamilliyi üçün ilkin şərt eqoistlik və
xudbinlikdən uzaqlaşmaqdır. Övladla bağlı duyumlar
eqoistlik və xudbinliklə mübarizədə bir növ məşq olur.
İnsanın bir çox ehtiyacları ailədə tə`min olunur: həyat
ehtiyacı, əks cinsə ehtiyac, məhəbbət və duyuma ehtiyac,
övlad ehtiyacı və s.
Dostları ilə paylaş: |