III FƏSIL
ƏR-ARVAD RABITƏLƏRI
İnsan həyatının əsas yönümlərindən biri onun
ətrafdakılarla rabitəsidir. Bizim ətrafdakılarla əlaqə
növümüz
ruhumuzun
və
şəxsiyyətimizin
xüsusiyyətlərinin göstəricisidir. Buna görə də psixoloqlar
insanları öyrənərkən onların rabitə növünü nəzərdən
keçirirlər.
İnsanların bir-birləri ilə əlaqələri müxtəlif yollarla
gerçəkləşir. Əlaqədəki çatışmazlıq problemlər yaradır və
əlaqələrin kəsilməsi ilə nəticələnir.
İnsanlararası rabitələrdə mövcud olan çətinliklərin
çoxu rabitə nümunələrindəki yetərsizlikdən qaynaqlanır.
Bə`zilərimiz ətrafdakılarla rabitənin incəliklərindən bir
o qədər də xəbərdar deyilik və hansı yolla sağlam rabitə
qurmalı olduğumuzu bilmirik. Məsələn, danışıq və
dinləmənin
incəliklərindən
xəbərsizlik.
Öz
qəlb
istəklərimizi qarşı tərəfə necə çatdırmalıyıq, hansı üsulla
qarşı tərəfi tənqid etməliyik, bəd gümanlara necə cavab
verilməlidir, pis təsəvvürlərin qarşısı necə alınmalıdır, öz
narazılığımızı qarşı tərəfə necə çatdırmalıyıq? Başqaları
ilə sağlam rabitə qurmaqda nə qədər çox məharətli olsaq,
həmin qədər də bu rabitələri müxtəlif sahələrdə
dərinləşdirə
bilərik.
Bu
yolla
dostları
qoruyub,
ətrafdakılara
məhəbbətimizi
süstlükdən
qorumaq
mümkündür.
SÖZ RABITƏSI
Ən çox yayılmış rabitə növlərindən biri söz rabitəsidir.
Biz danışmaq və dinləmək vasitəsi ilə ətrafdakılarla rabitə
qurur və bu yolla mə`lumatlarımızı, hisslərimizi
bölüşürük. Öncə nəzərə gəlir ki, sözlə rabitənin elə də
böyük məharətə ehtiyacı yoxdur. Əslində isə:
52
Söz vasitəsi ilə ətrafdakılarla sağlam rabitə qurmaq
üçün xeyli məharət tələb olunur.
Söhbətimizin davamında ailə rabitələri sahəsində bə`zi
məharətləri nəzərdən keçirəcəyik.
Dostları ilə paylaş: |