Profil dgn



Yüklə 440,45 Kb.
Pdf görüntüsü
səhifə40/78
tarix01.01.2022
ölçüsü440,45 Kb.
#106491
1   ...   36   37   38   39   40   41   42   43   ...   78
[kitabyurdu.org] Genc aileler ucun gosterisler

SƏDAQƏT VƏ AÇIQ RABITƏ 

Ətrafdakılarla 

sağlam 

rabitənin 

mühüm 

xüsusiyyətlərindən biri sədaqətli olmaqdır. Ərlə arvad öz 



rabitələrində  yalnız  sədaqət  və  düzlüyü  gözləməlidirlər. 

Arada yaranan inciklik və kin-küdurət münasib məqamda 

açıqlanmalı  və  həllini  tapmalıdır.  Əgər  ortada  şübhə 

varsa,  bu  şübhə  dərhal  açıqlanmalıdır  ki,  mövcud  qəlb 

rabitələrini qorumaq mümkün olsun. Hər halda ərlə arvad 

arasındakı  rabitələr  açıq  olmalıdır.  Qadın  və  ya  kişi  öz 

problemini qarşı tərəfə dərhal açıqlaya bilməlidir. Normal 

rabitədə  hər  iki  tərəf  qorxub  çəkinmədən  öz  hisslərini 

qarşı tərəflə bölüşə bilir. 

 

54



ANLAŞILMAZLIQ 

İnsan  aydın  şəkildə  danışmalıdır  ki,  anlaşılmazlığın 

qarşısı  alınsın.  Bu  nöqtə  diqqəti  çox  cəlb  edir.  Çox  olur 

ki, deyilənlər eşidilənlərdən fərqlənir. Biz bir söz deyirik, 

qarşı  tərəf  başqa  bir  şey  anlayır.  Bu  səbəbdən  də 

danışarkən 

sözləri 

düzgün 


seçmək, 

uzun-uzadı 

təfsirlərdən çəkinmək lazımdır. 

Bə`ziləri  xüsusi  bir  ruhiyyəyə  malik  olduqlarından 

anlaşılmazlığa  hazırdırlar  və  onların  düşüncəsi  istənilən 

bir  sözü  başqa  bir  tərzdə  qəbul  edir.  Bu  zümrədən  olan 

fərdlər  xoşgümanlıq  xüsusiyyətindən  məhrumdurlar  və 

onlarla rabitə saxlamaq çox çətin olur. 

Ərinin  məhəbbətinə  çox  həssas  olan  qadın  üçün  o 

zaman  anlaşılmazlıq  şəraiti  yaranır  ki,  əmin-amanlığı 

üçün  təhlükə  hiss  etmiş  olsun.  Bu  halda  o  qarışqadan  fil 

düzəldir,  ciddi  psixoloji  böhran  keçirir.  Kişi  öz  söz  və 

rəftarında  bu  halı  nəzərə  almalıdır  ki,  anlaşılmazlıq üçün 

şərait yaratmasın. 

Qadınlar  da  öz  növbəsində  əsassız  ehtimallardan, 

mənfi  tə`bir  və  təfsirlərdən,  vəsvəsələrdən  çəkinməlidir 

ki,  ailə  rabitələri  tamamilə  qırılmasın.  Bə`zi  psixoloqlar 

ailə  ixtilaflarının  əsas  səbəbi  kimi  anlaşılmazlığı 

göstərirlər.  Onların  bu  sahədə  bir  çox  tövsiyələri  vardır. 

Onların  nəzərincə,  ailə  ixtilaflarının  əsas  kökü  tərəflərin 

bir-birinin  məqsədini  düzgün  anlamamasıdır.  (Bu 

mövzuda daha artıq mə`lumat əldə  etmək üçün “Eşq heç 

zaman bəs deyil” kitabına müraciət edin) 


Yüklə 440,45 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin