Q. Y. Abbasova


-CI MÖVZU. SOSIAL FƏLSƏFƏNIN PREDMETI VƏ CƏMIYYƏTIN ÖYRƏNILMƏSINDƏ ROLU



Yüklə 2,66 Mb.
səhifə2/24
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#141
1   2   3   4   5   6   7   8   9   ...   24

2-CI MÖVZU. SOSIAL FƏLSƏFƏNIN PREDMETI VƏ CƏMIYYƏTIN ÖYRƏNILMƏSINDƏ ROLU
Sosial fəlsəfə ümumi fəlsəfənin ayrılmaz və özünəməxsus tərkib hissəsidir. O, cəmiyyəti, insanı və onların qarşılıqlı əlaqələrini öyrənir.

Onun müstəqil elm kimi fəaliyyəti bununla şərtlənir ki, cəmiyyət, sosial həyat varlığın son dərəcə spesifik sahəsidir. Burada gedən proseslər və baş verən hadisələr öz unikallığı ilə seçilir, digər sahələrdən fərqlənir. Sosial fəlsəfənin predmetini bütöv bir tam, ictimai sistem kimi götürülən cəmiyyətin problemləri təşkil edir. Bu problemlər insanların sosial vəziyyəti, ictimai əmək bölgüsündə yeri, əmək fəaliyyəti şəraiti, sosial qruplarda təmsil olunma vəziyyəti, yaşayış səviyyəsi, təhsili, səhiyyəsi, sosial təminatı və sairi əhatə edir. Lakin sosial fəlsəfə bu tərəfləri müfəssəl öyrənmir. Onun məqsədi cəmiyyəti bütöv sosial sistem kimi öyrənmək, onun fəaliyyət və inkişaf qanunlarını araşdırmaq, müxtəlif ictimai hadisə və prosesləri onların qarşılıqh təsiri halında makrosəviyyədə təhlil etməkdir. Konkret detalları öyrənmək ayrı-ayrı ictimai elmlərə xasdır.

İctimai həyat varlığın spesifık sahəsi olduğu üçün onu səciyyələndirən cəhətlər burada özünəməxsus şəkildə çıxış edir. Buna görə də sosial idrakı idrakın xüsusi forması kimi seçib götürmək, ona xas olan əlamətləri aşkar etmək zəruridir.

İnsan cəmiyyəti təbiətin inkişafının müəyyən mərhələsində yaranmışdır. O, təbiətin inkişafının özünəməxsus şəkildə davamıdır. Buradan aydındır ki, sosial həyatı öyrənən, sosial idrak ümumilikdə idrak prosesini səciyyələndirən qanunauyğunluqlara tabedir. Lakin nəzərdə tutulmalıdır ki, burada sosial mövcudatlar, yəni şüurlu insanlar yaşayırlar. Sosial idrakın obyektini sosial reallıq təşkil edir. Digər elmlər kimi, onun da əsas vəzifəsi - öyrəndiyi obyektin mahiyyətini və inkişaf qanunauyğunluqlarını aşkar etməkdir. Lakin sosial idrakın obyekti aşağıdakı mühüm spesifıkliyə malikdir: burada obyekt kimi insan, yəni subyekt çıxış edir.

Başqa sözlə, insanlar həm idrakın subyektidir, həm də real fəaliyyət göstərən şəxslərdir. Bununla yanaşı, idrakın obyekti və subyektinin qarşılıqlı təsiri də idrakın obyekti rolunu oynayır. Beləliklə, təbiət elmləri və texniki elmlərdən fərqli olaraq, burada lap əvvəldən idrakın subyekti onun obyektini təşkil edir.

Digər tərəfdən ictimai həyat son dərəcə mürəkkəb, çoxtərəfli və çoxsəviyyəli xarakter daşıyır. Onu məcmu halında götürdükdə cəmiyyətin özü və burada yaradılan hər şey insanların fəaliyyətinin nəticələridir. Bu prosesdə sosial qüvvələrin zəkası və ağlı ilə yanaşı hissləri və ehtirasları da fəal iştirak edir. Deyilənlərdən əlavə ictimai həyat həm də insanların fəaliyyətinin şüuri və qeyri-şüuri (təhtəlşüur) tərəflərini, habelə rasional və irrasional ünsürləri əhatə edir.

Cəmiyyəti təşkil edən müxtəlif insan qrupları və fərdlər daim öz tələbatlarını, mənafelərini və məqsədlərini həyata keçirməyə çalışır. İctimai həyatın bu rəngarəngliyi sosial idrakın mürəkkəbliyini şərtləndirir. Sonuncu səbəb üzündən cəmiyyətin mövcudluğu və inkişafına dair müxtəlif baxışlar və nəzəriyyələr mövcuddur. Bu müxtəliflik sosial idrakın bütün əsas tərəflərinin (ontoloji, qnoseoloji və aksioloji) izahında özünü göstərir. Sosial idrakın ontoloji tərəfi dedikdə cəmiyyətin varlığının, onun fəaliyyəti və inkişafı qanunauyğunluqlarının və meyllərinin izahı başa düşülür. Buraya həm də sosial fəaliyyətin subyekti kimi çıxış edən insan (onun ictimai münasibətlər sisteminə cəlb olunma dərəcəsinə uyğun olaraq) daxildir.

Sosial idrakın ontoloji baxımdan mürəkkəb olması üzündən burada obyektiv qanunlarm mövcudluğunu inkar edən baxışlar yaranmışdır. Məsələn, yenikantçılar göstərirdilər ki, cəmiyyətdə bütün hadisələr fərdi, bənzərsiz və təkrarolunmaz xarakter daşıyır. Burada ümumi, sabit və zəruri əlaqələri ifadə edən qanunauyğunluq yoxdur. Bu qəbildən olan baxışlar doğru deyildir, çünki cəmiyyət obyektiv əsaslar üzrə inkişaf edir. Onlar insanların şüurundan asılı olmadan və insanların onları bilib-bilməməsindən asıh olmayaraq mövcuddurlar. Həmin əsaslara misal olaraq cəmiyyətin iqtisadi inkişaf səviyyəsini, insanların tələbatları və mənafelərini göstərmək olar.

Sosial idrakın qnoseoloji tərəfı bunu ifadə edir ki, o həqiqi elmi bilik verə bilərmi? Başqa sözlə bu tərəf aşağıdakıları əhatə edir (ictimai hadisələrin dərk olunması formaları və mexanizmi, onun imkanları və hüdudları, sosial idrakda ictimai praktikanın rolu və bu praktikada dərk edən subyektin şəxsi təcrübəsinin əhəmiyyəti, konkret sosioloji tədqiqatların və eksperimentlərin sosial bilik əldə edilməsində rolu).

Nəhayət sosial idrakın aksioloji (dəyərlər vasitəsilə qiymətləndirmə) tərəfı də mühümdür. Bu tərəf sosial idrakın spesifıkliyi ilə sıx bağlıdır. Belə ki, dəyərlər mövqeyindən yanaşma bir çox cəhətdən müxtəlif subyektlərin (fərdlərin və sosial birliklərin) malik olduğu dəyərlərdən, ehtiras və mənafelərindən asılıdır. Buna görə də sosial idrakın dəyərlərə münasibəti birmənalı izah olunmur. Bəziləri belə hesab edir ki, sosial idrakda dəyərlər momentinin iştirakı onun elmliyini heçə endirir. Digər bir mövqe isə göstərir ki, idraki tərəf ilə dəyər tərəfı bir-birinə qarşı durmur. Onlardan biri digərini tamamlayır və beləliklə də sosial həyatı daha dərindən öyrənməyə imkan verir.

Sosial idrakın spesifikliyi təhlil olunarkən deyilənlərlə yanaşı onun sosial-tarixi şərtlənməsi (cəmiyyətin mövcud maddi və mənəvi həyat səviyyəsi, onun sosial strukturu və sair) nəzərə alınmalıdır.

Sosial idrakın mühüm bir xüsusiyyəti budur ki, o insanların fəaliyyətinin təhlilinə yönəlir.

Deyilənlər sübut edir ki, sosial reallıq təbiətdən fərqli olaraq insandan kənarda mövcud deyildir. O məhz insan tərəfindən yaradılır. Buna görə də sosial reallıgı əks etdirən sosial idrak təkcə cəmiyyətdə gedən obyektiv prosesləri öyrənməklə məhdudlaşmır. Bu proseslərlə və qanunauyğunluqlarla ayrılmaz olan və onların daşıyıcıları kimi çıxış edən subyektin öyrənilməsi də burada əsas yeri tutur.

Buradan sosial idrakın digər bir xüsusiyyəti irəli gəlir: ictimai həyatın dərk olunmasına insanın şəxsi keyfiyyətləri, öyrənmək istədiyi problemə münasibəti güclü təsir göstərir. Özü də bu təsir həm müsbət, həm də mənfi istiqamətdə ola bilər. Birinci halda dərketmə prosesi sürətlənir və onun səhihlik dərəcəsi yüksəlir. İkinci halda isə sosial idrak ləngidilər və saxtalaşdırıla bilir.

Sosial idrakın növbəti xüsusiyyəti onun obyektinin son dərəcə mürəkkəb olması ilə bağlıdır. Cəmiyyətdə gedən proseslər təbiətdə baş verən hadisələr ilə müqayisədə daha mürəkkəb xarakter daşıyır. Onlar özünün rəngarəngliyi və təkrarolunmazlığı ilə seçilir.

İctimai həyat hadisələri bir-birilə o qədər yaxın və çulğaşmış vəziyyətdə çıxış edir ki, onlar arasındakı sabit əlaqə və meylləri, qanunauyğunluqları aşkar etmək o qədər də asan olmur. Bundan əlavə təbiət elmlərindən fərqli olaraq sosial bilik təkcə maddi münasibətləri öyrənməklə kifayətlənmir, o həm də insanların daxili dünyasını, şüurunu, onların arasındakı mənəvi, ideal və ideoloji əlaqə və münasibətləri təhlil edir.

Cəmiyyət həyatının qeyd olunan özünəməxsus cəhətləri sosial idrakın istifadə etdiyi metodlarda da özünü göstərir.

Müasir sosial idrakın əsas ümumelmi metodları aşağıdakılardır: sistemli-struktur təhlil metodu; tarixi-genetik metod; substrat-hadisəvi metod; humanitar-şəxsiyyət mövqeyindən yanaşma metodu. Bu metodlardan birgə istifadə etdikdə sosial idrakın obyektini bütün hərtərəfliliyi ilə və dərindən öyrənmək mümkündür.

İndi də həmin metodları ayrılıqda izah edək. Sistemli-struktur təhlil metodu o deməkdir ki, cəmiyyəti sadəcə olaraq müxtəlif əlaqələrin və münasibətlərin məcmusu kimi götürmək doğru deyildir. Ona qanunauyğun və sabit əlaqələrin sahmanlı düzülməsini ifadə edən canlı orqanizm kimi baxmaq tələb olunur. Başqa sözlə, ona sistemin strukturu kimi yanaşmaq lazımdır.

Yuxarıda qeyd olundugu kimi sistem ünsürlərin (elementlərin) qarşılıqlı əlaqəli sahmanlı düzülüşü, strukturu və mütəşəkkilliyi deməkdir. Sistemin ünsürləri kimi predmetlər, hadisələr, əlaqə və münasibətlər, bir sözlə onu təşkil edən ilkin təhlil vahidləri götürülür. Cəmiyyət müxtəlif səviyyələri və tərəfləri əhatə edən bütöv bir tam kimi, yekcins bir bütövlük kimi çıxış edir. Sosial idrakın bu metodu öyrədir ki, hər cür elementlər və ünsürlər çoxlugu hələ bütövlük demək deyildir.

Çoxlugun bütövlüyə çevrilməsi üçün onun ünsürləri diferensiasiyalı xarakter daşımalıdır. Sistemin ünsürləri nə qədər çox diferensiasiyaya uрrayırsa, onun bütövlüyü də bir o qədər möhkəm olur. Bütövlük keyfiyyətinə malik olan sosial sistemin tərəfləri arasında əlaqə və münasibətlər qeyri-xətti qaydada düzülür, onlar qarşılıqlı surətdə bir-birinə təsir göstərir. Sosial reallıqda hadisələr və proseslər bir-birilə tabeçilik (subordinasiya) və qarşılıqlı əlaqə (koordinasiya) münasibətlərində çıxış edir. Sosial həyatın bütövlüyü və vəhdəti obyektiv səciyyə daşıyır və insanların fəaliyyətinin xarakteri ilə müəyyən olunur.

Sosial idrakda sistemli-struktur təhlil metodunun tətbiqi bütünlükdə ümumbəşər tarixini öyrənmək, digər tərəfdən isə onun bu və ya digər mərhələsini dərindən araşdırmaq imkanı verir.

İkinci, tarixi-genetik metod birinci ilə sıx bağlıdır. Əslində bu metod sosial proseslərin yaranması və inkişafına zaman səpkisi baxımından yanaşılmasını ifadə edir. Beləliklə də tarixi-genetik metod sistemli-struktur təhlil metodunu bir növ tamamlayır. Belə ki, sistemli-struktur təhlili metodu cəmiyyəti mürəkkəb sistem kimi araşdırır, onun fəaliyyəti mexanizmlərini tədqiq edir. Lakin bu metod sosial reallığı yaranma və inkişaf halında götürmür. Tarixi-genetik metod isə onun bu məhdudluğunu aradan qaldırır.

Tarixi-genetik metodun mahiyyəti ictimai həyat hadisələrinin keçmişini, bu gününü və gələcək inkişafı meyllərini araşdırmaqdır. Bu metodun tarixiliyə əsas diqqət yetirməsi çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, o bir tərəfdən sübut edir ki, ictimai sistemin indiki vəziyyəti onun keçmişi ilə şərtlənir, ondan ayrılmazdır. Digər tərəfdən isə tarixi yanaşma tələbi ictimai reallığın müasir vəziyyətini əbədi və dəyişməz hesab etməyin mənasızlığını göstərir. O sübut edir ki, cəmiyyətin hər bir vəziyyəti müvəqqəti xarakter daşıyır, o dəyişilir.

Tarixilik prinsipi əslində öyrənilən obyektə konkret yanaşmanın zəruriliyi haqqında metodoloji tələbin zaman baxımından ifadəsi deməkdir. Bu metoda əsasən sosial idrak cəmiyyətə birdən-birə yaranan obyekt kimi baxmır, onu daim dəyişilmə və təkmilləşmədə, inkişafda olan proses kimi götürür.

Üçüncü metodun - sosial reallığa substrat (əşya deməkdir) - hadisəvi baxımdan yanaşma metodunun sosial idrakda mühüm rolu aşağıdakı ilə izah edilir. Həm sistemli-struktur təhlil metodu, həm də tarixi-genetik metod bir çox cəhətdən mücərrəd xarakter daşıyır. Onların əsas diqqəti sosial sistemi nəzəri səviyyədə araşdırmağa yönəlir. Halbuki sosial idrakın çox mühüm vəzifəsi real cəmiyyəti öyrənmək, hadisə və proseslərin təfərrüatını izləməkdir. Belə ki, konkret hadisələri öyrənmədən, substrat və funksiyaların qarşılıqlı şərtlənməsini başa düşmədən sosial sistem haqqında hərtərəfli elmi təsəvvür əldə etmək qeyri-mümkündür. Bunsuz cəmiyyətin bir mərhələdən digərinə keçməsi mexanizmini anlamaq olmaz. Buradan aydın olur ki, sosial idrakda substrat-hadisəvi metod çox zəruridir.

Sosial reallığın dərk olunmasında substrat yanaşmaya məhəl qoyulmaması nəzəriyyənin daxilən qapalılığına gətirib çıxarır, onun ifrat məntiqiliyini və metodologizmini şərtləndirir. Nəticədə sosial reallıq haqqında qeyri-tarixi təsəvvür yaranır.

Müasir şəraitdə sosial idrakda humanitar-şəxsiyyət mövqeyindən yanaşmaq metodunun rolu və əhəmiyyəti artmaqdadır. Belə yanaşma öz mahiyyətinə görə təbiət elmləri ilə ictimai elmləri bir-birinə qarşı qoymaq demək deyildir. Məsələ burasındadır ki, hazırda insan problemi və onun gələcək perspektivdəki taleyi ilə bağlı məsələlər çox kəskin şəkildə qarşıda durur. Bu bir tərəfdən insanın vəziyyətini yaxşılaşdırmaq, onun mahiyyət imkanlarını reallaşdırmaq üçün əlverişli şəraitin yaranması ilə bağlıdır. Digər tərəfdən isə indi insanların mənəvi cəhətdən cılızlaşması təhlükəsi özünü göstərir. Müasir elmi-texniki sivilizasiyalılıq şəraiti insanın ümid və həyəcanlarına diqqətin mərkəzləşdirilməsini tələb edir.

Texniki və texnoloji sıçrayışlar nəticəsində insan şəxsiyyətinin qiymətdən düşməsinə, gərəksizləşməsinə heç cür yol vermək olmaz. Cəmiyyətin dərk olunmasında humanitar-şəxsiyyət mövqeyindən yanaşma metodunun zəruriliyi bununla bağlıdır. Bu metod belə bir prinsipi əsas götürür ki, ictimai elmlər subyektiv amili, insanı şəxsiyyət kimi, fərdiliyin daşıyıcısı kimi nə dərəcədə nəzərə alır. Bu elmlərin humanitarlıq səviyyəsi məhz həmin meyarla ölçülür.

Sosial idrakın yuxarıda qeyd olunan metodlan ayrı-ayrılıqda deyil, bir-birilə sıx vəhdətdə təzahür edir.

Sosial idrakın ən mühüm məsələlərindən biri burada həqiqətin özünəməxsusluqlarının açılmasıdır.

Həqiqət haqqında ümumi nəzəri müddəalar sosial həqiqətə də aiddir. Lakin sosial reallığın spesifikliyi, burada həqiqətin bir sıra özünəməxsus cəhətlərini şərtləndirir. Hər şeydən əvvəl ictimai həyatda subyekt ilə obyektin sıx əlaqədə olması üzündən burada həqiqət obyekti ona subyektin fəal təsiri baxımından əks etdirir. Sosial obyekt insanların fəaliyyəti məhsulu olduğuna görə və özünə subyekti də daxil etdiyinə görə obyektiv həqiqətin məzmunu subyektdən kənar deyildir. Buradan aydın olur ki, sosial idrakda həqiqətin məzmununda obyektiv və subyektiv tərəflər özünəməxsus şəkildə qovuşur. Digər tərəfdən, burada həqiqətin məzmununda obyektiv ilə subyektiv əksliklər kimi çıxış edir. Obyektiv ilə subyektivin qarşılıqh münasibəti konkret ictimai biliklərdə spesifık şəkildə təzahür edir (məs.: dildə, psixiki hadisələrdə, hüquqi normalarda və s.).

Sosial idrakda, xüsusən də onun bəzi formalarında obyektiv həqiqətin digər bir xüsusiyyəti onun konkret-hadisə xarakteri daşımasıdır. Burada fərdi, konkret hadisələr qanunauyğunlugun özünəməxsus nümunəsi kimi çıxış edir. Çünki sosial tarix insan fəaliyyətinə aid hadisələrin bir-birini əvəz etməsindən ibarət prosesdir. Həmin hadisələrin mahiyyətini dərk etmək üçün onların arxasında gizlənən daxili münasibətləri aşkar etmək tələb olunur. Beləliklə, sosial həqiqətin dialektikası ümuminin, xüsusinin və təkcənin vəhdəti kimi çıxış edir.

Sosial idrakda obyektiv həqiqi biliyin spesifikliyini həm də onun sosial-tarixi şərtlənməsi baxımından aşkar etmək olar. Məlumdur ki, biliyin inkişafının və, deməli, obyektiv həqiqətin formalaşmasının əsasını praktika, insanların fəaliyyəti təşkil edir. Sosial idrakda praktikanın bu mühüm rolu sosial-tarixi məna kəsb edir. Ona həm də mövcud sosial struktur sosial qruplarının və etnik birliklərin mənafeləri də müəyyən təsir göstərir. Deməli, burada biliyin məzmununda ideoloji-dünyagörüşü tərəfi əhəmiyyətli yer tutur. Sosial idrakda obyektiv həqiqətin digər bir xüsusiyyəti onun dinamikliyidir.

Burada idrak obyekti hərəkətdə, inkişaf halında öyrənir. Dogrudur, o əsasən obyektin indiki vəziyyətini əks etdirir. Lakin o bununla məhdudlaşmır. Məsələ bundadır ki, sosial obyektin indiki vəziyyəti, onun keçmişi və gələcəyi ilə sıx bağlıdır. Odur ki, indiki vəziyyəti əks etdirərkən həqiqət həm də keçmişin, indinin və gələcəyin əlaqələrinə aid olur.

Sosial həqiqətin başqa bir xüsusiyyəti burada obyektiv biliyi əldə etməyin çox çətin olması ilə bağlıdır. Belə ki, sosial biliyin inkişafi bir-birinə əks baxışların, nəzəriyyələrin mübarizəsi və yeniləşməsi yolu ilə gedir. Buna görə də nəzərdə tutulmalıdır ki, burada həqiqətin meyarı kimi fərdi təcrübə, birdəfəlik yoxlama aktı deyil, tarixi ölçüdə götürülən ictimai praktika çıxış edir. Lakin praktika sosial həqiqətin nisbi meyarıdır, bu mənada ki, o biliyin yalnız müəyyən şərait üçün həqiqi olduğunu göstərir. Odur ki, burada praktika meyarı bir tərəfdən kifayət qədər həqiqi xarakter daşıyırsa, digər tərəfdən xeyli dərəcədə qeyri-müəyyəndir.

Sosial biliyə dəyərlərlə əlaqə səpkisindən yanaşdıqda burada həqiqət ilə idealın spesifik qarşılıqlı münasibətləri aşkara çıxır. Belə ki, sosial idrak təkcə ictimai reallıgı təsvir etmək və izah etməklə məhdudlaşmır. Onun mühüm bir vəzifəsi həm də real mövcud olan ilə normativ, ideal planda olmalı olan arasında əlaqə yaratmaqdır. Bu mənada sosial həqiqət həm də cəmiyyətin idealını ifadə etməyə yönəlir. Onun mühüm bir keyfiyyətini sosial ədalətə doğru istiqamətlənməsi təşkil edir.

Sosial həqiqətin səciyyəvi cəhətlərindən biri də onda şərtilik əlamətinin nisbətən güclü olmasıdır. Aydındır ki, şərtilik ünsürlərinin (ideallaşdırma, gerçəkliyin təxmini kobud formada əks etdirilməsi, real həyatdan fərqli modellərdən istifadə olunması və s.) tətbiqi öyrənilən obyekti_ mütabiq əks etdirməyin spesifık qnoseoloji üsullarıdır. Bu yol ilə insan sosial reallığı dərindən və hərtərəfli əks etdirir, ona inkişaf və dəyişilmədə yanaşa bilir. Qeyd olunmalıdır ki, sosial həyatı öyrənərkən belə idellaşdırma daha çox zəruridir. Bu öyrənilənin son dərəcə mürəkkəb olmasından irəli gəlir. İdeallaşdırma öyrənilən hadisə və prosesləri sadələşmiş şəklə salmağa, onları təsadüflərdən və ikinci dərəcəli əhəmiyyət kəsb edən amillərdən təmizləməyə imkan verir. Beləliklə də onların mahiyyətini və inkişaf istiqamətlərini, meyllərini aşkar etmək asanlaşır.

Bununla birlikdə göstərilməlidir ki, sosial idrakda şərti üsulların tətbiqi ziddiyyətli xarakter daşıyır: onlar bir tərəfdən reallığı yaradıcı surətdə, obyektiv-həqiqi əks etdirmək üçün zəruridir, digər tərəfdən isə şərtiliyin rolu cüzi olaraq şişirdildikdə sosial biliyin idraki əhəmiyyəti azalır və heçə enir.

Deyilənlər sübut edir ki, sosial həyat son dərəcə mürəkkəb və çoxpilləli xarakterə malik olduğu üçün onun öyrənilməsi də müəyyən çətinliklər yaradır.

Sosial idrakın obyektiv çətinlikləri ilə yanaşı müəyyən subyektiv xarakterli çətinliklər də vardır. Burada idrakın subyekti olan insan müxtəlif ictimai əlaqələrə cəlb olunmuş halda çıxış etsə də, özünün fərdi təcrübəsinə və intellektinə, tələbat və mənafelərinə, dəyərlərinə malikdir. Buradan aydın olur ki, sosial idrakı səciyyələndirərkən onda şəxsiyyət amilinin mühüm rolu göstərilməlidir. Sosial həyat, burada gedən proseslər və onların qanunauyğunluqları sosial fəlsəfə tərəfındən öyrənilir. Bu elm ümumi fəlsəfənin ayrılmaz və eyni zamanda spesifik tərkib hissəsidir.

Qeyd edək ki, sosial anlayışı sözün geniş və məhdud mənasında işlənilir. Birinci halda o «ictimai» anlayışının sinonimi kimi götürülür. Geniş mənada işləndikdə sosial anlayışı təbiət ilə müqayisədə ictimainin spesifik və fərqli cəhətlərini ifadə edir. Digər tərəfdən geniş mənada yanaşdıqda sosial ayrıca bir fərddən, şəxsiyyətdən fərqliliyi bildirir. Başqa sözlə o ayrıca bir fərdin individual keyfiyyətlərini deyil, sosial birlik formalarına və bütövlükdə cəmiyyətə aid olan keyfiyyətləri ifadə edir.

Sözün məhdud mənasında sosial dedikdə isə ictimai həyatın xüsusi bir sferası başa düşülür. Bu sfera insanların sosial vəziyyəti, ictimai əmək bölgüsündə yeri, həyat səviyyəsi, təhsili və sair məsələləri əhatə edir. Beləliklə, sosial fəlsəfə sosial hadisələrin qarşılıqlı təsirinin ən ümumi qanunauyğunluqları və meylləri haqqında, sosial həyatı bütöv proses kimi ifadə edən, cəmiyyətin mövcudluğu və inkişafı haqqında nəzəri biliklər sistemidir.

Bu elm sabit və böyük insan qruplarını, onlar arasındakı münasibətləri, onların əlaqələri və cəmiyyətdə rolunu ifadə edən qanunları öyrənir. Sosial fəlsəfənin problemləri geniş əhatə dairəsinə malikdir. O ictimai münasibətlər sistemini, cəmiyyət həyatının bütün tərəflərini araşdırır. Sosial həyatın dəyişilməsi və sosial sistemin inkişafını bütöv bir tam kimi təhlil edir.

Cəmiyyətin sosial həyatı insanların birgə varlığını ifadə edir. Buraya onların maddi və mənəvi həyatı, habelə digər hadisə və proseslər daxildir. Onun məzmununu insanlar arasındakı çoxtərəfli qarşılıqlı təsir növləri ifadə edir. İnsanların sosial hərəkətləri müxtəlif ictimai amillərin təsiri ilə şərtlənir. Sosial hərəkətin və sosial münasibətlərin əsas subyekti kimi sosial birlik forması və ya bütünlükdə cəmiyyət çıxış edir. Bütövlükdə sosial həyat özünün mütəşəkkilliyi və strukturluluğu ilə səciyyələnir. Sosial sistem müxtəlif yarımsistemlərin və elementlərin sahmanlı düzülüşü deməkdir.

Sosial fəlsəfənin predmetinə cəmiyyət həyatının əyani təsvir olunan və empirik yol ilə qavranılan tərəfləri deyil, xeyli dərəcədə ümumi və mücərrəd xarakter daşıyan xassələr, formalar və əlaqələr daxildir. Sosial fəlsəfə insanların başqaları ilə birgə fəaliyyətində yaratdığı fərdidən kənar və ondan yüksəkdə duran formaların, əlaqələrin və münasibətlərin sistemi kimi götürülən cəmiyyət haqqında düşüncələr deməkdir.

Sosial həyatdakı forma və əlaqələrin mahiyyəti bir növ açıq-aydın görünmür, bir növ gizli xarakter daşıyır. Buna görə də hər bir insanın bunlar haqqında təsəvvürləri doğru olmaya da bilir. Deməli sosial həyatı öyrənərkən bu və ya digər fərdin təsəvvürləri deyil, onların bütöv bir tam kimi əhatə olunduğu birliklərin fıkirləri əsas götürülməlidir.

Sosial fəlsəfənin öyrəndiyi məsələlərin əyani surətdə görünməməsi heç də onları araşdırmağın qeyri-mümkünlüyü demək deyildir. Belə ki, həmin gizli sosial əlaqələr, münasibətlər və formalar dolayısı ilə, bilvasitə, müxtəlif yardımçı vasitələr şəklində (predmetlərdə, insanların hərəkətlərində, dilində, bədənində, onların yaratdıqları təşkilatlar və müəssisələrdə) ifadə olunur. Bu sonuncuları təhlil etməklə biz ümumi sosial əlaqə və münasibətlər haqqında dəqiq bilik əldə edə bilirik. Hər bir insan həyatda heç də həmişə özü istədiyi kimi hərəkət etmir. O öz hərəkətini ölçüb-biçir. Buna görə də istədiyi kimi deyil, lazım olduğu kimi hərəkət edir. Çünki insanların həyatı bir-birindən ayrılmazdır. Məsələn, hər bir insan öz fikirlərini dil vasitəsilə ifadə edir, lakin bu dili o yaratmamışdır. Dil ümumiyyətlə, cəmiyyətin məhsuludur. Hətta insanın getdiyi küçə də o şəxsin özünün deyil, ümuminindir.

Bir sözlə, hər bir insan özündən asıh olmadan ictimai əlaqələrin və münasibətlərin çoxsaylı şəbəkəsi ilə əhatə olunur. Bu sosial şəbəkə və formaların özü də insanların birgə fəaliyyətinin məhsuludur. Məsələn, biz müəyyən hərəkəti edərkən onu nıövcud normalara uyğunlaşdırırıq. Çox vaxt fərqinə varmırıq ki, bu normaları da insanlar yaratmışlar.

Yuxarıda deyilənlər sübut edir ki, insan ilə cəmiyyət bir-birinə qırılmaz tellərlə bağlıdır. İlk nəzərdə aydın görünən bu münasibətlər nəzəri fikirdə birmənalı izah edilmir. Burada iki əsas yanaşma özünü göstərir. Birinci mövqeyin tərəfdarları (M.Veber başda olmaqla) belə hesab edirlər ki, insan sosial münasibətlərin ansamblıdır, hər bir cəmiyyət, məhz özünə lazım olan adamları yaradır. İnsanlar da cəmiyyətin onlardan gözlədiklərini arzu edirlər. Bu cür yanaşma özündə determinizmi ifadə etməsinə baxmayaraq məqbul hesab edilə bilməz. Çünki bu halda cəmiyyətin guya əvvəlcədən müəyyən olunmuş dəqiq proqram üzrə fəaliyyət göstərdiyi iddia olunur. Belə təsəvvür cəmiyyətin necə və hansı yollarla dəyişildiyini izah edə bilmir. İkinci baxışa görə (E.Dürkheym və başqaları) insan şüura və iradəyə malik olan müstəqil subyektdir. O öz hərəkətlərinin mənasını başa düşür və bu hərəkətləri şüurlu seçmək iqtidarındadır. Bu cür yanaşdıqda cəmiyyət sadəcə olaraq sosial atomların (fərdlərin) məcmusu, onların şüuru və iradəsinin məhsulu kimi təsəvvür olunur.

Yuxarıda gətirilən hər iki mövqe özü-özlüyündə əhəmiyyətli olsalar da, ayrı-ayrılıqda birtərəfli xarakter daşıyır. Buna görə də onlara əsaslanmaqla insan - cəmiyyət münasibətlərini dəqiq izah etmək qeyri-mümkündür. Yalnız bu baxışların müsbət cəhətlərini əlaqələndirmək yolu ilə sosial həyatı dərindən dərk etmək olar. Qeyd edək ki, yuxarıda izah olunan iki mövqeyi əlaqələndirmək o qədər də asan deyildir. Çünki, ayrılıqda götürülən insan təkbaşına yaranmamışdır, o insanların birgə tarixinin məhsuludur. Digər tərəfdən isə hər bir insan öz həyatını yaşamaqla yanaşı, həm də insanların ümumi birgə tarixində müəyyən iz buraxır. İstənilən sosial hərəkət iki tərəfı əhatə edir.

Birinci insandan kənarda olan, yəni obyektivləşdirilmiş tarix hesab olunur. Bu tarix uzun illər ərzində insanların birgə yaratdıqları əşyalarda, maşınlarda, binalarda, kitablarda, habelə adətlər, hüquq və əxlaq normalarında, çoxsaylı təşkilatlarda və insanların qarşılıqlı təsirinin həyata keçirdiyi digər formalarda təcəssüm olunur.

İkinci tərəf isə bilavasitə həmin insanın özündə olaraq onunla bağlı tarixdir, yəni onun ümumi sosial prosesə verdiyi töhfədir. Hətta ilk nəzərdə daha çox təbiətin məhsulu kimi görünən insan bədəni də cəmiyyətin tarixindən kənarda mövcud ola bilməz. Çünki bədənin özü üzvi təbiətdə gedən proseslərlə sosial-tarixi və mədəni inkişafın vəhdətinin məhsuludur.

Bu amillər birlikdə (habelə kütləvi informasiya vasitələri və təhsil sistemi də daxil olmaqla) insanın həyat tərzini, düşüncə və fıkirlərini müəyyən edir. Lakin insanın sosial keyfiyyətləri daim inkişaf edir. O zaman keçdikcə yeni-yeni cəhətlər əldə edir, onun dili və davranış vərdişləri təkmilləşir. Bir sözlə, insanın sosiallaşması deyilən ümumi proses özünü göstərir.

Deyilənlər sübut edir ki, insanın hərəkətləri və davranışı sosial determinantlarla şərtlənir. Lakin bu onun azadlığını əlindən almır. Belə ki, hər bir insan konkret şəraitin irəli sürdüyü mümkün variantlardan istədiyini seçə bilir. Bu iki tərəf arasındakı münasibətləri obrazlı şəkildə müəyyən bir oyun ilə buradakı iştirakçıların münasibətlərinə bənzətmək olar. Bəllidir ki, hər bir oyunun öz qaydaları və qanunları vardır. Oyunda iştirak edənlərin hamısının onlara əməl etməsi tələb olunur. Digər tərəfdən oyun sonsuz sayda gedişlərə malikdir. Bu gedişlərin variantını seçməkdə hər bir iştirakçı sərbəst və azaddır.

İnsan gündəlik həyatda öz yaxınları və qohumlarını əhatə edən məhdud dairədə doğulur. Lakin zaman keçdikcə əhatə dairəsi genişlənir və onun mənşəyi ilə bağlı izlər tədricən silinir və o başqaları tərəfindən sanki yad bir adam kimi qavranılmağa başlayır. Beləliklə də o hər bir konkret adama münasibətdə özgə kimi çıxış edir. Elə təəssürat yaranır ki, insandan kənar və hətta onda yüksəkdə duran subyektdir. Nəticədə sosial qayda obyektiv forma alır, yəni insan elə bir reallığı yaradır ki, həmin reallıq onun özünü də inkar edə bilir. Bütün bu proseslər isə öz mahiyyətinə görə cəmiyyətin dəyişilməsi deməkdir. Dəyişilən cəmiyyət isə özünə uyğun adamları, yəni bu cəmiyyəti təkrar istehsal etməyi bacaran insanları yaradır.

Sosial fəlsəfədə də materializm və idealizm mövqeləri vardır. Birinci tərəf buna əsaslanır ki, ictimai həyatın əsas məzmununu təşkil edən fəaliyyətin motiv və məqsədləri insanların sosial varlığı ilə müəyən olunur. İdealizm isə bunu əsas götürür ki, fəaliyyət şüurlu prosesdir, insanlar əvvəlcədən öz fəaliyyətinin məqsəd və məzmununu təsəvvür edirlər. Bu baxışların hər ikisində həqiqət payı vardır. Təsadüfı deyildir ki, idealist sosial fəlsəfə zəminində cəmiyyətin və ayrıca bir insanın müxtəlif həyat fəaliyyəti sahələrinə aid çox maraqlı fikirlər irəli sürülmüşdür (məs. klassik alman fəlsəfəsi, Dürkheym, yenikantçılıq, müasir pozitivizm və sair).



Sosial fəlsəfənin spesifıkliyi onun yerinə yetirdiyi funksiyalarda da üzə çıxır. Qeyd edək ki, sosial fəlsəfənin funksiyaları öz ifadə formalarına görə ümumilikdə fəlsəfənin yerinə yetirdiyi funksiyalar ilə çox yaxındır. Bununla belə onlar spesifık xüsusiyyətlərə malikdir. Sosial fəlsəfənin əsas funksiyaları aşagıdakılardır: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik funksiyalar. Birinci funksiya onda ifadə olunur ki, sosial fəlsəfə insanlarda sosial aləm haqqında, burada insanların maddi həyat şəraiti və şüuru haqqında, insanın cəmiyyətdə yeri və rolu, həyatın məqsədi və mənası haqqında bitkin elmi təsəvvürlər formalaşdırır.

Nəzəri funksiya o deməkdir ki, sosial fəlsəfə sosial hadisələrin və proseslərin dərinliklərini öyrənməyə imkan verir. Onların mahiyyətini nəzəriyyə səviyyəsində araşdırır. Metodoloji funksiya bunu göstərir ki, cəmiyyət həyatının bu və ya digər tərəflərini öyrənən ayrı-ayrı ictimai elmlər (tarix, hüquq, iqtisadiyyat, psixologiya və başqaları) öz tədqiqat obyektlərini təhlil edərkən sosial fəlsəfənin ümumi müddəalarına arxalanırlar. Nəhayət sosial fəlsəfə proqnozlaşdırıcı funksiya yerinə yetirir. Belə ki, onun işləyib hazırladıgı müddəalar cəmiyyətin gələcək inkişaf meyllərini, insanların fəaliyyətinin perspektiv nəticələrini irəlicədən görmək imkanı verir. Bu funksiyaya əsaslanmaqla ayrı-ayrı sosial hadisələrin və bütövlükdə cəmiyyətin gələcək inkişafını proqnozlaşdırmaq mümkün olur.

Yuxarıda göstərilən bütün funksiyalar bir-birilə sıx qarşılıqlı təsirdə çıxış edir. Onların ayrılmaz vəhdəti sosial-fəlsəfi biliyin spesifikliyini və mahiyyətini bütöv şəkildə əks etdirir.

Sosial fəlsəfə cəmiyyətdə baş verən proseslərinin məntiqi gedişini öyrənərkən aşağıdakı prinsiplərə əsaslanır: 1) sosial determinizm (sosial hadisələr arasında səbəb-nəticə və qanunauyğun əlaqələrin hərtərəfli nəzərə alınması); 2) tarixilik prinsipi (ictimai həyatı dəyişilmə və dinamikada götürmək); 3) varislik prinsipi (mühaftzəkar və novator tərəflərin ayırd edilməsi); 4) sosial ziddiyyətlərin aşkar edilməsi və onlara ictimai hadisə və proseslərin inkişaf mənbəyi kimi yanaşılması.

Sosial fəlsəfə ilə cəmiyyəti öyrənən digər elmlər bir-birilə sıx qarşılıqlı təsirdə fəaliyyət göstərirlər. Belə ki, sosial fəlsəfə ən yüksək səviyyədə ümumiləşdirmələr aparır və öz müddəalarını daha mücərrəd formada ifadə edir. O, cəmiyyətin ən ümumi inkişaf qanunauyğunluqlarını və meyllərini öyrənir. Buna görə də o konkret ictimai elmlərə (iqtisadiyyat, sosiologiya, politologiya, tarix, hüquq, statistika və sair) münasibətdə ümumi metodologiya rolunu oynayır. Sonra, sosial fəlsəfə cəmiyyətin inkişafının, bütövlükdə tarixi prosesin ümumi nəzəriyyəsi olduğu üçün ayrı-ayrı ictimai elmlər öz konkret tədqiqat obyektlərinə dair konsepsiyalar işləyib hazırlayarkən ona arxalanırlar.

Deyilənlər sübut edir ki, sosial fəlsəfə konkret ictimai elmlər üçün mühüm əhəmiyyətə malikdir. Lakin nəzərdə tutulmalıdır ki, sosial fəlsəfə ilə həmin elmlərin əlaqələri birtərəfli deyildir. Başqa sözlə ayrı-ayrı ictimai elmlər də öz növbəsində sosial fəlsəfəyə güclü təsir göstərir, Bu onda ifadə olunur ki, sosial fəlsəfə həmin elmlərin əldə etdiyi konkret sahələrə dair elmi məlumatları ümumiləşdirir və buna əsaslanmaqla özü də inkişaf edir.

Digər ictimai və humanitar fənlər ilə sosial fəlsəfənin ümumiliyi bundadır ki, o da insanların sosial dünyasnı öyrənir. Bu dünyaya dil, elm, hüquq, etika, əxlaq və davranışlar, əmək alətlərinin təkmilləşməsi səviyyəsi, insanların fəaliyyəti üsulları və təşkilatları daxildir. Lakin cəmiyyəti öyrənən konkret elmlər yuxarıda göstərilən tərəflərdən birini və ya bir neçəsini tədqiq etməklə məhdudlaşır. Sosial fəlsəfənin spesifikliyi bundadır ki, o cəmiyyəti bütöv bir tam kimi götürür, onun ümumnəzəri modelini yaradır.

Sosial fəlsəfənin ümumilikdə fəlsəfə ilə münasibəti təkcə ilə ümumi arasındakı münasibət kimidir. Başqa sözlə deyilsə sosial fəlsəfədə ümumi fəlsəfi müddəalar cəmiyyət həyatına münasibətdə, konkretləşmiş formada çıxış edir.

Sosial idrak, o cümlədən fəlsəfi səviyyədə, hər bir tarixi dövr mədəniyyətə xas olan məna və məzmunları xüsusi ideal obyekt şəklində öyrənir. Onların daxili münasibətlərini sistemləşdirir. Nəticədə yeni biliklər əmələ gəlir ki, bu da insanın dünyanı qavraması və anlamasında daha geniş imkanlar yaradır.

Sosial fəlsəfə iki, bir-biri ilə əlaqəli qütbləri birləşdirir: mədəniyyətin mövcud mənəvi strukturlarının rasional düşünülməsi və insan tərəfındən ətraf aləmin yeni şəkildə mümkün dərkinin layihələndirilməsi.

Sosial fəlsəfənin vəzifəsi təkcə insanların dünyagörüşünü öyrənməklə bitmir. Bu elm həm də onların dünyagörüşünün formalaşdırılmasında çox mühüm rol oynayır. Sosial fəlsəfə sistemləri biri digərini əvəz etdikcə, sosial varhq haqqındakı təsəvvürlər də dəyişilir, yeni ideyalar, prinsip və kateqoriyalar meydana gəlir, sosial elmlərin differensiyasiya və inteqrasiya prosesləri dərinləşir.

Sosial fəlsəfənin obyekti sosial məkan və zamandırsa, onun subyekti insan və cəmiyyətdir, hər bir elm kimi onun da kateqorial aparatı subyekt və obyektin məzmunu ilə müəyyən edilir; tarixi-mədəni inkişafın hər mərhələsində dəyişir.

Sosial fəlsəfə bir elm kimi digər sosial elmlərin metodoloji əsasını təşkil edir. Daha sıx əlaqədə olduğu sosiologiya, tarix, mədəniyyətşünaslıq, sosial psixologiya, politologiya, iqtisadiyyat nəzəriyyəsi elmlərin inkişafı sosial fəlsəfəyə mühüm təsir göstərir. Burada qnoseoloji, sosioloji, aksioloji və praksioloji bölmələri göstərmək olar. Fəlsəfə tarixində, xüsusilə XX əsrdə sosial fəlsəfə və digər ictimai elmlərin qarşılıqlı təsirinə müxtəlif yanaşmalar olmuşdur. Tədqiqatçılar, xüsusi olaraq bu elmin inkişafında subyektiv amilin roluna daha çox diqqət yetirirlər. Məsələn, M.Veber özünün «Sosioloji və iqtisadi elmlərdə qiymətvermədən azadolmanm mahiyyəti» əsərində qiymətvermə dedikdə hər hansı bir hadisənin bəyənilməsi və ya pislənilməsini nəzərdə tuturdu.

O bu məsələni araşdırarkən, bir neçə yanaşmanı müəyyən edir: a) məntiqi təhlilin qaydalarına tabe olan empirik problemləri - praktiki, etik mövqeni bildirən qiymətvermələrdən fərqləndirmək lazımdır (tədris prosesində hər ikisindən xəbər vermək); b) qiymətləndirmə, qiymətvermə mümkün qədər tədrisdən çıxarılmalıdır. Veber sonuncu fikir ilə razılaşır, buna bürokratik yanaşma deyir. O göstərirdi ki, müəllim, öz intellektual vicdanının tələbinə görə, mühazirəsinin məntiqi dəlilləri və praktiki qiymətverməni bir-birindən fərqləndirməli və dinləyicilərə də bu şəkildə çatdırmalıdır. Onun fikrincə kafedra (kürsü) arxasında duran hər bir alimin öz şəxsi mövqeyini dinləyicilərə peşəkarlıq rəmzi kimi təqdim etməsi və onlara bunu zorla qəbul etdirməsi dözülməz haldır. Professor öz şəxsi ideallarının təbliği üçün başqa vasitələrdən (məsələn: mətbuatdan) istifadə edə bilər. Auditoriyada isə onun vəzifəsi; 1. Peşəsini sevmək, 2. Faktların təsdiqi və onların qiymətləndirilməsi proseslərini bir-birindən ayırmaq; 3. Elmi problemi təhlil edərkən, öz zövqünün tələbatlarını cilovlamaqdır.

Veber bu təhlili yekunlaşdıraraq, belə bir qənaətə gəlir ki, hər bir tədqiqatçı iki zəruri problemi həll etməlidir: empirik faktların müəyyən edilməsi və özünəməxsus, şəxsi mövqenin formalaşdırılması. Şübhəsiz, bunu sosial fəlsəfəyə də aid etmək lazımdır. Sosioloji tədqiqat obyektlərində subyektiv amilin müəyyən dərəcədə nəzərə alınmasını R.Aron da qeyd etmişdi. Subyektiv amil-insan fəaliyyətini müəyyən edən arzu, istək və mənafelərdən iləarətdir. Aronun fikrincə, sosial tədqiqatın başlıca vəzifəsi bu subyektiv faktorun açıqlanmasıdır. Özü də bu işdə təbiət elmlərinin metod və vasitələrindən istifadə edilməməlidir, çünki subyektiv amil - tarixi prosesin real subyekti şəklində çıxış edən insan fəaliyyətinin subyektiı meyl, etiqad, arzu və istəklərinin gerçəkləşməsidir.

R.Aronun fikrincə, cəmiyyət və onun tarixinin öyrənilməsi elmi-tədqiqat, dərketmə sahəsi yox, mənəvi şüurun fəaliyyəti sahəsidir. O göstərirdi ki, tarix-subyektiv elmdir, çünki burada hadisələr «xalis hadisə» kimi yox, tarixçi tərəfindən yaradılmış, quraşdırılmış hadisələr kimi başa düşülür.

Z.Bauman (Böyük Britaniya) fəlsəfə və sosiologiyanın qarşılıqlı əlaqəsini çayın axarındakı iki burulğana oxşadır. Eyni materiya daim buradan keçir, burulğan yalnız vasitəçi rolunu oynayır. Müəyyən mənada bu iki ənənəvi cərəyanlar arasında ciddi sərhəd yoxdur və olmayıb da. Bunu Z.Bauman onda görürdü ki, hər iki elm hələ kifayət qədər öz daxilində inteqrasiya dövrünü keçməyib. Həm sosiologiya, həm də fəlsəfənin daxilində parçalanma prosesi gedir. Bunun səbəbi münasibətlərin, nöqteyi-nəzərlərin, düşüncə tərzinin müxtəlifliyi (dövrdən-dövrə dəyişilməsi), həm də tədqiqatçıların mövqelərinin eyni olmamasıdır.

Z.Bauman fəlsəfi və sosioloji praktikada iki yanaşmanı qeyd edir: biri «qanunverici», digəri isə «interpretasiya edən» (yozan) yanaşmalardır. Kant qeyd edir ki, («Xalis ağılın tənqidi» əsərində), «filosof-konsepsiyalardan istifadə edən rəssam yox, insan ağlının işlətmək qaydalarını müəyyən edən qanunvericidir». Filosof əbədi dəyişilməz qanunlara uyğun əsaslandırılmış tələblərin təminatını verə biləcək tribunanı yaratmalıdır. Hər bir insanın şüurunda qanunverici hakimiyyət ideyası yaşayır, filosof da bundan istifadə edərək, ağılın ali məqsədlərini müdafıə etməlidir.

Kant hesab edirdi ki, fəlsəfə qanunverici hakimiyyətin başında olmağa məcburdur. Hamıya aid olan biliklər transsendental səviyyəyə qaldırılmalıdır. «Ağıl tələb edir ki, biliklərimiz mənasız və qarışıq qalmasın, dərketmə sistemli xarakter daşısın». Belə biliyi (rəy və inancdan fərqlənən) yalnız fılosof yarada bilər. Bu mənada metafızikanın özü insan ağlının mədəni təcəssümü olaraq, təfəkkürün ahəngdar kamilliyini yaratmalıdır.

Fəlsəfənin tutdugu ali vəzifə ona, ali nüfuz və mənanı təmin edir. o, öz vəzifəsini yerinə yetirərək, elmdə qayda-qanunu, ahəngdarlığı, əmin-amanlığı yaradır ki, nəticədə onun bəhrəsi ən ali mümkün məqsədə yönəldilsin - bu da bütün insanların səadətidir. Bu ifadədə Kant, ənənəyə sadiq olaraq (Platon, Sokrat və başqaları da filosofun vəzifəsini digər insanları qorumaq, onların qeydinə qalmaqda görürdülər) göstərirdi ki, bizim filosofların vəzifəsi elə bir ali biliyə nail olmaqdır ki, hər bir kəs bu biliyi mənimsəsin və xoşbəxt olsun.

Dekart isə özünün «Əqlin idarəci üçün qaydalar» əsərində yazırdı ki, həqiqət çoxlarına yox, bəzilərinə qismət olur. Filosofu ucaldan, kütlədən ayıran elə həqiqət biliyidir ki, o başqa cılız, xırda biliklərə qarşı onda immunitet yarada bilir. Filosofların vəzifəsi hakimlik etmək və ağlın qanunlarını yaymaqdır. Biz bunu etməsək insan nəsli heç vaxt xoşbəxt ola bilməz. Yalnız filosof yalan və doğrunu, xeyir və şəri, haqqı və nahaqqı fərqləndirə bilər, yeganə hakim də odur. Metafizika-kraliçadır, onun idarə üsulunda ehkamçılıq despotizmi yaransa da belə, başqa çıxış yolu yoxdur, insan cəmiyyəti yalnız bu yolla inkişaf edə bilər. Metafizikanın başlıca vəzifəsi-ağılı tənqid etməkdir. Z.Bauman qeyd edir ki, çox vaxt fılosofların bu mövqeyi rnövcud şərait, hakim dairələrə onların yaxınlığı ilə izah olunur. Sonrakı dövrdə, XIX-XX əsrlərdə, fəlsəfə məhz belə ideyaların təsiri altında formalaşmışdır. R.Rorti, Z.Bauman hesab edirlər ki, elə fəlsəfənin özü əslində müasir, yaranmaqda olan dövlətin siyasətinin əsasını təşkil edir.

Z.Bauman, Marks və Engelsin də mövqelərinə müraciət edir. Marks və Engels yazırdılar ki, «dövlət və sosial struktur daim konkret fərdlərin həyatı proseslərindən əmələ gəlir; bu zaman fərdlər başqalarının və özünün təsəvvüründə olduğu kimi götürülür, nəticədə siyasi praktikada, ictimai rəy və arzuların» yanlış şüurun ifadəsi» kimi qiymətləndirilməsinə, iyerarxiyadan (strukturdan) kənarda olan hər bir ifadəyə son qoyulur. Dürkheym isə təbb edirdi ki, «sosioloqun beyni, yeni bir elm sahəsini öyrənən fizik, kimyaçı və fizioloqun beyninə oxşasın». Sosioloq «sosial aləmə müdaxilə edəndə, başa düşməlidir ki, naməlum sahəyə daxil olur. O duymalıdır ki, öyrəndiyi faktlar haqqındakı qanunlar həyatın digər sahələrdəki qanunlar qədər gizli və naməlumdur». Dürkheym qeyd edirdi ki, biz hər hansı bir hərəkətimizin həqiqi təbiəti haqqında çox səthi və müəmmalı bir təsəvvürə malikik. Onun fikrincə sosioloji praktikanın elmliyini təmin etmək üçün qeyri tədqiqatlarda peşəkar fıkirlər və rəylərə yer verilməməlidir; peşəkarlıq nüfuzunu yüksək saxlamaq lazımdır; həqiqət haqqında yalnız peşəkar danışa bilər.

M.Veber də, sosioloqun mövqeyini müdafıə edərək, qeyri-peşəkar biliyin dəyərini çox aşagı qiymətləndirirdi. O, rasional fəaliyyətin xalis tipinin quraşdırılması prosedurasını sosioloqun vəzifəsi kimi qeyd edirdi.

Bauman sosioloji və fəlsəfi biliyin formalaşmasında başqa təmayülü interpretasiya edən ağlın strategiyasından da yazır. Bu mövqenin nümayəndələri belə bir fikri qəbul edirlər ki, hər hansı bir obyektin tədqiqi bu obyektin dəyişilməsinə səbəb olsa da, yadda saxlamaq lazımdır ki, onun ilkin forması heç də köhnəlməyib, yaşamaq hüququnu itirməyib. Qanunverici yanaşma monoloqa bənzəyirsə, belə yanaşma dialoqa bənzəyir. Bu cərəyanın strategiyasını işləyib hazırlayanlar - Freyd, Haydegger, Vitgenşteyn, Qadamer, Rikkert və Derrida olublar, davamçısı isə Riçard Rortidir. Burada ən çox gözə çarpan ənənə hermenevtikadır. Hermenevtika əvvəldən axıradək interpretasiya ilə bağlıdır, lakin sonuncu onunla bitmir.

Vilhelm Dilteyin, daha sonra Hans Qadamerin təsiri altında Şleyermaher öz qarşısına anlama, başa düşmə prosesini, öyrənmə və müəyyənetmə məqsədini qoymuşdu. O, düzgün başa düşməmək təhlükəsini aradan qaldırmaq yollarını öyrədirdi.

Diltey hesab edirdi ki, öyrənilən dövr, zaman interpretatordan (yozan) nə qədər uzaq olsa, bir o qədər onun məqsədinə nail olmaq imkanını artırır. Klod Levi-Stros bu ideyanı bəyənib, daha da inkişaf etdirib («mədəni distansiya», fasilə haqqında fikirləri) Diltey interpretasiyanı tarixi qanun şəklində başa düşürdü: insan cəmiyyəti, yaşamagın universal şəraitini yaratmaqla, mədəni inteqrasiyanı artırdıqca, interpretasiyanın dərketmə imkanları da çoxalır. Diltey hesab edir ki, fəlsəfə və incəsənət sivilizasiyasının ali nöqtələri olduqları üçün, interpretasiya aparmağa qadirdirlər. Beləliklə, Diltey ömrünün sonunda qanunvericilik ambisiyalarını tam tənqid və inkar etməyə hazır idi.

Qadamer bu işi davam etdirərək, «Həqiqət və metod» əsərində yazırdı ki, mətnin və ya sənət nümunəsinin həqiqi mənası heç vaxt axıra qədər açıqlana bilməz». Hermenevtika mütəxəssisləri anlama proseduralarını yox, anlama prosesinin şəraitini öyrənməlidirlər. Beləlikb, o həm peşəkar, həm də qeyri-peşəkar anlamaya bərabər hüquq verirdi. İnterpretasiya metodunun tərəfdarlarının sayı ildən-ilə artır. Bauman qeyd edir ki, Rolan Bart Nitsşeyə məxsus olan ifadəni «həqiqət-köhnə metaforların ekstraktıdır» - öz nəzəriyyəsinin prinsipinə çevirdi. «Mətn toxunulmuş parçadır. Bizi maraqlandıran isə onun nə olduğu yox, bu mətnin yaranması, parçanın toxunulması prosedurasıdır».

Jak Derrida isə belə qənaətə gəlir ki, tədqiqat «mətnlər arasında fasiləsiz gedən bir söhbətdir, burada ümumi bir nəticəyə gəlmək perspektivi yoxdur». Derridanın fəlsəfəsi təsadüfi dünya, təsadüfi bilik fəlsəfəsidir: bilik və dünya arasında sərhəd qeyri-müəyyən, arzuolunmazdır. Burada subyekt və obyekt, xarici və daxili, məna və mənasızlıq arasında bütün fərqlər itir. Ən başlıcası isə mətn və onun interpretasiyası arasında sərhəd götürülür. İnterpretasiya mətnin davamıdır, o, mətndə əriyib yox olur, sonsuz və çoxmənalıdır. Şüur mətni bərpa, təslim etməyə, saxlamağa çalışır; nəticədə dünyanı genişləndirmək əvəzinə məhdudlaşdırır və qapayır. İnterpretasiya tamamlana, qurtara bilməz. Bilik müxtəlifliyi artırır, nəticədə insan dünyanın plyuralist mənzərəsi ilə barışır, onun ambivalentliyini, insan mövcudluğunun təsadüfıliyini qəbul edir. Belə yanaşma biliyin ən səciyyəvi xassəsinə çevrilir.

Rorti hesab edirdi ki, bu yolla fəlsəfə tədricən inkar edilir (Bauman dəqiqləşdirir ki, söhbət qanunverici prinsiplə formalaşan fəlsəfədən gedir). Sosiologiya da hər iki istiqamətdə (qanunverici və interpretasiya) inkişaf edir. Baumanın fikrincə, sosiologiya əslində gündəlik həyatı sistemli şəkildə izah etməli, bununla da həyat haqqındakı bilikləri artırmalı, bu yol ilə həyata müdaxilə etməlidir.

Fəlsəfə və sosiologiyanın qarşılıqlı əlaqəsi haqqında E.Dürkheymin də maraqlı ideyaları olub (Bauman öz əsərində bunlardan bəzilərini qeyd edib).

Dürkheym müxtəlif tədqiqatçıların ideyalarını birləşdirərək, yeni müddəalar irəli sürdü. O, Kont və Spenserin qeyri-ardıcıllığını, metafızikliyini tənqid edərək, Dekartın rasionalizmini qəbul etdi. Lakin Dürkheym öz fəlsəfi baxışlarını sistemli, ardıcıl şəkildə formalaşdırmadı, bununla belə fəlsəfə və sosiologiya haqqında onun çox dəyərli fikirləri vardır. Məsələn, sosiologiyanın fəlsəfi əsasına o, təbiət və cəmiyyətin bütövlüyü, təbii və ictimai qanunauyğunluqların təbii xarakteri, təbiət və cəmiyyətin fərqli cəhətləri, təbii və ictimai hadisələrin dərkedilməsi xüsusiyyətləri, determinizmi, sosial hadisənin bütöv şəkildə öyrənilməsi və sair prinsipləri daxil edirdi.

Sosiologiya və fəlsəfənin nisbəti belədir: sosiologiya-müxtəlif ictimai hadisələrin izahı üçün bir əsasdır; onun metodları sosial hadisə və faktları öyrənmək üçün istifadə oluna bilər. Sosiologiya bu zaman özünəməxsus metodlara istinad edir. O fəlsəfə üçün müxtəlif ümumi faktları toplayır.

Elə ümumi problemlər var ki, bunları həm fəlsəfə, həm də sosiologiya öyrənir: şüur, varlıq, azadlıq, fəaliyyət, ictimai varlıq və ictimai şüur; mürəkkəb ictimai fenomenlərə bütöv yanaşma (cəmiyyət, qrup, şəxsiyyət və s.)

Sosiologiya fəlsəfə üçün konkret materialı toplayırsa, fəlsəfə, sosologiya üçün vacib olan ümumi anlayışları, qnoseoloji və məntiqi kateqoriyaları işləyib hazırlayır. Dürkheym sosiologiyanın obyektinin sosial faktlar olduğunu qeyd edilə; Onun metodu isə - bu faktların predmetli şəkildə öyrənilməsidir.

Sosial fəlsəfə cəmiyyətdə obyektiv şərait ilə subyektiv amillərin nisbətinin öyrənilməsinə geniş diqqət yetirir.

Obyektiv şərait dedikdə insanların şüuru, iradəsi və istəyindən asılı olmayaraq mövcud olan şərtlərin məcmusu nəzərdə tutulur. Bura təbii şərait, coğrafı mühit, iqtisadi həyatın əsas göstəriciləri daxildir. Bunlardan əlavə ictimai inkişafın vaxtı çatmış tələbatı, maddi istehsal və istehlak vasitələri də obyektiv şəraitin ünsürlərini təşkil edir. Obyektiv şərait hər hansı bir dövrdə insanların fəaliyyətinin əsas istiqamətlərini və hüdudlarını müəyyən edir.

Subyektiv amil isə kütlələrin, siniflərin, sosial qrupların, partiyaların, dövlətlərin və ayrı-ayrı şəxsiyyətlərin fəaliyyətidir, onların şüurlu iradəsi, fəaliyyət və bacarığıdır.

Cəmiyyətin inkişafı gedişində yeninin köhnə üzərində qələbəsi, imkanın gerçəkliyə çevrilməsi üçün təkcə obyektiv şəraitin olması kifayət deyildir. Tarixi prosesdə subyektiv amil də çox mühüm rol oynayır. Belə ki, ictimai həyatda vaxtı çatmış vəzifələrin həlli, həmin vəzifələrin kütlələr tərəfindən necə başa düşülməsindən, onların şüurluluq və mütəşəkkilliyi səviyyəsindən, əzmkarlıgı və iradəsindən çox asılıdır.

Qeyd olunmalıdır ki, təbiətdə hər şey (səma cisimlərindən tutmuş bitki və heyvanlara qədər) kortəbii baş verir. Hətta yüksək səviyyədə təşkil olunmuş bioloji növlər belə ətraf mühitə uyğunlaşmaqla məhdudlaşırlar. Yalnız insanlar təbiətə fəal dəyişdirici təsir göstərir, onu öz tələbatlarına uyğunlaşdırırlar. Deməli təbiətin tarixi özü yaranır, cəmiyyətin tarixini isə insanlar yaradırlar.

Zahirən təsadüflər yığımı kimi görünən cəmiyyət həyatı özünün bütün zənginliyi və dolğunlugu ilə sahmanlı sistemdir. Bu sistemin mövcudluğu və inkişafı müəyyən qanunauyğunluqlar üzrə baş verir. Vaxtilə Engels obrazlı şəkildə demişdi ki, dünya tarixi elə bir böyük şairədir ki, o gözəlliyini və eybəcərliyini, faciəvini və komiki qanunauyğun surətdə yaradır.

İnsanların hərəkətləri müəyyən məqsədə nail olmağa yönəlir, onların tələbatlarını ödəməyə xidmət edir. Cəmiyyət miqyasında götürdükdə ayrı-ayrı fərdlərin hərəkətləri kütlələrin, sosial qrupların, partiyaların və hakimiyyətlərin ümumi axınına qovuşur. Bu ümumi axında yeniliklə köhnəliyin, mütərəqqi ilə mürtəcenin, doğru ilə yalan ideyaların mübarizəsi baş verir. İctimai həyatda həm də müxtəlif fərdi və qrup mənafeləri, sinfi, milli və dövlətlərarası mənafelər daim toqquşmaqda davam edir. Müxtəlif qəbildən olan ehtiraslar və hisslər (xeyir, şər, qəzəb, nifrət, sevgi və sair) coşub-daşır. Bütün bu rəngarəngliyə və çoxtərəfliyə baxmayaraq cəmiyyət həyatı qanunauyğun proses kimi cərəyan edir. Lakin tarixi qanunauyğunluq insanların şüurlu fəaliyyətindən kənarda deyil, onunla sıx əlaqədə özünü göstərir. Əlbəttə, bu ictimai qanunların obyektiv xarakterini, yəni insanların şüur və iradəsindən asılı olmadığını inkar etmir. Beləlikb, ictimai qanunlar insanlann cəmiyyətdə fəaliyyəti nəticəsində yaranır. Lakin qanunlar yarandıqdan sonra insanların fəaliyyəti onlara tabe olur. İnsanlar bu qanunlara fərdidən yüksəkdə duran mahiyyət kimi baxırlar.

İctimai inkişaf qanunları dedikdə cəmiyyətdəki hadisələr arasında obyektiv, mühüm, zəruri təkrarlanan əlaqələr başa düşülür. Onlar sosial inkişafın əsas istiqamətlərini səciyyələndirirlər. Belə qanunlara misal olaraq aşağıdakıları göstərmək olar: maddi və mənəvi nemətlərin çoxalması ilə tələbatların artması qanunu, istehsal ilə tələbatların dialektik vəhdəti qanunu, tarixi tərəqqi gedişində subyektiv amilin rolunun artması qanunu və sair.

İctimai qanunlar təbiət qanunları ilə müəyyən ümumi və fərqli cəhətlərə malikdir. Əvvəlcə ümumi əlamətləri qeyd edək. Həm təbiət qanunları, həm də cəmiyyət qanunları obyektiv xarakter daşıyır, yəni insanların şüur və iradəsindən asılı olmayaraq mövcuddur. Obyektivlik həm də bunda təzahür edir ki, hər iki növ qanunlar insanların onları dərk edib-etməməsindən asılı olmayaraq fəaliyyət göstərir. Lakin insanlar qanunları öyrənmək əsasında öz fəaliyyətində onlardan şüurlu və məqsədyönlü istifadə edə bilirlər.

Bu ümumi cəhətləri ilə yanaşı təbiət və cəmiyyət qanunları arasında müəyyən fərqlər də vardır. Hər şeydən əvvəl cəmiyyət qanunları qarşılarına müəyyən məqsəd qoyan və onlan şüurlu surətdə həyata keçirməyə çalışan insanların fəaliyyəti vasitəsilə təzahür edir. Təbiət qanunları isə bundan fərqli olaraq təbiətdəki kortəbii qüvvələr arasından özünə yol açmaqla fəaliyyət göstərir. Sonuncu qəbildən olan qanunlar insanların şüur, istək və arzularından və iradəsindən tam kənarda mövcud olur.

İkinci, təbiət və cəmiyyət qanunlarının fəaliyyət müddəti bir-birindən fərqlənir. Belə ki, təbiət əbədi olduğu kimi, onun qanunları da daimi və uzunömürlüdür (məsələn, enerjinin saxlanması və çevrilməsi qanunu, ətalət qanunu və s.)- Bundan fərqli olaraq ictimai inkişaf qanunları nisbətən qısaömürlüdür. Onların əksəriyyəti az-çox uzun zaman keçdikdən sonra dəyişilir. Bu qanunların xeyli hissəsi isə yalnız müəyyən dövrdə fəaliyyət göstərir, həmin dövr başa çatdıqda yeni qanunlarla əvəz olunur.

Üçüncü, cəmiyyət qanunları öz xarakteri üzündən ayrı-ayrı sosial qrupların və şəxslərin mənafeləri ilə sıx bağlıdır. Təbiət qanunları isə bir qayda olaraq insanların mənafelərinə biganədir və onlarla yalnız dolayısı ilə əlaqədə olur. İctimai inkişaf qanunları insanların fəaliyyəti vasitəsilə əks etdirilir.

Dördüncü fərq bundadır ki, yuxanda deyildiyi kimi, təbiət qanunları özü yaranır, cəmiyyət qanunları isə müəyyən mənada insanlar tərəfindən yaradılır. Bu cəhətə diqqət yetirərək vaxtilə Monteskye yazırdı ki, ictimai qanunlar ölkənin fiziki xassələrinə, iqlim şəraitinə, torpağının münbitlik dərəcəsinə, onun ərazisinə, əhalisinin həyat tərzinə, dövlət quruluşuna, dininə, peşə məşğuliyyətinə, əxlaq və adətlərinə müvafiq olmalıdır.1

Beşinci, ictimai qanunlar daha mürəkkəb xarakter daşıyır, çünki reallığın ən yüksək forması olan cəmiyyəti səciyyələndirir. Məsələ bundadır ki, fiziki təbiətdə hər şey tamamilə, heç bir qeyd-şərt olmadan qanunlara tabedir. Cəmiyyətdə isə şüurlu insanlar fəaliyyət göstərirlər. Onlar müəyyən iradə azadlığına malikdirlər və bəzən də özbaşınalıq göstərirlər. Bir sıra hallarda onlar sadəcə yanılırlar, yaxud da bilərəkdən qanunların əleyhinə hərəkət edirlər. Məsələn, cəmiyyət tarixində iqtisadi qanunların pozulması halları tez-tez baş verir. Bu isə dağıntıya və xaosa gətirib çıxarır. Yaxud da tarixdə siyasi avantürizm nümunələri baş verdikdə bunlar obyektiv qanunların pozulması deməkdir.

Altıncı fərq bununla əlaqədardır ki, insanlara çox vaxt elə gəlir ki, cəmiyyətdə müəyyən bir hadisə baş verirsə bu qanunauyğunluqdur. Bu mənada onlar baş verənlərin təsadüfiliyini qəbul etmək istəmirlər. Təbiətdə daim təkrar olunan hər şey qanun hesab olunur. Cəmiyyətdə hər şey unikaldır, heç nə təkrarlanmır. Baş verən hər bir hadisə özü ilə yenilik gətirir. Yeni suallar doğurur və bunlara uyğun cavablar tələb edir. Nəhayət axırıncı fərq bunda ifadə olunur ki, cəmiyyətdə qanunların xüsusi çəkisi daha yüksəkdir və onlar daha çox yer tutur. Başqa sözlə desək, cəmiyyətdə təsadüflər daha çox hökmranlıq edirlər.

Lakin tarixdə baş verən konkret hadisələrin təkrarolunmaz fərdiliyində və təsadüflüyündə nə isə müəyyən bir ümumi cəhət özünü göstərir. Məsələn, Böyük Vətən miiharibəsi ilə Qarabag müharibəsi bir-birindən tamamilə fərqlənir. Lakin bu fərqlilik daxilində onları müharibə anlayışı altında fəlsəfi mənalandırmaq mümkündür. Tarixdə fərdi olan hər bir hadisə ümuminin konkret təzahürüdür. Lakin burada ümumi cəhət fərdini heçə endirmir, əksinə yalnız təkrarolunmazlığın daha dolğun özünü göstərdiyi şəraitdə həyata keçirilə bilir. Buna görə də cəmiyyət qanunları daha çox statistik qanunlar kimi, yəni meyllər kimi fəaliyyət göstərir. Qanun-meyl isə ümumdünya tarixinin əsas inkişafı yolundan müəyyən kənara çıxma hallarını qəbul edir. Həm də nəzərdə tutulmalıdır ki, ictimai-qanun elə belə sadə meyl kimi deyil, aparıcı və əsas meyl kimi çıxış edir.

Göründüyü kimi təbiət və cəmiyyət qanunlarının qarşılıqlı münasibəti çox mürəkkəbdir. Onları tam eyniləşdirmək və qarşı-qarşıya qoymaq yol verilməzdir.

Halbuki hər iki qəbildən olan baxışlar mövcud olmuşdur. Məsələn, sosial-darvinistlər ictimai həyatı biologiyanın qanunları üzrə izah edirdilər. Cəmiyyət ilə təbiət qanunlarının eyniləşdirilməsi sosial həyatı mexanikanın, fizikanın qanunları ilə izah etmək cəhdləri üçün də səciyyəvidir.

Digər ifrat mövqedən çıxış edən yenikantçılar təbiət və cəmiyyət qanunlarını bir-birinə qarşı qoyurdular. Onların fıkrincə, təbiətdəki proseslər ümumi qanuauyğunluqlara tabedir. Cəmiyyətdəki hadisələr isə sırf fərdi və təkrarolunmaz xarakter daşıyır. Bu keyfıyyəti həddən artıq şişirtməklə onlar təbiət və cəmiyyət qanunlarını bir-birinə tam əks olduğunu iddia edirdilər.

İctimai qanunlar öz əhatə dairəsinə görə müxtəlifdir. Bu baxımdan onları iki qrupa bölmək olar:

1) ümumsosioloji qanunlar; 2) ictimai inkişafın spesifik qanunları.

Birinci qrupa daxil olan qanunlar ümumi xarakterə malikdir, yəni bütün tarixi dövrlərdə fəaliyyət göstərir. Öz mahiyyətinə görə bu qanunlar bir növ tarixi inkişafın varisliyini ifadə edir, cəmiyyət inkişafının bütün pillələrinə və mərhələlərinə xas olan ən ümumi və ən mühüm cəhətləri göstərir. Məsələn, ictimai istehsal ilə tələbatın dialektik vəhdəti qanunu bu qəbildəndir.

İctimai həyatın spesifık qanunları isə bir neçə və ya bir tarixi mərhələnin keyfıyyət özünəməxsusluğunu ifadə edir. Bunlara misal olaraq sinfi mübarizə qanununu göstərmək olar. Həmin qanun yalnız antaqonist sinifli cəmiyyətlərdə fəaliyyət göstərir.

İctimai qanunlarm fəaliyyət göstərdiyi şərait dəyişildikdə həmin qanunların fəaliyyəti də dəyişilir: bir sıra qanunlar sıradan çıxır, digər qrup qanunların fəaliyyəti daha dolğun şəkil alır. Üçüncü bir tərəfdən isə əvvəllərdə mövcud olmayan yeni qanunlar (dəyişilmiş formada fəaliyyət göstərmə mənasında) yaranır.

Cəmiyyət qanunlarının mahiyyəti və məzmununun dərk olunması sosial determinizmin başa düşülməsindən çox asılıdır. Əslində ictimai qanunauyğunlugun qəbul edilməsi sosial determinizm prinsipindən irəli gəlir. Məhz ona əsaslanmaqla tarixi qanunauyğunluq zərurət ilə insanların şüurlu fəaliyyətinin (azadlıq) qarşılıqlı münasibətini düzgün başa düşmək olar.

Sosial determinizm sübut edir ki, insanların fəaliyyəti maddi olanda ideal olanın, obyektiv ilə subyektivin vəhdəti kimi çıxış edir.

Sosial determinizm tarixi zərurətin qəbul edilməsidir. Lakin nəzərdə tutulmalıdır ki, tarixi zərurət çox müxtəlif formada təzahür edə bilir. Buna görə də sosial determinizmin fatal labüdlük formasında çıxış edən tarixi zərurət ilə heç bir əlaqəsi yoxdur. Tarixi zərurət dedikdə insanların fəaliyyətinin labüdlüyü və zəruriliyi ictimai həyatın müəyyən istiqamətdə və ardıcıllıqla inkişafı nəzərdə tutulur. Beləliklə, sosial determinizmin qəbul edilməsi cəmiyyət tarixində zərurəti, obyektivliyi və habelə müəyyən təkrarlanmanı qəbul etməyə gətirib çıxarır. Lakin qeyd edilməlidir ki, tarixdə təkrarlanma inkişafın fərdi xüsusiyyətlərini, özünəməxsusluqlarını istisna etmir, çünki hər cür belə təkrarlanma başqa şəraitdə, başqa inkişaf mərhələsində baş verir.

Sosial determinizm prinsipi cəmiyyət tarixində obyektivliyi, zəruriliyi, səbəbiyyət əlaqələrini və təkrarlanmanı qəbul etməklə ictimai inkişafın obyektiv və qanımauyğun xarakterini aşkar etmək imkanı verir.
ƏDƏBIYYAT


  1. Бapyлин В.С. Социальная философия. T.I-II. M., 1993.

  2. Бayмaн З. Философия и постмодернистская социология. // Boпpосы философии, 1993, № 3, c. 46-61.

  3. Введение в философию. M., 1989, в 2-х частях. ч.2, c.385-391

4. Вебер И. Смысл «свободы от оценки» в социологической и экономической науке // Избр.произведения.М.,1990,c.577-600.

5. E.Ocuповa.Социология Эюркгейма. M.,1977, c. 52-113.

6. Caблина Н.А. Критика концепции социологического познания Р.Арона. МГУ, 1973, c. 4-10.

7. Философия. Под ред.В.Губинa. M., 1998.
Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin