276
Yaz səpini aran rayonlarında 20 fevraldan 20 martadək aparıldıqda yaxşı nəticələr alınır.
Dağətəyi ərazilərdə mart ayının 1-dən 20 -dək, dağlıq ərazilərdə isə martın 20 - dən aprel ayının
10-dək səpin aparıla bilər.
Səpin norması yemlik yonca üçün hektara 10-15 kq toxum götürülür. Toxumlar 2-3 sm
dərinliyə basdırılır.
Yonca səpinləri Azərbaycanda adətən başdan-başa və cərgəarası 7,5 sm-lik taxıl və ya ot
toxumu səpən aqreqatlardan istifadə etməklə aparılır.
Yonca xüsusilə öz inkişafının erkən dövrlərində fosforla qidalanmaya həssaslıq göstərir. Buna
görə də toxumla birlikdə 50 kq/ha dənəvərləşdirilmiş superfosfat verilməlidir.
Səpin üçün taxıl otlarını səpən SUT-47, SZTN-47, SZT-3,6 markalı
aqreqatlardan istifadə
olunur.
Qulluq işləri.
Payızda yoncalıqları fosfor və kalium gübrələri ilə yemləndirdikdə onların qışa
davamlılığı artır və məhsuldarlığı 10-15 sentner yüksəlir.
Birinci ili yoncanın suvarılması 6-7 yarpaq dövründə hektara 600-800 m
3
olmaqla aparılır.
Biçindən sonra quru otu təcili olaraq sahədən çıxarmaq lazımdır. Adətən biçindən 5-6 gün
əvvəl suvarma aparılır. Hər biçindən sonra quru ot tarladan çıxarılmalı və 2 iz malalama
aparılmalıdır.
Suvarılan bölgələrdə qrunt suyunun səviyyəsindən, torpağın mexaniki tərkibi və relyefindən,
torpaqda olan ehtiyat nəmlikdən və suvarma üsulundan asılı olaraq suvarmalar aparılır. Suvarmalar
əsasən 15-25 gündən bir təkrar olunur.
Dostları ilə paylaş: