Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə348/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   344   345   346   347   348   349   350   351   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Tarla növbəli əkinlərində qılçıqsız tonqalotu qarğıdalıdan, 
kartofdan, günəbaxandan və dənli-paxlalı bitkilərdən sonra yerləşdirilir. 
Tonqalotu üzvi və mineral gübrələrin verilməsinə (xüsusən azotlu və fosforlu) yaxşı reaksiya 
göstərir. Əsas şum altına hər hektara 3-4 sentner superfosfat və 1 sentner kalium gübrəsi verildikdə 
daha çox məhsul artımı əldə etmək mümkün olur. Azot gübrəsi vegetativ kütlənin boy atmasını 
gücləndirir, ona görə də o, hər il yazda yemləmə şəklində malalamadan qabaq təsiredici maddə 
hesabı ilə hektara 50-60 kq verilir.
Tonqalotunu quru ot üçün örtüksüz, eləcə də örtük bitkisi altına səpərək becərmək 
mümkündür. Onu erkən yazda, eləcə də yayda və payızda səpirlər. Daha yaxşı səpin müddəti 
payızdır.
Səpin norması başdan - başa cərgəvi əkinlərdə hektara 6-7 mln. ədəd cücərmə qabiliyyətli 
toxum (20-25 kq), gencərgəlidə isə 10-15 kq-dır. Münbit torpaqlarda səpin normasını 5-6 mln. 
ədədə qədər azaldıla bilər, lakin şoran torpaqlarda əksinə 8-9 mln. ədədə qədər artırılır. Qılçıqsız 
tonqalotunun toxumları yüngül olduğuna görə çətin səpilir. Səpinin bir bərabərdə aparılması üçün 
əkin materialına (50 kq/ha) xırda dənəvərləşdirilmiş superfosfat əlavə edilir. 
Əlverişsiz şəraitə davamlılığının mühüm əhəmiyyəti toxumun basdırılma dərinliyi ilə 
nizamlanan kollanma düyününün dərində yerləşməsidir. Tonqalotunun kollanma düyününün normal 
dərinlikdə yerləşməsinə toxumları 4-5 sm dərinliyə, qranulometrik tərkibi ağır olan torpaqlarda isə 
2-3 sm dərinliyə basdırdıqda müvəffəq olmaq mümkündür. 
Qılçıqsız tonqalotu çiçəkləmə fazasına qədər (süpürgələmə dövründə) biçildikdə yaxşı quru 


300 
ot məhsulu verir, çiçəkləmədən sonra tez qabalaşır. 
Toxumluq sahənin yığılması kombaynla birbaşa, yaxud hissə-hissə tam yetişkənlik fazasında 
yerinə yetirilir. Hissə-hissə yığım üsulunda biçini mum yetişkənlik fazasında həyata keçirmək 
mümkündür. Yığımdan sonra toxum digər qarışıqlardan təmizlənir, qurudulur və saxlanılan yerə 
yığılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   344   345   346   347   348   349   350   351   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin