Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə374/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   370   371   372   373   374   375   376   377   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları:
3038, Ağdaş – 3, AzNİXİ – 33, AzNİXİ – 195, AP 
– 317, Gəncə - 2, Gəncə - 8, Maraş, Gəncə - 80, Ağ qızıl, Gəncə - 78, Gəncə - 110, Gəncə - 103, 
Flora. 
Növbəli əkində yeri.
Növbəli
 
əkin sisteminin tətbiqi mədəni əkinçiliyin əsasını təşkil edir, 
torpaqda münbitlik yaradır, bol məhsul yetişdirilməsini təmin edir. Növbəli əkində bitkilərin 
düzgün yerləşdirilməsi torpaqdan və texnikadan daha səmərəli istifadə olunmasına, əmək 
məhsuldarlığının artmasına, maya dəyərin aşağı düşməsinə kömək edir. Pambıq becərilən 
bölgələrdə pambıq-yonca növbəli əkini (6, 7, 8,və s. tarlalı) daha geniş yayılmışdır. 
Yonca bitkisi şoran torpaqları duzdan yaxşı yuyub təmizlədiyinə görə ona 
fitomelarator  
adı 
verilmişdir. Bu bitki qısa müddətdə torpaq səthini örtdüyünə görə yaranmış təbəqə torpaqaltı suyun 
torpağın səthinə çıxmasının qarşısını alır.
Torpağın dərin qatlarına və yanlara gedən yonca kökləri torpaqları yuyarkən suda həll olan 
duzlar həmin köklərin açdığı izlərlə aşağı qatlara asan axır.
Viltlə sirayətlənmiş tarlalarda yoncanın rolu xüsusilə böyükdür. Belə ki, viltin törədicisi 
yoncanın kökündə inkişaf edə bilmir və onun miqdarı əhəmiyyətli dərəcədə azalır. 
Gübrələmə sistemi. 
Pambıq bitkisi gübrələrə tələbkar bitkidir. Bir ton məhsulla torpaqdan 50 
kq azot, 17 kq fosfor və 50 kq kaium elementi aparır. 
Pambıq bitkisi tərəfindən qida elementlərinin mənimsənilməsi ayrı-ayrı inkişaf dövrlərində 
müxtəlif olur. Çıxış dövründə bitki qida maddələrini az mənimsəməklə qönçələmə fazasına qədər 
güclənir. Qönçələmədən yetişmə fazasına qədər qida maddələrinin mənimsənilməsi çox sürətlənir 
və sonradan yenə də nisbətən zəifləyir. Pambıq öz bioloji xüsusiyyətlərinə görə qönçələmə və 
çiçəkləmə fazalarında intensiv surətdə boy atır və bu dövrdə azot, fosfor və kaliumu çox 
mənimsəyir. 
Pambıq bitkisi qönçələmə fazasına qədər qida maddələrinin ümumi miqdarının – azot və 
fosfor 3-5%, kalium 2-3%, qönçələmənin başlanğıcından çiçəkləməyə qədər azot və fosforun 25-
30%-ni, kaliumun 15-20%-ni çiçəkləmədən meyvə əmələ gəlməyə qədər azot və fosfor 65-70%, 
kaliumun 75-80%-ni mənimsəyir. 
Gübrələmə sistemində üzvi və mineral gübrələrdən istifadə olunur. Onu da nəzərə almaq 
lazımdır ki, yoncadan sonra əkilmiş pambıq torpaqda toplanmış qida elementlərindən yaxşı istifadə 
edir və üzvi gübrəyə tələbatı çox az olur. Adətən yoncadan 2-3 il sonra torpağa üzvi gübrə verilmir, 
yalnız mineral gübrələrdən istifadə olunur. Mineral gübrələrin norması və verilmə üsulları torpaq 
tipindən, gübrənin formasından və pambıq tarlasının növbəli əkində yerləşməsindən asılı olaraq 
dəyişə bilər. 
Üzvi gübrələrin tətbiqi torpağın münbitliyinin artırılmasında və kənd təsərrüfatı bitkilərindən 
yüksək məhsul alınmasında əsas amillərdən biridir. Müəyyən edilmişdir ki, şum altına üzvi 
gübrələrin mineral gübrələrlə qarışıq verilməsi bitkidə bar orqanlarını, onların üzərində əmələ gələn 
qozaların sayını, lif çıxımını və məhsuldarlığını təkcə mineral gübrə verilən varianta nisbətən xeyli 
artırır.


320 
Cədvəl 51 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin