Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə377/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   373   374   375   376   377   378   379   380   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Suvarma.
Azərbaycanın aran bölgələrində quru iqlim şəraiti və illik yağmurların az olması ilə 
əlaqədar olaraq pambıq əkinlərində vaxtında və lazımi qədər suvarmalar aparılması əsas 
məsələlərdəndir.
Kök sisteminin su ilə az təmin olunması bitkidə su çatışmazlığına səbəb olur ki, bu da fizioloji 
proseslərin gedişini pozur. Fizioloji proseslərin pozulması isti günlərdə, xüsusən havanın nisbi 
rütubəti aşağı olan dövrdə daha da şiddətlənir. Deməli gündüz saatlarında pambığın yarpaqları 
soluxur, qönçə və çiçəklərin tökülməsi baş verir. 
Mineral qida maddələrinin bitkiyə daxil olmasında da suyun əhəmiyyəti çox böyükdür. Bu 
maddələr suda həll olunaraq bitki tərəfindən mənimsənilən formaya keçir və torpaq məhlulundan 
bitkinin kök sistemi vasitəsi ilə mənimsənilir. Su bitki orqanizmində gedən fizioloji proseslərdə 
iştirak etməklə onun istidən qorunmasında da mühüm rol oynayır. Məlumdur ki, pambıq bitkisində 
buxarlanma gedərkən onun gövdəsi soyumağa başlayır və bu da bitkini qızmar günəşin istisindən 
qoruyur, onun həyat fəaliyyətinin saxlanmasına imkan verir. 
Pambığın nəmliyə olan tələbatını ödəmək üçün torpağın köklər qidalanan qatında tarla rütubət 
tutumunu 65-70%-də saxlamaq zəruridir. Arat və vegetasiya suvarmaları mövcuddur. Torpaqda 
nəmlik ehtiyatının toplanması, toxumun cücərməsi və çıxışların alınması üçün payız-qış dövründə 
ehtiyat suvarması tətbiq edilir. Suvarma norması hektara 1000-1500 m
3
-dir. 
Nəmlik itkisinin qarşısını almaq üçün yazda torpaq 1-2 iz malalanır. 
Pambıq bitkisinin suya tələbatı daha çıx çiçəkləmənin başlanğıcı və ilk qozaların əmələ 
gəldiyi dövrdür. 
Suvarma rejimi və onun miqdarı torpaq münbitliyindən asılıdır. Münbitlik nə qədər yüksək 
olarsa, məhsul da bir o qədər yüksək olacaq və məhsul yetişdirmək üçün ümumi suvarma norması 
artacaqdır. Pambığı suvardıqda suvarma suyunun norma və miqdarı qrunt suyunun səviyyəsi ilə də 
əlaqədardır. Qrunt suyunun səviyyəsi səthə yaxın olduqda torpaq yaxşı nəmləndiyinə görə bitki 
ondan yaxşı istifadə edə bilir. Suvarmanın çiçəkləməyə qədər gecikdirilməsi torpaqüstü hissənin 
inkişafını ləngidir. Qozalar gec əmələ gəlir və onların yetişməsi gecikir.
Bitkinin çiçəkləmə və bar orqanlarının əmələ gəlməsi fazalarında meyvə əmələ gətirmə 
prosesi, böyümə prosesinə nisbətən üstün olmalıdır. Bu dövrdə normal qida rejimi yaratmaqla 
əmələ gələn bar orqanlarını tam saxlamaq çox vacibdir. Torpaqda nəmliyin azalması bitkinin 
inkişafının ləngiməsinə səbəb olur. Ona görə də torpağı daima normal nəmlikdə saxlamaq lazımdır. 
Azərbaycan ETPİ-nin çoxillik tədqiqatları göstərir ki, bitkinin kökü yerləşən torpaq qatının 
nəmliyi tarla rütubət tutumunun 70%-nə qədər azaldıqda pambığı suvarmaq lazımdır. İyul ayında 
hava temperaturunun kəskin surətdə yüksələrək maksimuma çatması və bitkilərdə yarpaq səthinin 
artması nəticəsində bitkinin suya tələbatı çox artır. 
Vegetasiya suvarmaları qönçələməyə qədər (2 dəfə), qönçələmə dövründə (3-4 dəfə) və 
yetişmə dövründə (1 dəfə) aparılır. Ümumiyyətlə vegetasiya dövründə torpaq tipindən və qrunt 
sularının səviyyəsindən asılı olaraq pambıq 2-10 dəfəyə qədər suvarılır. Torpağın vəziyyəti və 
çıxışlardan asılı olaraq birinci suvarmanı 3-4 həftədən sonra həyata keçirmək lazımdır.
Suyun çatışmaması kimi çox olması da zərərlidir. Suyun həddən artıq olması bitkilərin normal 
tənəffüsünü pozur ki, du da kökçürümə xəstəliyinin inkişaf etməsinə şərait yaradır. 
Pambıq əsasən şırımlarla və süni yağış yağdırma üsulu ilə suvarılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin