Bitki mənşəli məhsullarda nitratların müvəqqəti yol verilən səviyyəsi mq NO 3 /kq Məhsullar
Yol verilən səviyyə
Açıq qrunt
Örtülü qrunt və erkən
tərəvəz
Kartof
250
300
Ağbaş kələm
500
900
Yerkökü
250
400
Pomidor
150
300
Xiyar
150
400
Mətbəx çuğunduru
1400
-
Baş soğan
80
-
Kəvər
600
800
Yarpaq tərəvəzləri (kahı, quzuqulağı, cəfəri,
ispanaq, yarpaq kələmi)
90
180
Yemiş
90
90
Qarpız
60
60
Şirin bibər
200
400
Yunan qabağı
400
400
Süfrə üzümü sortları, alma, armud
60
-
Uşaq qidası məhsulları
50
-
İnkişaf etmiş bitkiçiliyə malik ölkələrdə hektardan 6-8 ton dən məhsulu əldə etmək üçün hər
hektara orta hesabla 300-400 kq və daha çox azotlu mineral gübrələr tətbiq edilir. Nitratların duzları
çox mütəhərrikdirlər və qrunt sularına asan yuyulurlar. Məhz bu ölkələrdə və ya ayrı-ayrı
regionlarda qayda olaraq qrunt suları nitratlarla həddindən artıq çirklənmişdir və içmək üçün yararlı
deyil. İçməli suda nitratların yol verilən hədləri 45 mq/l-dən artıq olmamalıdır. Bundan başqa azot
gübrələrinin yüksək normaları torpaqda bioloji tarazlığı arzuolunmaz tərəfə yönəldir. Nəticədə
humusun minerallaşması güclənir, torpağın qranulometrik tərkibi pisləşir, təbii münbitliyi azalır.
Beləliklə bir tərəfdən yüksək normalarda azot gübrələrinin istifadəsi zamanı hektarda yüksək
məhsuldarlıq təmin olunur, digər tərəfdən isə torpağın təbii münbitliyi azalır və yetişdirilən
məhsulun keyfiyyəti pisləşir.
Mineral azota yalnız bioloji azot alternativ ola bilər. Hətta bioloji azotun hesabına formalaşmış
səpinin ən yüksək zülal məhsuldarlığı mineral azot tərəfindən doğuran neqativ halları istisna edir.
Atmosfer azotunu bioloji surətdə iki iri qrup mikroorqanizmlər təsbit edirlər: torpaqda, onun
səthində, bitki köklərinin ətrafında və yerüstü orqanlarının üzərində sərbəst yaşayanlar; bitki
daxilinə keçərək onunla birgə simbiotik sistemlər (müştərək) yaradan simbiotik mikroorqanizmlər.
Belə sistemlər atmosfer azotunu çox fəal surətdə təsbit edir və bitkilərin azota olan tələbatlarının
böyük hissəsini təmin edirlər. Bu zaman bitkilər artıq nitratları toplamırlar, qrunt suları nitratlarla
çirklənmir, torpağın təbii münbitliyi artır.