62
Altıncısı,
azotun simbiotik yolla təsbit olunması aerob prosesdir. 1 m
3
təsbit olunan hava
azotuna 3 sm
3
oksigen sərf olunur. Nəticə etibarı ilə, torpaq yumşaq olmalıdır yaxud onu optimal
sıxlıq həddində saxlamaq lazımdır.
Simbiozun aktivliyini fotosintezi pisləşdirən amillər (tarla bitkilərinin zərərverici, xəstəlik və
alaq otları, aqrotexniki qaydaların keyfiyyətsiz yerinə yetirilməsi) aşağı salır. Toxumların səpin
keyfiyyəti, əkin qabağı torpaq becərmələrinin keyfiyyəti, səpin müddətləri, üsulları və normaları,
bitkilərə vaxtında və keyfiyyətli qulluq işləri də mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, hava azotunun simbiotik yolla maksimum bioloji təsbit olunması üçün bütün
aqrotexniki tədbirlər vaxtında və keyfiyyətli yerinə yetirilməli və əsas mühit amillərinin optimal
parametrlərini təşkil etmək (yaratmaq) lazımdır.
Azot balansında bioloji azotun payının artırılması üçün əhəmiyyətli dərəcədə paxlalı bitkilərin
payını artırmaqla əkin sahələrinin strukturunu dəyişdirmək vacibdir. Lakin paxlalıların eyni sahəyə
aramsız qaytarılması zamanı bu bitkilərin spesifik zərərverici və xəstəliklərinin artması, torpağın
yorğunluğu təhlükəsi yaranır ki, nəticədə azotun simbiotik təsbit olunması aktivliyi, məhsul və onun
keyfiyyəti aşağı düşür.
Ümdə vəzifə konkret ekoloji şərait və konkret növbəli əkin üçün torpağın paxlalılardan
yorğunluğu aradan qaldıran, paxlalı bitkilərin xəstəliklərini dəf edən bitkilərin seçilməsidir.
Dostları ilə paylaş: