Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə66/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   62   63   64   65   66   67   68   69   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Matrikal
 
müxtəlif keyfiyyət - toxumun ana bitki üzərində bir qaydada (yerdə) olmamasının 
nəticəsi, onların müxtəlif qidalanma rejiminə və ana bitkiyə müxtəlif təsir etməsinə gətirib çıxarır. 
Genetik 
müxtəlif keyfiyyət - irsiyyətin valideyn formalarda birləşməsinin nəticəsidir. Hərçənd 
bu zaman irsiyyətin ümumi forması (sort əlamətləri) saxlanılır, ancaq şərtləşdirilmiş cinsi proseslərə 
görə hər bir ailədə fərq olur. Müxtəlif genetik keyfiyyətli toxum həmçinin mutagen amilinə səbəb 
olur.
Toxumun müxtəlif keyfiyyəti onların bioloji xassələrinin qiymətləndirilməsi nöqteyi-
nəzərindən müsbət yaxud mənfi ola bilər, buna görə amilləri üzə çıxarmaq lazımdır, toxumun 
müxtəlif keyfiyyətinin müsbət inkişafına imkan yaratmaq, lakin həmçinin onlardan hansı birinin 
kənar edilməsi, toxumun müxtəlif mənfi keyfiyyətlərinə səbəb olur.
Əfsuslar olsun ki, toxumun məhsuldar xassəsini proqnozlaşdıran, onları laboratoriyalarda 
təyin etmək imkanı və istehsalat şəraitində fərqləndirmək üçün hələlik obyektiv üsul yoxdur. Lakin 
heterospermlərı öyrənən zaman, bioloji cəhətdən daha çox qiymətli əkin materialının seçilməsi və 


76 
toxumçuluqda onun yaxşılaşdırılması və formalaşması üçün zəruri olan şəraiti təyin etmək 
mümkündür.
Dənli taxıl bitkilərində dənin əmələ gəlməsinin öyrənilməsinə elmi yanaşmanın başlanğıcı 
XIX əsrin ikinci yarısında (1889) A. N. Novatskovun işləri ilə başlamışdır. Dənli taxıl bitkilərində 
dənin əmələ gəlməsi məsələsində N. N. Kuleşovun çoxillik tədqiqatları mühüm qiymətli hədiyyə 
kimi böyük rol oynamışdır. N. N. Kuleşov dənin əmələ gəlməsinin növbəti əsas prinsiplərini
aşağıdakı kimi təklif etmişdir: dən əmələ gəlməsinin bütün prosesləri üç mərhələyə bölünür; 
formalaşma, dolma və yetişmə; dənin inkişafının müəyyən fazası onun tərkibində müəyyən 
miqdarda nəmliyin olması ilə əlaqədardır; hər hansı şəraitdə yetişkənliyin hər bir fazası üçün dəndə 
nəmliyin miqdarı müxtəlif rayonlarda daimidir; dənə plastik kütlənin daxil olması mum yetişkənlik 
fazasının başlanğıcında dayanır; ilk dəfə müəllif tərəfindən «xəmir şəkilli yetişkənlik» fazası 
ayrılmışdır. 
Dənli bitkilərdə dən əmələ gəlməsi prosesini təkmilləşmiş tədqiqatlar əsasında aşağıdakı 
formada təsəvvür etmək olar. 
Toxumun formalaşması toxum hüceyrənin mayalanması ilə başlayır və süd yetişkənlik 
fazasının başlanğıcına qədər davam edir. Çiçəkləmədən və mayalanmadan 2-3 gün sonra yüksək 
miqdarda su (80%-dən artıq) və maye-həlməşik konsistensiyalı dənmeyvə embrion əmələ gəlir. 6-7-
ci gün dənmeyvənin ölçüsü və xam maddə (çiy) kütləsi sürətlə artır, lakin onlarda quru maddənin 
kütləsi tədricən çoxalır. Mərhələnin sonunda dənmeyvənin formalaşması uzunluğuna görə axırıncı 
ölçüsünə çatır, lakin cılız qalırlar. Bu dövrdə dənmeyvədə onların tam yetişkənlik fazasındakı 
miqdarına nisbətən 15-35% quru maddə toplanır, ancaq nəmlik isə 65%-ə qədər aşağı enir. 
Dənmeyvə əmələgəlməsinin bu mərhələsinə maye-həlməşik fazasının vəziyyəti uyğun gəlir. 
Dənin dolması quru maddə kütləsinin intensiv artması ilə xarakterizə olunur, dənin qalınlığı 
və eni artır. Mərhələnin sonuna o yaşıl rəngini itirir. Dənin nəmliyi 40%-ə qədər aşağı enir. 
Mərhələnin davametmə müddəti 12-18 gündür. Dəndə quru maddənin toplanması əsasən başa çatır. 
Dənə dolma mərhələsi iki inkişaf fazasına uyğun gəlir: süd və xəmir şəkilli yetişkənlik. 
Dənin yetişməsi mum yetişkənlikdən başlayır və tam yetişkənliyə qədər davam edir. Bu 
mərhələdə nəmlik və quru maddə dənə daxil olmur, lakin daxil olan maddələr və nəmliyin itməsi 
onda gedən bioloji proseslərin çevrilməsinə keçir (toplanır). Dənin nəmliyi 40-36%-dən 16-14%-ə 
qədər aşağı enir. Yetişmənin bu mərhələsində dən iki inkişaf fazasına, mum və tam yetişkənlik 
fazasına uyğun gəlir.
Dənin əmələ gəlmə mərhələsi inkişaf fazası və yetişmə dövrünə ayrılır ki, dən müəyyən 
quruluş və nəmlik səviyyəsi ilə xarakterizə olunur (cədvəl 28). Dənin əmələ gəlməsinin bu sxemi, 
məsələn dənin keyfiyyət analizi zamanı taxılların müxtəlif üsullarla yığım müddətlərini praktiki 
məqsədlər üçün istifadə etmək əlverişlidir. 
Paxlalıların meyvəsinin inkişafı paxla bağlama və toxumun yetişməsi kimi iki mərhələdə 
keçir.
Birinci mərhələ - meyvə bağlama, çiçəkləmə qurtardıqdan sonra 10-17 gün çəkir; meyvənin 
nəmliyi 87-79%, amma toxumunku 85-76% təşkil edir. Bu mərhələyə bir faza – iki dövrə ayrılan 
meyvənin formalaşması aiddir. Birinci dövrdə meyvə bağlamanın böyüməsi intensiv olur və onlarda 
quru maddənin toplanması gedir; paxlalarda toxumlar rüşeym halında olur. Meyvə bağlamanın 
sonunda formalaşma maksimum ölçüyə çatır və onlarda quru maddənin ən çox miqdarı 25% təşkil 
edir, amma paxlanın içərisindəki toxumlar özünün formalaşmasının orta həddinə çatır.
İkinci mərhələdə plastik maddələrin paxla meyvədən axması hesabına yarpaqlarda və yarpaq 
yanlıqlarında fotosintez davam edən. Bu zaman toxumun dolmasının sonunda paxla meyvədə 
maksimum 50% plastik maddə qalır.
İkinci mərhələyə toxumun inkişafının üç fazası aiddir: karbohidrat vəziyyəti, zülal (yığım 
mövsümü) yetişkənlik, tam yetişkənlik.
Karbohidrat vəziyyət toxumda plastik maddələrdən şəkərlərin və nişastanın üstünlük təşkil etməsi 
ilə xarakterizə olunur. Birinci faza iki dövrə bölünür: şəkərli və nişastalı. Toxumun inkişafının 
(toxumun nəmliyi 64-75%) şəkərlik dövründə onun tərkibindəki şəkərin miqdarı maksimuma çatır. 
Bu dövrdə toxumun dolması daha artıq olur. Nişastalı dövrdə (toxumun nəmliyi 41-63%) toxumda 


77 
çoxlu miqdarda nişasta olur, dənə dolmanın intensivliyi aşağı enir. Toxumu əzən zaman o iki ləpə 
yarpaqlarına ayrılır.
Zülal yetişkənlik yetişmiş noxud toxumlarında zülalın miqdarının artması ilə xarakterizə 
olunur; toxumun nəmliyi 40%-dən 20%-ə qədər aşağı enir. 
Zülal yetişkənlik üç dövrə bölünür: başlanğıc, orta və son. Zülal yetişkənliyin başlanğıcında 
toxumun nəmliyi 35-40% olduğu zaman onlarda quru maddənin toplanması başa çatır, lakin 
toxumun bitki ilə bioloji əlaqəsi yenə saxlanır. Radioaktiv izotop 
32
P tətbiq olunan təcrübə sübut 
edir ki, toxumun orta nümunəsində nəmlik 32-34% olan zaman o qırılır. Bu dövrdə yetişmiş toxum 
sort üçün tipik rəng almış olur, dırnaqla kəsilir, toxumu əzən zaman toxumun qılafı ləpə 
yarpaqlardan ayrılmır. Bu zaman bitkinin aşağıdan yuxarıya yarısı saralır. 
Zülal yetişkənliyin ortasında toxumun nəmliyi 31%-dən 24%-ə qədər enir, bitkinin yalnız 
yuxarı hissəsi yaşıl rəngini saxlayır; dövrün davam etmə müddəti hava şəraitindən asılı olaraq 2-4 
gündür. Zülal yetişkənliyin başlanğıcında və ortasında paxlaların 50-70% yetişir (paxlanın layları 
kələ-kötür və nazik olur). Bu noxudun biçilməsi üçün ən yaxşı müddətdir; paxlalarda toxum sorta 
uyğun tipik rəng alır və dırnaqla kəsilir.
Zülal yetişkənliyin sonunda toxumun nəmliyi 23-20% təşkil edir. Bu dövrdə artıq bütün 
bitkilər saralmış olur, ancaq aşağı meyvələri birinci meyvə buğumunda qurumuş halda olur; toxum 
sıxlığına, rənginə və ölçüsünə görə tamamlanmış olur. 
İstehsalat nöqteyi-nəzərdən (döyümün başlanğıcında) dənin tam yetişməsi onların nəmliyinin 
19-14%-ə qədər enməsi zamanı qeydə alınır. Tam yetişkənlik fazasında toxumlar 100% yetişmiş 
olur. 
Gözdən keçirilmiş proses məsələn iki bitkinin dən və toxum əmələ gəlməsi, təmsil edilən 
müxtəlif botaniki ailədə ümumi bioloji qanunauyğunluğa malik olurlar. N. N. Kuleşovun fikrinə 
görə, meyvə əmələ gəlmənin gedişində nəmliyin 35-40%-ə çatması anı çox mühümdür. 
Tədqiqatlar göstərir ki, məhz toxumun bu nəmliyinin rolu zamanı zülal kolloidlərində 
pıxtalaşma baş verir, sonra isə toxumda quru maddənin toplanması dayanır və nəmlik artan zaman 
yenidən başlanması mümkün olmur.
Plastik maddələrin dənə daxil olmasının davam etmə müddəti və intensivliyinə hava şəraiti 
güclü təsir edir. Meyvə əmələ gəlmə dövründə quru və isti havada və torpaqda nəmlik ehtiyatı 
kifayət qədər olmadıqda dənə dolmanın davam etməsi azalır, iri toxumların formalaşmasına və 
yüksək məhsuldarlığa mane olur. Son dərəcə əlverişsiz hava şəraitində dənə dolma mərhələsində 
quru maddənin daxil olma prosesi kəsilə bilər ki, bu da məhsulun böyüklüyünə mənfi təsir edər. 
Mülayim nəmli hava zamanı toxumun dolması və yetişmə uzanır, iri toxumlar və yüksək məhsul 
formalaşır, hətta bu bir qədər yetişməni və yığımın başlamasını gecikdirir.
Nəmlik yüksək olan rayonlarda dənin dolması və yetişməsi zamanı bəzən dənin axması 
müşahidə olunur, bu biçilməmiş yaxud biçilmiş kütlənin və naturanın azalmasıdır. Bununla belə 
dəndə nişastanın fermentativ hidrolizi şəkərlərin və sünbülcüklərdə zahir olan «ballı şeh»in əmələ
gəlməsi ilə nəticələnə bilər, (nəticədə dəndə osmos təzyiqi yüksəlir), məhsuldarlığın aşağı 
düşməsinə və onun keyfiyyətinin pisləşməsinə gətirib çıxarar.
Laboratoriya şəraitində yaxud tarladakı torpaqda yalnız həyat qabiliyyətli toxumlar cücərti 
verir. Hər hansı bir halda toxumun cücərməsi üçün müəyyən şərait lazımdır: nəmlik, istilik, hava 
(oksigen), bir neçə bitki toxumları üçün işıq. Toxumun cücərməsi mürəkkəb bioloji prosesdir, hansı 
ki, rüşeym ehtiyat qida maddəsindən istifadə edərək cücərtiyə çevrilir. Rüşeym təkcə toxumun 
ehtiyat qida maddəsinin hesabına yox, o torpaqdakı qida və nəmlikdən istifadə edir. Müəyyən 
edilmişdir ki, artıq formalaşmış cavan toxumda cücərmə qabiliyyəti yaranır: payızlıq buğdada 10 
günlük dənmeyvə tam cücərti verir, 14 günlük çovdarda kəsilmiş qurudulmuş sünbüldə süd 
yetişkənliyin başlanğıcına qədər yığılmış dən cücərti verir. Toxumun cücərməsi çox hallarda 
rüşeymin diferensiasiyasının başlanğıcından asılıdır: yazlıq və payızlıq buğdada rüşeymin həyatının 
6-7-ci günü, çovdarda 9-11-ci günü, qarğıdalıda mayalanmadan 15 gün sonra başlayır.
Cücərmə üçün toxumun uzun ömürlü olması böyük əhəmiyyətə malikdir və ya uzun müddət 
cücərmə qabiliyyətini saxlamasıdır. Bioloji və təsərrüfat uzun ömürlülüyü fərqləndirilir. Bioloji 
uzun ömürlülük toxumun cücərmə qabiliyyətini uzun müddət (50-100 il) saxlaması ilə xarakterizə 


78 
olunur. Təsərrüfat uzun ömürlülüyü - saxlama dövründə toxumun kondisiyaya uyğun cücərməsi, 
optimal saxlama şəraitində toxumun mühafizəsidir. 
Uzun ömür sürmə botaniki növdən, toxumun saxlanma şəraiti və becərilmə yerindən asılıdır. 
Kondisiyaya uyğun cücərməsi digərlərindən daha çox buğda toxumunda, arpada, vələmirdə, 
çəltikdə, paxlalı otlarda (10-15 il), daha az ömür sürmə çovdar toxumunda, soyada, günəbaxanda 
(3-5 il) saxlanılır.
Toxumun təsərrüfat uzunömürlülüyü keçid və ehtiyat toxum fondları yaradılan zaman nəzərə 
alınır.
Cürbəcür bitki toxumlarının cücərməsi üçün müxtəlif miqdarda su tələb olunur. M. K. 
Firsovun məlumatlarına görə suyun aşağıdakı miqdarı lazımdır (toxumun quru kütləsinə görə %-lə).
Sorqo 30 Vələmir 76 
Qarğıdalı 37 Pişikquyruğu 80 
Darı 38 Noxud 114 
Buğda 48 Çəmən üçyarpağı 143 
Arpa 57 Kətan
Çovdar 65 Şəkər çuğunduru 168 
ton/ha, lakin 1000 ədəd toxumun kütləsi 50 qr müvafiq olaraq 63% və 2,69 ton/ha-dır. Zədə 
(travma) alan və xəstəliklərlə zədələnmiş toxumlar daima daha aşağı tarla cücərməsinə malikdir. 
Onları sortlaşdıran zaman toxum partiyasının ümumi kütləsindən ayırmaq mümkün deyil. Mexaniki 
zədələnməni və xəstəliklər yoluxmuş zərərli təsirin azalmasına toxumda örtük əmələ gətirən maddə 
tətbiq edərək dərmanlamaq yolu ilə mümkündür. 
Toxumun tarla cücərməsinin yüksəldilməsində və bitkinin məhsul yığımına qədər 
saxlanmasında aqrotexnikanın rolu böyükdür. Əlverişsiz şəraitdə aşağı tarla cücərməsi yaxşı 
toxumlarda da ola bilər (məsələn, pis becərilmiş hamarlanmamış torpaqda səpin zamanı, torpağın 
qurumuş layına, dərinliyinə görə toxumların eyni bərabərdə yerləşdirilməməsi, səpindən sonra 
torpağın tapanlanmasının həyata keçirilməməyi, dərmanlanmamış toxumla səpinin aparılması). 
Tarla cücərməsi torpağa müxtəlif təsir göstərən sələflərdən də asılıdır. Bitkinin təkrarən eyni tarlada 
yerləşdirilməsi zamanı toxumun tarla cücərməsi sürətlə aşağı enir.
Tarla cücərməsinə ekoloji şəraitin təsiri: toxumun basdırılma dərinliyində torpağın 
temperaturu, havanın hərarəti, torpağın nəmliyi, torpaq zərərvericilərinin mövcudluğu, torpaq 
qaysağı. 
Səpin müddəti toxumun cücərməsi üçün müxtəlif şərait yaradır. Kifayət qədər isinməmiş 
torpaqda vaxtından əvvəl səpin aparan zaman tarla cücərməsi aşağı enir, eləcə də səpin 
gecikdirildikdə üst qat quruyur. Tam və bərabər çıxışların alınması üçün torpağın əkin qatında 
aşağıdakı temperaturlar əlverişlidir: faraş yazlıq bitkilər üçün 9-11 
0
C, gec əkilən yazlıq bitkilər 
üçün 16-18, payızlıqlar üçün 15-17 
0
C. Uzun sürən soyuqlar, şiddətli yağışlar və torpaqda qaysaq 
əmələ gəldikdə tarla cücərməsi sürətlə aşağı enir. Soyuq nəmli torpaqlarda toxumlar göbələk 
xəstəliklərindən zərbə alır və zərərvericilər zədələyir. Toxumun basdırılma dərinliyində torpağın 
optimal nəmliyi tarla rütubət tutumunun (TRT) 65-70% həddində olmalıdır.
Vegetasiya prosesində bitkinin bir hissəsi növdaxili rəqabət nəticəsində məhv olur. Bu hadisə 
əkinlərin seyrəlməsi (seyrəkləşdirilməsi) adlandırılır. Bitkinin seyrəlməsinin səbəbi - xəstəlikdən 
zərbə alması və zərərvericilər tərəfindən zədələnməsi, keyfiyyətsiz toxum, habelə səpin normasının 
artırılmasıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin