Qaçaq Nəbinin tarixi



Yüklə 19,78 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü19,78 Kb.
#111219
növüYazı
  1   2
Nebi haqda lazım olan


Folklorşünas Bəhlul Behcətin “Qaçaq Nəbinin tarixi” adlı kitabında, Əhliman Axundovun və Əliheydər Tahirovun dastan variantlarında bunlar kiçik fərqliliklərə (misra, hadisə və s.) baxmayaraq geniş şəkildə özünə yer alır.

http://cheloveknauka.com/obraz-gachag-nabi-v-sovremennoy-azerbaydzhanskoy-literature

Rusca məqalədir-Nəbi yazılı ədəbiyyat
Bütün qəhrəmanlıq dastanları kimi “Qaçaq Nəbi” dastanı da ilk dəfə nəğmə-qoşmalardan ibarət olmuş, sonra bu qoşmalar rəvayətlərlə birləşərək dastan şəklinə düşmüşdür” [125, s.68]. Onu da əlavə edək ki, Rüstəm Rüstəmzadə “Qaçaq Nəbi” dastanı haqqında danışarkən onun formalaşma dövrü yaşadığını vurğulayır. Əlavə edir ki, “Qaçaq Nəbi” dastanı öz sələflərinə nisbətən hələ çox gəncdir, yarımçıq və nöqsanlıdır. ...Bunun səbəbi, hələ onun üzərində dərin yaradıcılıq prosesi getmədiyindəndir” [125, s.71].

Dastanlaşma prosesi bütün parametrləri ilə mürəkkəb prosesdir və onun zənginləşmə sxemləri söyləyici repertuarı, aşıq məclislərində mükəmməlləşmə prosesi ilə bağlıdır. Belə olan tərzdə “Qaçaq Nəbi” dastanının repertuarda formalaşma dövrünü bitirmədiyi qənaəti anlaşılandır.

Həmçinin “Qaçaq Nəbi” dastanının formalaşma prosesi ilə bağlı vurğulanır ki, “dastanın, özü də qəhrəmanlıq dastanlarının yaranması mürəkkəb və uzunmüddətli prosesdir. Bunun rəvayətdən, əhvalatdan nəğmə və şeir nümunələrindən dastanlaşmaya doğru təbii gedişi var.....” [11, s.20].

Folklorşanas Əli şamil qeyd edir ki, “Qaçaq Nəbi”dastanı həcmcə böyük olsa da, bu dastanın “Dədə Qorqud” boyları, “Koroğlu”nun səfərləri qədər bitgin süjeti, bədii dəyəri yoxdur. “Qaçaq Nəbi”də bir hadisəçilik, təsvirçilik var [137, s.17]. O, hesab edir ki, “Qaçaq Nəbi” dastanının bədii dəyəri “Koroğlu” kimi dastanlarla müqayisədə zəifdir. Səbəb isə “Qaçaq Nəbi” dastanının formalaşma dövrü yaşaması ilə bağlıdır. Etiraf etməliyik ki, “Qaçaq Nəbi” dastanı “Koroğlu” ilə müqayisədə zəif işlənmiş, qismən sönükdür. Amma dastanın formalaşmasında Koroğlu ənənələrindən bəhrələnmə danılmazdır.

İsrafil Abbaslının qənaətinə görə, “Qaçaq Nəbi” tarixi nəğmələr və el qəhrəmanlarının adı ilə bağlı xalq içərisində dolaşan rəvayət-əhvalatlar fonunda formalaşmış süjetli hekayələr toplusudur. Görkəmli folklorşünas İsrafil Abbaslı dastana nəğməli rəvayət-hekayət örnəyi, həm də aşıq rəvayəti şəklində yanaşmışdır.

Məsələn, görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib vaxtilə Qaçaq Nəbi haqqında xalq içərisində dolaşan söhbətləri “hekayət və nəğmələr” adlandıraq qeyd edir ki, bu kəndli hərəkatı qəhrəmanının şəninə “yüzlərlə nəğmələr” qoşulmuşdur. Tarixi qəhrəmanlar barədə söylənilmiş onlarla bu qəbil şeir və hekayələr, sözün həqiqi mənasında epos səviyyəsinə yüksələ bilməmişdi. Onun fikrincə, “Qaçaq Nəbi” haqqında qoşulan rəvayət, şeir və nəğmələr dastanlaşmamışdır [90, s.4] Səbəb kimi isə folklorşünas Nəbinin fəaliyyət göstərdiyi köhnə quruluşun (çar rusiyasının) devrilməsi ilə əlaqələndirir. Folklorşünas Rüstəm Rüstəmzadə isə məsələyə fərqli kontekstdən yanaşır və vurğulayır ki, “Qaçaq Nəbi” dastanı epos yox, sadəcə xalqın öz el qəhrəmanının adını əbədiləşdirdiyi tarixi dastandır. Bu dastanlar sinifli cəmiyyətdə yarandığından əsatiri görüşlərdən xalidirlər” [125, s.21]. Doğrudan da, qaçaq dastanları real tarixi hadisələrə söykənən dastanlardır. Onların isə enerji qaynağını tarixi qəhrəmanlıq dastanları təşkil edir.

Onu da əlavə edək ki, Qaçaq Nəbi haqqında olan əhvalatların dastanlaşması tədrici xarakterli olub təbii bir proseslə səciyyələnir. Çünki dastanlaşma özlüyündə ləngərli bir gedişlə özünü göstərir. Düzdür, burada çarizmin devrilməsinin və sovet siyasi rejiminin yaranmasının da ciddi rolu vardır. Çünki siyasi rejimin sərgilədiyi mövqe və ədəbi-mədəni proses, eləcə də tarixi reallıq tamamilə fərqli bir mövqe ortaya qoyurdu. Repressiyanın, totalitar rejimin fəhlə-kəndli hökuməti adı ilə aldanışlarının da böyük rolu özünü göstərirdi.

Dilçi alim


Yüklə 19,78 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin