Kamil Vəliyevin təhlillərində isə nədənsə dastanlaşma prosesinin gedişi nəzərə alınmadan mülahizələr yürüdülür. Belə ki, prof. Kamil Vəliyev dastanı “folklor poetikasına yad, epik üslubdan çox uzaq, süni dildə yazılmış bir mətn, ciddi faydası olmayan dastan” sayır. [43, s.129] Fikrimizcə folklorşünas Paşa Əfəndiyev haqlı olaraq bu fikrə qarşı çıxmış və “Qaçaq Nəbi”ni “Azərbaycan dastan ənənələri əsasında formalaşmış” dastan hesab etmişdir. Düzdür, “Qaçaq Nəbi” dastanını “Koroğlu”, “Kitabi Dədə Qorqud” dastanı ilə müqayisə etmək olmaz, çünki adları çəkilən dastanlar geniş mənada türkün qəhrəmanlıq tarixini, bütöv bir epoxanı səciyyələndirir. “Qaçaq Nəbi” bu baxımdan öz dövrünün dastanıdır. Nəzərə alsaq ki, qaçaq dastanları 19-cu əsrin 2-ci yarısından başlayaraq yaransa da, 20-ci əsrin 30-cu illərindən repressiya dövrü ilə əlaqədar zəifləməyə başladı. Yəni qaçaq dastanları tam formalaşma dövrü keçə bilmədi.
Füzuli Bayat hesab edir ki, həm dastan arxitektonikası, həm də dastan poetikası baxımından “istər Qaçaq Nəbi, istər Qaçaq Kərəm haqqında olsun, qaçaq dastanları rəvayətlə nağıl, əfsanə ilə mahnı arasında yer tutur” [27, s.262]. Onlar hələ tam dolğunlaşmamış, qəhrəmanlıq dastanlarının struktur-semantik özəlliyində olan dastan deyildir.
Əlbəttə burada xalqın yaddaş zənginliyində, düşüncə rəngarəngliyində olan müxtəlifliklər və reallıqdan qaynaqlanan təbii mənzərəsi vardır. Qaçaqlarla bağlı yaranan hər bir mahnı, rəvayət, dastan xalqın bu hərəkata münasibətinin inikasıdır.
Azad Nəbiyevin fikrincə,“aşıq məclislərində Qaçaq Nəbi, onun qəhrəmanlıq mübarizəsi, arvadı Həcərin və döyüş yoldaşlarının qoçaqlığı böyük bir məhəbbətlə vəsf edilmiş, el şairləri, xanəndələr Qaçaq Nəbi haqqında oynaq ritmli qəhrəmanlıq nəğmələri, dolğun məzmunlu rəvayətlər yaratmışlar. Zaman keçdikçə bu nümunələr peşəkar ifaçıların repertuarında yeni yaradıcılıq mərhələsi keçib dastanlaşmışdır” [118, s.678-679].
Əlbəttə burada xalqın yaddaş zənginliyində, düşüncə rəngarəngliyində olan müxtəlifliklər və reallıqdan qaynaqlanan təbii mənzərəsi vardır. Qaçaqlarla bağlı yaranan hər bir mahnı, rəvayət, dastan xalqın bu hərəkata münasibətinin inikasıdır.
Ancaq bəzi informativ məlumatlarda Aşıq Əhmədin adı çəkilir. “Əhliman Axundovun verdiyi məlumata görə, “Qaçaq Nəbi” nəğmələrinin çox hissəsini onunla eyni vaxtda yaşayan Aşıq Əhməd demişdir. Müəllifin dediyində bir həqiqət olsa da, hər halda bu nəğmələrin yaranmasında bizə məlum olmayan başqa müəlliflərin də zəhməti az olmamışdır” [125, s.71].
“Qaçaq Nəbi”yə həsr edilən şeir formasının əksəriyyəti beşlikdir və aaabb, vvvbb şəklindədir. Şeirin əvvəlki üç misrası həmqafiyə, sonuncu iki misrası isə nəqarat şəklində təkrar olunur. Ümumiyyətlə, “Qaçaq Nəbi” dastanında qoşma və bayatıların hamısı eyni formada olub, hər bir bəndin son iki misrası nəqarat tiplidir.
Şeir parçalarının quruluş və formaca eyni olmasına baxmayaraq, məzmunca fərqlilik var. Nəğmələr uzun zamandı xalqın yaddaşında müəyyən dəyişikliklərə uğramış, bəzən misra fərqləri bilərəkdən fərqli şəkildə təqdim edilmişdir. Eyni qəhrəman haqqında qoşulan eyni qoşmanın misraları arasında fərqə rast gəlirik ki, bunun da müəyyən səbəbləri var. Belə ki, bəzi şeir parçasında Nəbinin sinfi düşmənləri konkret göstərilir.
Dağılmaz qalayam, yarılmaz dağam,
Fəqirin yoxsulun nə qədər sağam,
Yolunda xidmətkar, daşğın irmağam,
Alar qüvvət, gücü elindən Nəbi,
Salmaz el-obanı dilindən Nəbi. (el qəh.s.71)
Şeir formaları burada nöqsanlı, bəzən ibtidaidir. Hələ o xam material halındadır. (el qəh. S.71-71)
Qaçaq Balakişinin arvadı gözəl olduğundan Əsəd ağa ona vurulur. Ağa əvvəlcə Balakişini öldürmək, sonra onun həyat yoldaşını almaq fikrinə düşür. Bahar onu qaçıraraq gizlədən ağanın əlindən canını qurtarmaq üçün ağanın nökərinə yalvarır. Nökərə Nəbini tapmağı və hər şeyi ona danışmağı tapşırır. Nəbi bu məsələdən ağah olan kimi Əsəd ağanı cəzalandırır. Nankorluq etdiyi və başqasının arvadını qaçırtdığı üçün onu başından güllələyir. (el qəh.s. 74) Dastanda 81 qoşma, 11 bayatı var. (vəliyev Az folkloru s.352)
Dostları ilə paylaş: |