Qanli-qadali iLLƏRİn dəYƏRLİ abiDƏSİ



Yüklə 0,62 Mb.
səhifə51/56
tarix07.01.2022
ölçüsü0,62 Mb.
#83260
1   ...   48   49   50   51   52   53   54   55   56
QARABAĞ ƏHVALATI

(1324-cü ilin səfər ayı – 1906-cı ilin mart ayı)
Ermənilərin Qarabağda törətdikləri cinayətlər və qırğınlar haqqında hər gün rus dövlət orqanlarına xəbər çatdırılsa da, heç bir tədbir görülmürdü. Nəhayət, Qarabağa bir neçə yüz silahlı kazak göndərildi. Əvvəlcə Ağdama gələn bu silahlı kazaklar ermənilərin fitvası ilə burada müsəlmanlara qarşı ədalətsiz hərəkətlərə yol verdiklərinə görə, böyük qarışıqlıq əmələ gəldi. Kazakların silahsız əhaliyə qarşı açdıqları atəş nəticəsində üş nəfər adam qətlə yetirildi. Həkim Mirzə Məhmmədin oğlu Mirzə Mehdini də məscidin qabağında dəstəmaz aldığı yerdə güllə ilə vurub öldürdülər.

Ağdam əhalisi hadisə ilə əlaqədar yuxarı dövlət orqanlarına şikayət etdikdən sonra hərbi qubernatoru oraya göndərdilər. Qubernatorun Ağdama gəldiyini bilən kimi camaat meydana toplaşdı. Qubernator camaata müraciət edərək dedi ki, ey müsəlmanlar, bizim padşahımız sizdən çox razıdır. Siz padşahın sağ gözü, kazaklar isə sol gözləridir. Kazakların bu xətalarını bağışlayın. Qarışıqlıq düşdüyündən səhv ediblər.

Hərbi qubernator müsəlmanlara təskinlik verdikdən sonra Ağdama gəlmiş kazakların bir neçə dəstəsini ermənilərə qulaqburması vermək üçün Tağ, Tuğ, Güney və Quzey Çartez kəndlərinə göndərdi. Kazaklar bu dörd kəndi tüfəng və top atəşinə tutdular və bir çox evlərə od vurub – yandırdılar. Ermənilərin övrət-uşağı ağlaya-ağlaya, çığıra-çığıra kazaklara yalvarırdılar. Kazaklar onların yalvarmalarına baxmayaraq, evlərə girib, əllərinə keçən pulu, qızılı, gümüşü, daş-qaşı və başqa zinət şeylərini qarət edir, qadınların və qızların üstündə olan zinətlərı qoparıb aparırdılar. Evlərdə olan sandıqları sındırıb içində olan təzə və köhnə palazların hamısını götürüb aparırdılar. Bir para şeyləri isə çıxarıb bir-birinin üstünə yığaraq od vururdular. Gözəl erməni qız və qadınlarını zorlayaraq ismətlərinə təcavüz edirdilər. Bu əhvalat haqqında Qalaya xəbər çatdıqdan sonra ermənilər pul toplayıb dövlətin böyüklərinə teleqraf vuraraq kazakların yaramaz işlərindən şikayət etdilər.

Əlavə: Kazaklar yuxarıda göstərilən erməni kəndlərini dağıdarkən bir evdən xeyli gümüş pul tapılmışdı. Onlar bu pulların bir hissəsini divana vermiş, bir hissəsini isə camaata satmışdılar. Camaat elə bilmişdi ki, rus puludur. Amma sonra məlum oldu ki, həmin gümüş pullar Yaponiyada hazırlanıbmış. Həmin gümüş pullardan biri də mənim əlimə düşmüşdü.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin