Qarabağ: folklor da bir tariXDİR


DƏLİDAĞDA ELƏ GÖRDÜM SƏNƏMİ



Yüklə 3,83 Mb.
səhifə208/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   204   205   206   207   208   209   210   211   ...   228
DƏLİDAĞDA ELƏ GÖRDÜM SƏNƏMİ
Bizdə yenə bir dənə şayir olur. O da köhnənin sözüdü. Köh­nənin deyəndə bizim bı min dokquz yüzə ayid olan söy­pətdərdi. Bı məllim təzə instutu qutarır. Bınnar genə gedir bizim bı Sarıyel yaylağına, həmən bı Ceyran bılağına60 yeyiv-işməyə. Bırda beş-altı yoldaş olullar. Biri deyir ki, sən yeməyi bişirehsən, biri deyir ki, sən kavavı bişirehsən, biri deyir, sən su gətirif çayımızı qoyehsən. Belə-belə, öz aralarında bölüşdülər. Ora da elə bir yaylaxdı ki, hə­mən bılağın üsdə bir neçə ovanın qızı-gəlini gəlif su götürüllər, hamı eyni bılaxdan. Belə götürən mamenti, elə olur ki, bı oğlanın püşgünə su gedif gətiməh düşür. Daa başdıyıllar bıllar heyvanı kəsillər, kimi kavavı pişirir, kimi qazan yeməyin bişirir. Yoldaşdar da baxır ki, bı yoldaş gəlmir axı. Hə, çox söz-söypətdən sora ça­ğırıllar ki, Əyyuf, niyə gəlmirsən axı? Yeməyimiz pişdi, yeməh hazır, axı səni gözdürüh. Orda Əyyuf deyir ki:

Əziz qardaş, adım çıxdı yadımnan,

Ayə, Dəlidağda elə gördüm sənəmi.

Bir göz vırdım, yaman dəydi nişana,

Dedi, yeri-yeri, qocalmısan sən, əmi!

Orda qız deyir ki, maa gərəh dört dildə söz deyərsən. Elə ol­sun, həmi kürt dili işdənsin orda, həmi bizim dil işdənsin, həmi rus dili işdənsin, həmi də məsələn, bir ayrı bir dil işdənsin. Dört dildə maa söz desən, mən saa “hə” sözü deyərəm. Orda o sözdəri, elə yadımda qalmıyıf, onu Ayaz qəşəh əzbərriyif. (Onu gedəndə Ayazdan örgənəsən – mənə müraciətlə deyir – top.)

Ay qız, qəçi vürə61

Gaha gedəh bizim elə.

Tebe naşı Kəlbəcərə,

Mən aparsam gedərsən?




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin