Maddə 392-1. Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi
Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır.
Maddə 393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Maddə 394. Apellyasiya instansiyası məhkəməsinin xüsusi qərardadı
394.1. İşə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
394.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.
Fəsil 42
Dostları ilə paylaş: |