Qaydalar ümumi müddəalar



Yüklə 53,9 Kb.
tarix07.01.2022
ölçüsü53,9 Kb.
#83550
növüQaydalar

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2010-cu il 30 avqust



tarixli 158 nömrəli qərarı ilə

təsdiq edilmişdir

Emitentin istiqraz buraxılışının maksimal

həcminə dair tələblər haqqında

QAYDALAR
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 23 fevral tarixli 960-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli 255 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədi ilə hazırlanmışdır və emitentin istiqraz buraxılışının maksimal həcminə dair tələblər haqqında qaydaları müəyyən edir.
1.2. Bu Qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən istiqrazlara şamil edilmir.
1.3. Bu Qaydalarda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
emitent – istiqrazların emissiyasını qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları – Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən işlənib hazırlanmış, qəbul və ya təsdiq edilmiş Mühasibat Uçotunun Beynəlxalq Standartları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Şərhlər üzrə Daimi Komitənin şərhləri, habelə Maliyyə Hesabatları Şərhi üzrə Beynəlxalq Komitənin müvafiq şərhləri;
təmin edilməmiş istiqrazlaronlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilməyən istiqrazlar;
təmin edilmiş istiqrazlar – onlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar;
xalis aktivlər (kapital) – bütün öhdəliklər çıxıldıqdan sonra emitentin aktivlərinin qalıq dəyəri.
2. İstiqraz buraxılışının maksimal həcminə dair tələblər
2.1 İstiqrazların buraxılışının maksimal həcmi aşağıdakı düsturlar sistemi ilə hesablanır:

M- nəzərdə tutulan təmin edilməmiş istiqraz buraxılışının həcmi;

T – təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri;

k –  təmin edilməmiş istiqraz buraxılışının maksimal həcmi normativinin əmsalı. İstiqraz buraxılışının maksimal həcminin xalis aktivlərin dəyərinə nisbətdə tənzimlənməsi üçün tətbiq olunur;

Bi hər bir əvvəlki istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;

Ci- hər bir əvvəlki təmin edilmiş istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;

n – emitentin yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş istiqraz buraxılışlarının sayı;

A – emitentin xalis aktivlərinin dəyəri.

2.2. Azərbaycan Respublikasında qeydiyyata alınmış uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan və ya uzunmüddətli kredit reytinqi dərəcəsi bu Qaydaların 2.3-cü bəndində müəyyən edilmiş reytinq dərəcəsindən aşağı olan emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 2 (iki) müəyyən edilir.

2.3. Azərbaycan Respublikasında qeydiyyata alınmış və ən azı “BBB -” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifika-siyasına görə), “Baa3” (“Moody’s” reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.

2.4. Ən azı “BBB -” (“Standard&Poor’s” və “Fitch” reytinq agentliklərinin klassifikasiyasına görə), “Baa3” (“Moody’s” reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir.

2.5. Bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş uzunmüddətli reytinq dərəcəsindən aşağı reytinq dərəcəsinə malik olan və ya uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazların emissiyasına yol verilmir.

2.6. İstiqraz buraxılışının dövlət qeydiyyatı Azərbaycan Respub-likasının Mülki Məcəlləsinin 1078-11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. İstiqraz buraxılışının dövlət qeydiyyatına alınması üçün həmin maddə ilə müəyyən edilmiş sənədlərlə yanaşı, emitent Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə aşağıdakı sənədləri də təqdim etməlidir:

son maliyyə ili üzrə tərtib edilmiş və müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatları;

son rüb üzrə tərtib edilmiş, emitentin rəhbər şəxsi və baş mühasibi tərəfindən təsdiq edilmiş maliyyə hesabatları.

2.7. Kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan istiqraz buraxılışlarının dövlət qeydiyyatına alınması üçün bu Qaydaların 2.6-cı bəndində göstərilən sənədlər Maliyyə Hesabatlarının Beynəlxalq Standart-larına uyğun olaraq tərtib edilir.

2.8. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış istiqraz buraxılışlarının reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi, emissiya prospektinin potensial investorlara təqdim edilməsi və yerləşdirilməsi qadağandır.



2.9. Bu Qaydaların tələblərinə cavab verməyən emitentlərin istiqraz buraxılışlarının dövlət qeydiyyatına alınmasına və ya onların istiqrazlarının və ya istiqrazlara hüquqları təsdiq edən qiymətli kağızların yerləşdirilməsinə və ya tədavülə buraxılmasına yol verilmir.
Yüklə 53,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin