Fərqləndirici ədatlar: ancaq, təkcə, yalnız: Ancaq indi onu başa düşdüm. Təkcə bir tələbə normativi yerinə yetirə bilmədi. Həyatda qalacaq yalnız yaradan (S.Vurğun)
İnkar ədatları: heç, xeyr: Bu sözlərin heç yeri deyil.
Xeyr, siz dediyiniz mən deyiləm.
Qüvvətləndirici ədatlar: artıq, daha, ən, lap. Artıq iş işdən keçmişdi. O, tamam tənbəldir, lap sənin kimi. Lap elə deyil. Daha gecdir, faydası olmaz. Ən kiçiyini mən götürdüm.
Axı bizim günahımız nədir? Necə dedin! Ha gözlədim, sən gəlmədin. Bizə bircə xal lazımdır. Indicə onu gördüm. Biz ki belə danışmamışdıq. Hətta sən də bu işdən xəbərsizsən. Nə durmusan, oxu da. Bu barədə bir kəlmə belə danışma və s.
Dostları ilə paylaş: |