Qeyri-maddi aktivlər tərifi


N Əməliyyatın məzmunu



Yüklə 47,85 Kb.
səhifə6/8
tarix22.08.2023
ölçüsü47,85 Kb.
#128729
1   2   3   4   5   6   7   8
QMA

N

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

Proqram təminatının əvəzsiz olaraq alınması

101-3 "Proqram təminatının dəyəri"

442 "Gələcək hesabat dövrlərinin gəlirləri"

1 500

2

1-ci il əvəzsiz alınmış proqram təminatının gəlirin tanınması

442 "Gələcək hesabat dövrlərinin gəlirləri"

611 "Sair əməliyyat gəlirləri"

500

3

1-ci il əvəzsiz alınmış proqram təminatının amortizasiyası

731 "Sair əməliyyat xərcləri"

101-3 "Proqram təminatının dəyəri"

500



N

Əməliyyatın məzmunu

Debet

Kredit

Məbləğ

1

Proqram təminatının əvəzsiz olaraq alınması dərhal tanınarsa

101-3 "Proqram təminatının dəyəri"

611 "Sair əməliyyat gəlirləri"

1 500


Qeyri-maddi aktivlərdən istifadə hüququnun alınması
Hər bir müəssisə öz işlərində kompüter proqramlarından istifadə edir. Əgər kompüter proqramının istifadəsi üçün müstəsna mülkiyyət hüququ müəssisədədirsə, o zaman, müəssisə onu qeyri-maddi aktivlərin tərkibində ümumi qaydada uçota almalıdır (101 "Qeyri-maddi aktivlərin dəyəri" hesabında).
Bu o zaman baş verə bilər ki, proqram təmminatı müəssisə tərəfindən hazırlansın, və ya müəssisə bu proqram təminatına müstəsna mülkiyyət hüququnu əldə etsin (müəlliflik müqaviləsi ilə - fiziki şəxsdən, və ya elmi-texniki məhsulun təqdim edilməsi müqaviləsi ilə - hüquqi şəxsdən).
Lakin, bir çox hallarda proqram təminatına müstəsna mülkiyyət hüququ onu hazırlayan müəssisədə qalır, alan müəssisə isə ondan yalnız istifadə hüququnu alır.
Bu cür hallar, misal üçün, mühasibat uçotunun avtomatlaşdırılması proqramlarının, və ya antivirus proqramlarının alışı zamanı baş verir.
Beləliklə, müəssisənin əldə etdiyi proqram təminatına müəssisənin mülkiyyət hüququ olmadıqda və ya proqramı hazırlayan müəssisə tərəfindən müəssisəyə xüsusi mülkiyyət hüququ verilmədiyində onlara çəkilən xərclər mühasibat və vergi uçotunda gələcək dövrlərin xərcləri kimi 191 saylı "Gələcək dövrlərin xərcləri (uzunmüddətli)", 242 "Gələcək hesabat dövrünün xərcləri (qısamüddətli)" hesabında tanınmalıdır.
Bu xərclər proqram təminatının istifadə müddətinə uyğun olaraq istifadə edilən dövr ərzində hissə-hissə "Gələcək dövrlərin xərcləri" hesabından xərclərə silinir.
Gördüyümüz kimi müəssisə bu proqram təminatını Qeyri-maddi aktiv kimi tanımaq üçün bu proqram təminatına müəssisənin mülkiyyət hüququ olmalıdır. Müəssisəyə anti-virus proqram təminatından istifadə üçün müvəqqəti (misal üçün 12 aylıq) lisenziya verildiyi üçün, o, müəssiənin mülkiyyəti deyil və qeyri-maddi aktiv kimi tanına bilməz

.
Misal.
Müəssisə 5 600 manat ödəməklə mühasibat uçotunun avtomatlaşdırılması üçün proqram təminatı əldə etmişdir. Bağlanan müqaviləyə əsasən proqram təminatına müstəsna mülkiyyət hüququ hazırlayan müəssisədə qalır, alan müəssisə isə mühasibat uçotunu avtomatlaşdırmaq üçün ondan yalnız istifadə hüququ alır. Proqrama müstəsna mülkiyyət hüququ hazırlayan müəssisədə qaldığı üçün, alan müəssisə bu proqram təminatına görə ödənilən məbləğləri özündə xərc kimi tanımalıdır. Müəssisənin gözləntilərinə görə müəssisə bu proqram təminatından 5 il müddətində istifadə edəcəkdir.
Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir:


Yüklə 47,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin