İBN SƏYYAD
Nəccar oğullarındandır. Bəziləri qeyd edirlər ki, Nəccar oğullarından olan bir Yəhudi ailəsindəndir. Əsl adı Safii və ya Abdullah b. Səyyad və ya Saiddir285. Sələf alimləri onun müsəlman olub olmadığı haqda ixtilaf etmişlr. Qeyd edirlər ki, o müsəlman olaraq kahinlik iddiasından, və peyğəmbərlik iddiasından əl çəkərək tövbə etmişdir. Mədinə də öldüyü və namazının da qılınması rəvayət edilmişdir. Öldükdə onun üzünü açaraq cəmaata da göstərmişlər ki, siz də onun öldüyünə şahid olunuz286. Bəzi mənbələrə görə döyüşlərin birndə o, qeyb olur. Cabir - radıyallahu anhu – rəvayət edir ki: «İbn Səyyad Harre döyüşündə yox olur (nə dirilər içərisində, nə də ölüər içərisində onun cəsədi tapılmır)»287. İbni Kəsir – rahmətullahi aleyhi - deyir ki: “Müsəlman olmuşdur. Oğlu Umarə Tabiin böyüklərindəndir. İmam Məlik – rahmətullahi aleyhi - və s. Ondan hədis rəvayət etmişlər288. İmam Zəhəbi – rahmətullahi aleyhi - onun tərcümeyi halından danışmış. İbn Şahin ondan belə rəvayət edir: “İbn Saidin atası Yəhudi olub, doğularkən əyri gözlü və sünnətli olaraq doğulmuşdur. Buna görə də ona Dəccal deyilir. Sonra müsəlman olmuş, Tabiindir, Peyğəbər – sallallahu aleyhi və səlləm – i görmüşdür”289. İbn Həcər – rahmətullahi aleyhi -, Zəhəbi – rahmətullahi aleyhi – nin dediklərini rəvayət etdikdən sonra deyir: “Oğlu Umarə, Səid b. Museyyibin xeyirli yoldaşlarındandır. İmam Malik – rahmətullahi aleyhi - və s. Ondan hədis rəvayət etmişlər. Onun barədə hədisləri zikr etdikdən sonra: “İbn Səyyad səhabə ola bilməz. Çünki o, Dəccəl olarsa səhabə olmaz kafir kimi ölər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə görüşdükdə onun müsəlman olmadığı sayılır”290. Əgər sonra müsəlman olmuşsa Zəhəbi – rahmətullahi aleyhi - nin dediyi kimi Tabiin sayılır. İbn Səyyadın Dəccəl olduğu insanlar arasında yayılınca Peyğəmbər – sallallahu aleyhi və səlləm – onu görmək üçün getdi və ona bir neçə sual verdi:
Dostları ilə paylaş: |