Qiymətin əmələgəlməsi” fənni üzrə kurs iŞİ Mövzu: Qiymətlərin sosial-regional tənzimlənməsi baki-2011 plan



Yüklə 289 Kb.
səhifə5/10
tarix05.12.2022
ölçüsü289 Kb.
#120464
1   2   3   4   5   6   7   8   9   10
Tenzimlenme

Almaniyada dövlət qiymətin tənzimolunmasını və nəzarəti həyata keçirir. Bu əsasən ilk tələbat və inhisarlaşdırılmış məhsullar üzrədir. Belə məhsulların siyahısı dövrü olaraq bülletenlərdə dərc olunur.
Dövlət tərəfindən tənzimlənən qiymətlərin xüsusi çəkisi 10% təşkil edir. Qiyməti tənzimləyən dövlət orqanı Kral dekreti ilə müəyyən olunmuş İqtisadiyyat Nazirliyinin Ali Şurasıdır. Qiymətin tənzimlənməsinin dövlət mexanizmi aşağıdakı formalara malik idi :
İcazə verilən qiymətlər. Dövlət və xüsusi kompaniyalar nəzərdə tutulan məhsulun qiymətinin yüksəldilməsi haqqında Ali Şuraya təqdimat verirlər. Dövlət komissiyasının icazəsi alındıqdan sonra məhsulun qiyməti yüksəldilə bilər.
Xəbərdar edici qiymətlər. Müəyyən məhsullara qiymət Ali Şuraya 1 ay əvvəl xəbərdarlıq ediləndən sonra yüksəldilir.
Yerli qiymətlər. Yerli orqanlar tərəfindən yüksəldilə bilər. Bu zaman yerli komissiyalar aşağıdakı elementləri nəzərə alırlar :

  1. Qiyməti yüksəldiləsi məhsulun və xidmətin tam şərh olunması.

  2. Məhsulun istehsal xərclərinin strukturu haqqında tam məlumat.

  3. Məhsulun reallaşdırma qaydası.

  4. Qiymət yüksəldikdən sonra onların vəziyyəti.

  5. İstehsal xərclərinin əsaslandırılması və bunun əsasında qiymətin yüksəlməsi.

İtaliyada qiymət üzrə nəzarət sistemi 1944-cü ildən həyata keçirilir. İdarələrarası qiymət komitəsi Sənaye Nazirliyinə tabedir. Bu komitə istehsalın inkişafına şərait yaradan məhsulların qiymətlərini müəyyənləşdirir. Bununla yanaşı, ilk tələbat məhsullarının qiymətlərini müəyyən edir.
Bu sistemin zəruriliyi müharibədən sonrakı dövrdə ölkə iqtisadiyyatının ağır vaxtı ilə əlaqədar idi və həmin dövrdə çoxlu sayda məhsulların qıtlığı mövcud idi. Qiymətlərin belə tənzim olunması 1960-cı illərə qədər davam etmişdir. Artıq 60-cı illərdən sonra İtaliya iqtisadiyyatı yüksək inkişafa malik olmuşdur və bununla əlaqədar olaraq qiymətlərin liberallaşması başlamışdır.
Qiymət üzrə nəzarət praktiki olaraq inflyasiyanı saxlamaq məqsədi güdür.
Fransa iqtisadiyyatında dövlət bölməsi bir o qədər xüsusi çəkiyə malik deyildir. Dövlətin əlində əsasən inhisarçı sahələr cəmlənmişdir (qaz, enerji, nəqliyyat). Bundan əlavə dövlət bazar rəqabəti şəraitində fəaliyyət göstərən sahələrə də (milli, kommersiya bankları – sığorta kompaniyaları) nəzarət edir. Birinci halda dövlət bütün iqtisadi parametrləriinhisarçı sahələr üzrə qoyur (investisiyaların həcmi, əmək haqqı, hazır məhsula qiymət). İkinci halda dövlət iqtisadi parametrlərə minimum təsir göstərərək dövlət sahələrini xüsusi bölmə ilə rəqabətə hazırlayır.
Bu xüsusiyyət nəzərə alınaraq ölkədə qiymətlərin 20% -i dövlət tərəfindən tənzim olunur.

Yüklə 289 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin