AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ
“QM və E” kafedrası
“MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENA”
fənnindən imtahan testləri
Tərtib etdi: assistent Qurbanova Sevda Oqtay qızı
G Ə N C Ə – 2017
“MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENA” fənnindən
imtahan testləri
-
Mikrobiologiya elminin inkişafında aşağıdakı alimlərdən hansı çürümə və qıcqırma proseslərini öyrənmişdir?
-
Paster
-
Kox
-
İvanovski
-
Qamaleya
-
Voytkeviç
-
Mikrobiologiya termini yunan sözü olmaqla nə deməkdir?
-
kiçik, həyat, elm
-
xırda, cisim, elm
-
ulduzlar haqqında elm
-
gözə görünməyənlər haqqında elm
-
göbələklər haqqında elm
-
Aşağıdakılardan hansı mikrobların morfologiyasına aid edilir?
-
ölçüləri
-
virulentlik
-
qram üsulu ilə boyanma
-
parazitlik
-
anaerobluq
-
Basil hansı mikroblara deyilir?
-
çöpvari mikroblar spor əmələ gətirərsə
-
çöpvari mikrob spor əmələ gətirmirsə
-
qamçıları olan mikroblara
-
kürəcik şəklində olanlara
-
kapsula əmələ gətirənlərə
-
Sarsinlər bölünərkən hansı formada birləşirlər?
-
mərtəbəli paket formada
-
cüt-cüt
-
üzüm salxımına bənzəyən
-
dörd-dörd topa şəklində
-
zəncir şəklində
-
Prokariotların ilk təsnifatını kim vermişdir?
-
Berq
-
Krasilnikov
-
Kox
-
Darvin
-
Paster
-
Bakteriyalar qidalanma tipinə görə hansı qruplara bölünür?
-
avtotroflar, heterotroflar
-
saprofitlər, parazitlər, avtotroflar
-
fotosintez edənlər, xemosintez edənlər, parazitlər
-
çürüdücü bakteriyalar, turşuducu bakteriyalar, saprofitlər, parazitlər
-
xemosintez edənlər, saprofitlər
-
Aşağıdakılardan hansıları mikroorqanizmlərin morfoloji xüsusiyyətlərini əks etdirmir?
-
parazitlik
-
uzunluğu
-
kapsula əmələgətirmə
-
spor əmələgətirmə
-
forması
-
Xarici görünüşünə görə bütün bakteriyalar hansı üç formaya ayrılırlar?
-
koklar, çöpvari, qıvrım
-
Btetrakoklar, stafilokoklar, basillər
-
diplokoklar, spiroxetlər, çöplər
-
koklar, basillər, stafilokoklar
-
qıvrım, diplokoklar, basillər
-
Morfoloji göstəricilər kimi hüceyrənin:
-
forması, ölçüləri, hərəkətliyi, sporəmələgətirmək qabiliyyəti, spordaşıyıcılarının olması, qamçıların yerləşməsi və vegetativ çoxalma xüsusiyyətləri öyrənilir
-
forması, tənəffüsü, maddələr mübadiləsi; sporəmələgətirmə, hərəkətliliyi öyrənilir
-
tənəffüsü, hərəkəti, qidalanması; sporəmələgətirmə, hərəkətliliyi öyrənilir
-
maddələr mübadiləsi, çoxalması; sporəmələgətirmə, ölçülər öyrənilir
-
forması hərəkəti, qidalanması və maddələr mübadiləsi
-
Cinsiyyətli çoxalma xarakterindən asılı olaraq mayalar hansı sinifə aiddirlər?
-
kisəli göbələklər
-
bazidimisetlər
-
arximisetlərə
-
fikomisetlərə
-
mükəmməl olmayan göbələklər
-
Qıvrım formalı mikroblara aşağıdakılar aiddir?
-
vibrionlar, spirillər, spiroxetlər
-
koklar, basillər; spiroxetlər
-
streptokoklar, bakteriyalar
-
çarsinlər, stafilokoklar; spiroxetlər
-
basillər, monokoklar; spiroxetlər
-
Təmiz kultura nədir?
-
bir mikrob növündən ibarət olan toplum
-
bir neçə mikroorqanizmlər növündən olan mikroblar toplusu
-
eyni qida mühitində yetişdirilmiş mikroblar
-
spor daşıyıcıları olmayan mikroblar
-
distillə suda yetişdirilmiş mikroblar
-
Binar nomenklatura istifadə etməklə mikroorqanizmlərin:
-
növünü və cinsini göstərilir
-
növünü və xüsusi xassəsini göstərilir
-
cinsini və formasını göstərilir
-
növünü və hərəkətini göstərilir
-
formasını və xüsusi xassəsini göstərirlər
-
Aerob bakteriyalarda plazmatik membranın daxili qatında ........ .
-
tənəffüs sistemi yerləşir
-
həzm sistemi yerləşir
-
nüvə yerləşir
-
kapsula yerləşir
-
selik yerləşir
-
Zooqliya nəyə deyilir?
-
1-4 bakteriyanı əhatə edən kapsulaya
-
bakteriyanın möhtəviyyatına
-
mikrobun fermentlər sisteminə
-
plazmatik membranın daxili qatına
-
bir qrup mikroba
-
Qram mənfi bakteriyaların qılafı:
-
4 qatlıdır
-
2 qatlıdır
-
3 qatlıdır
-
5 qatlıdır
-
bir qatdan ibarətdir
-
Qram müsbət bakteriyalarda qılaf:
-
2 qatlıdır
-
1 qatlıdır
-
3 qatlıdır
-
4 qatlıdır
-
5 qatlıdır
-
Protoplazmatik membran aşağıdakılardan ibarətdir:
-
lipoidlərdən, proteinlərdən və karbohidratlardan
-
proteinlərdən və fermentlərdən
-
karbohidratlardan və proteidlərdən
-
lipidlərdən və qlükozadan
-
proteinlərdən, selikdən və fermentlərdən
-
Göbələklər sinfində aşağıdakı orqanizmlər birləşib:
-
xlorofili olmayan
-
xlorofili olan
-
spor əmələ gətirənlər
-
qamçıları olanlar
-
qamçısız olanlar
-
Mikroorqanizmləri təsnifatlaşdırarkən onların təmiz kulturalarının hansı əlamətləri öyrənilir?
-
morfoloji, fizioloji, biokimyəvi
-
hərəkətliyi, spor əmələ gətirməsi, tənəffüsü
-
tənəffüs prosesi, qidalanması
-
aerob və anaerob olması, çoxalma xüsusiyyətləri
-
temperatur amilinə münasibəti, qram üsulu ilə boyanma
-
Mikroorqanizmlər siniflərinin tərkibi hansı ardıcıllıqda düzgün verilib?
-
sıra, ailə, cinslər, növlər
-
cinslər, ailələr, növlər, sıralar
-
sıralar, cinslər, növlər, ailələr
-
növlər, sıralar, ailələr, cinslər
-
ailələr, sıralar, növlər, cinslər
-
Maya göbələklərin hüceyrələrində hansı element birləşmələri üstünlük təşkil edir?
-
fosfor və kali
-
natri və fosfor
-
kükürd və fosfor
-
kali və dəmir
-
kali və kükürd
-
Mukor göbələyi hansı sinfə aid edilir?
-
fikomisetlər
-
arximisetlər
-
askomisetlər
-
bazidiomisetlər
-
mükəmməl olmayan göbələklər
-
Askomisetlər hansı quruluşa malikdirlər?
-
mitsel çox hüceyrəlidir, bir nüvəlidirlər, xüsusi inkişaf tsiklinə malikdirlər
-
mitsel bir hüceyrəli, çox nüvəlidir
-
tumurcuq şəklindədirlər, çox nüvəlidirlər
-
xlorofilli mitselə malikdir, bir hüceyrəlidir
-
çox hüceyrəli mitseli var, spor əmələ gətirmirlər
-
Hansı halda Mucor göbələyinin quruluşu düzgün verilib?
-
bir hüceyrəli, şaxələnmiş, mitselə malikdirlər, arakəsmələr yoxdu, mitsel çox nüvəlidir
-
şaxələnmiş bir hüceyrə şəklində mitselə malik, sporangi daşıyıcıları ucunda yumru sporangilərdə sporlar yerləşir, sporangilərin xarici səthində quzuqulaq turşusunun kalsium duzları kristalları var
-
şaxələnmiş çox hüceyrəli mitselə malik, sporlar qonidilər üzərində yerləşir
-
çox hüceyrəli mitselə malikdirlər, spor əmələ gətirirlər xüsusi spor daşıyıcıları üzərində – bazidilərdə
-
mitsel əsasən çoxhüceyrəlidir; cinsiyyətli çoxalma məlum deyil
-
Aspergilus ailəsindən olan göbələklərdə (Penisillum cinsi) quruluş hansı halda düzgün verilib?
-
şaxələnmiş arakəsməli mitseli vardır. Sporlar qonidilər adlanır. Onlar mitseldən ayrılaraq yuxarıya doğru inkişaf edən və ucunda fırça şəklində şaxələnən çıxıntılardan zəncirvari inkişaf edir
-
şaxələnməmiş, arakəsməli mitseli vardır; sporlar bazidilər adlanır; onlar yuxarıya doğru inkişaf edən mitsel çıxıntılarının ucunda başcıq şəklində inkişaf edir
-
şaxələnmiş, arakəsməsiz mitseli vardır. Sporlar bazidilər adlanır. Sporlar, mitseldən ayrılaraq yuxarıya doğru inkişaf edən və ucunda fırça şəklində şaxələnən çıxıntılardan inkişaf edir
-
şaxələnmiş, arakəsməli mitseli vardır; sporlar qonidilər adlanır; başcıqlarda inkişaf edir
-
şaxələnməmiş, arakəsməsiz mitseli vardır. Sporlar qonidilər adlanır. Onlar mitseldən ayrılaraq yuxarıya doğru inkişaf edir və ucunda fırça şəklində çıxıntılardan zəncirvari inkişaf edirlər
-
Virus sözü nə deməkdir?
-
zəhər
-
xırda
-
keçici
-
yeyən
-
dəyişkən
-
Aşağıdakılardan hansıları viruslar üçün xarakterlidir?
-
yalnız orqanizm hüceyrəsi daxilində və toxuma kulturasında inkişaf edirlər
-
işıq mikroskopunda görünürlər
-
qidalı mühitdə yetişirlər
-
xəstəlik törətmək gücünü dəyişə bilmirlər
-
hüceyrə daxilində çoxalmırlar
-
Virusları kəşf edən hansı alimdir?
-
İvanovski
-
Piroqov
-
Seçenov
-
Pavlov
-
Paster
-
Bakteriofaqlar hansı qrup mikroorqanizmlərə aid edilir?
-
viruslara
-
bakteriyalara
-
koklara
-
çöplərə
-
sarsinlərə
-
Bakteriofaqın quruluşu hansı halda düzgün verilib?
-
başcıq, və çıxıntısı vardır, qılafla örtülmüşlər
-
başcıq və bədən, qılafsızdırlar
-
başcıq, çıxıntı və kapsula vardır
-
başcıq və kapsula vardır
-
başcıq, çıxıntı vardır; qılafla örtülməmişlər
-
Hansı ifadə doğrudur?
-
faq ətraf mühitdən azotu və digər birləşmələri mənimsəməyə qadirdir
-
faq ətraf mühitdən karbon dörd oksidi və suyu mənimsəməyə qadirdir
-
faq kükürdlü birləşmələri parçalayır
-
faq bakteriyanın təsiri ilə öz morfoloji və fizioloji xassələrini dəyişmir
-
bakteriofaqlar mikroblar olan yerdə yoxdur
-
Viruslar orqanizmə hansı yolla daxil ola bilməz?
-
əl sıxarkən
-
qida ilə
-
hava ilə
-
qan ilə
-
damlalarla
-
Bakteriofaqların təsiri ilə bakteriya ya ölür, ya da öz morfoloji və fizioloji xassələrini dəyişir. Bakteriya həll olur. Bunu hansı alim öyrənmişdir?
-
Qamaleya
-
Pavlov
-
İvanovski
-
Paster
-
Kox
-
Fiziologiya elmi mikroorqanizmlərdə nəyi öyrənmir?
-
ölçülərini və formasını
-
tənəffüsü
-
qidalanmanı
-
inkişaf və çoxalmasını
-
bir-biri ilə qarşılıqlı münasibətlərini və ətraf mühitlə münasibətini
-
Mikroorqanizmlərdə də maddələr mübadiləsinin iki tərəfi vardır:
-
plastik mübadilə və enerji mübadiləsi
-
su mübadiləsi və mineral mübadilə
-
karbohidrat mübadiləsi və enerji mübadiləsi
-
zülal mübadiləsi və mineral mübadiləsi
-
lipidlərin mübadiləsi və enerji mübadiləsi
-
Mikroorqanizmlərin kimyəvi tərkibi hansı halda doğru göstərilib?
-
80%-88% su, 20%-12% quru maddə
-
60%-70% su, 40%-30% quru maddə
-
70%-80% su, 30%-20% quru maddə
-
75%-80% su, 25%-20% quru maddə
-
50% su, 50% quru maddə
-
Bakteriyaların sporlarında su:
-
azdır
-
çoxdur
-
eynidir
-
yoxdur
-
hamısı sudur
-
Mikroorqanizmlərin tərkibində su hansı halda lazımsızdır?
-
çoxalmada
-
qidalanmada
-
daxildə maddələrin hərəkətini təmin edir
-
dispers mühit yaradır
-
suyun iştirakı ilə maddələr mübadiləsi reaksiyaları gedir
-
Bakterial hüceyrə sərbəst suyu itirdikdə nə baş verir?
-
maddələr mübadiləsi zəifləyir
-
maddələr mübadiləsi dəyişmir
-
maddələr mübadiləsi güclənir
-
nisbi sakitlik dövrü başlayır
-
mikrob fəallaşır
-
Mikrob hüceyrəsi sərbəst və birləşmiş suyunu itirərsə:
-
mikrob məhv olar
-
mikrob spora çevrilər
-
mikrob fəallaşır
-
mikrobun fəaliyyəti dəyişməz
-
mikrob zəifləyər
-
Bakterial hüceyrənin quru maddəsini təşkil edən əsas maddə hansıdır?
-
zülal
-
karbohidrat
-
lipidlər
-
minerallar
-
su
-
Hansı halda bakteriyalarda, maya göbələklərində və kif göbələklərində quru maddədə zülalın payı müvafiq olaraq düzgün göstərilmişdir?
-
50-80%, 40-60%, 15-40%
-
40-60%, 50-80%, 15-40%
-
15-40%, 50-80%, 40-60%
-
50-80%, 15-40%, 40-60%
-
15-40%, 40-60%, 50-80%
-
Karbohidratlar mikroorqanizmlərdə quru maddənin:
-
10-30%-ni təşkil edir
-
20-25%-ni təşkil edir
-
15-30%-ni təşkil edir
-
50%-ni təşkil edir
-
ümumiyyətlə yoxdur
-
Karbohidratlar bakteriya hüceyrəsində hansı rolu oynamırlar?
-
katalitik funksiyanı həyata keçirirlər
-
enerji mənbəyidirlər
-
hüceyrə membranına daxildirlər
-
ehtiyat qida mənbəyidirlər
-
kapsulanın quruluşunda iştirak edirlər
-
Bakterial hüceyrənin tərkibində olan yağlar və yağa bənzər maddələr protoplazmatik membran tərkibində hansı funksiyanı daşıyır?
-
yarım keçiricilik qabiliyyətini təmin edirlər
-
ehtiyat qida mənbəyidirlər
-
tənəffüs zamanı əhəmiyyətlidirlər
-
enerji mənbəyidirlər
-
suyun ötürülməsini təmin edirlər
-
Mineral maddələr mikroorqanizmlərdə hansı funksiyanı daşıyır?
-
osmotik təzyiq yaradırlar və protoplazmada kolloid vəziyyəti yaradırlar
-
katalitik funksiyanı yerinə yetirir
-
tənəffüs proseslərini tənzimləyirlər
-
enerji mənbəyidir
-
heç bir əhəmiyyəti yoxdur
-
Hansı mikroorqanizmlər qrupu narıncı və sarı rəngli piqment əmələ gətirir və heyvan yemlərinin «A» provitamini (karotinlərlə) ilə zənginləşdirmək üçün istifadə olunur?
-
bəzi maya göbələklər
-
bəzi bakteriyalar
-
bəzi viruslar
-
bəzi kif göbələkləri
-
bakteriofaqlar
-
Qida maddələrinin mikrob hüceyrəsinə daxil olmasını tənzimləyən:
-
protoplazmatik membrandır
-
protoplazmadır
-
nüvədir
-
ribosomlarda
-
mitoxondrilərdir
-
Kapsula və selik hüceyrə membranından qidanın keçməsində hansı rolu oynayır?
-
keçməsini dayandırmır
-
keçməsini dayandırır
-
heç bir rol oynamır
-
D)yalnız suyu keçirir
-
E)yalnız quru maddəni ötürür
-
Qida maddələrinin mikrob hüceyrəsinə daxil olması hansı yol ilə gedir?
-
diffuziya və adsorbsiya yolu ilə
-
yalnız diffuziya ilə
-
yalnız adsorbsiya ilə
-
müvəqqəti komplekslər yaratmaqla
-
kationlar şəklində
-
Hansı ifadə ətraf mühitlə müqayisədə hüceyrə sitoplazmasında olan osmotik təzyiqi düzgün əks etdirir?
-
xeyli yüksəkdir
-
xeyli aşağıdır
-
xaricnən bərabərdir
-
fərqlidir
-
azalır sonra qalxır
-
Plazmoliz nə zaman baş verir?
-
hüceyrə suyu itirəndə
-
hüceyrə suyu udanda
-
xaricdə və daxildə qatılıq bərabər olanda
-
hava isti olanda
-
hava soyuq olanda
-
Yüksək qatılıqlı mühitdə inkişaf edən mikroorqanizmlər necə adlanır?
-
osmofillər
-
qalofillər
-
psixrofillər
-
mezofillər
-
termofillər
-
Plazmoptiz nə zaman baş verir?
-
hüceyrəyə su çox daxil olduqda
-
hüceyrədə suyun miqdarı dəyişmədikdə
-
hüceyrə suyu itirdikdə
-
hüceyrə yüksək qatılıqlı mühitə düşdükdə
-
hüceyrədə zülalın miqdarı artdıqda
-
Mənimsənilən qida elementlərindən ən əhəmiyyətlisi hansıdır?
-
karbon
-
azot
-
hidrogen
-
natrium
-
fosfor
-
Karbonu mənimsəmək tipindən asılı olaraq bütün mikroorqanizmləri hansı qruplara ayrılırlar:
-
avtotroflara və heterotroflara
-
avtotroflara və saprofitlərə
-
fotosintetiklərə və xemosintetiklərə
-
fotosintetiklərə və parazitlərə
-
saprofitlərə və parazitlərə
-
Üzvi karbona ehtiyacı olmayan və özləri üzvi maddə sintez edən mikroorqanizmlər hansılardır?
-
fotosintez və xemosintez edənlərdir
-
xemosintez edənlərdir
-
termofillərdir
-
saprofitlər
-
simbioz həyatsürənlər
-
Nitrifikasiya bakteriyaları hansılardır?
-
ammonyakı nitrit turşusuna, sonra isə nitrat turşusuna çevirirlər; azad olunan enerji hesabına CO2 –ni mürəkkəb üzvi maddələr sintezinə daxil edirlər
-
dəmir bakteriyaları, dəmirin birləşmələrini parçalayıb enerji əldə edirlər
-
kükürdlü bakteriyalar, kükürd birləşmələrinin enerjisindən faydalanırlar
-
azotobakter, atmosfer azotunu parçalayırlar
-
çürüdücü bakteriyalar, üzvi qalıqları parçalayırlar
-
Saprofit qidalanma hansı halda baş verir?
-
Süd laktozasını bakteriyalar süd turşusuna çevirəndə
-
günəş enerjisi ilə xlorofildə, CO2 və Sudan üzvi maddə sintez ediləndə
-
qeyri üzvi birləşmələrin parçalanmasından ayrılan enerji hesabına üzvi maddə sintez etdikdə
-
vərəm çöplərinin ağ ciyərdə çoxalması baş verdikdə
-
dezintiriya çöpü bağırsaqda yaşayanda
-
Hazır üzvi maddəni parçalayan heterotroflar hansı iki qrupa ayrılırlar?
-
saprofitlər və parazitlər
-
xemosintetiklər və parazitlər
-
termofillər və psixrofillər
-
xemosintetiklər və saprofitlər
-
osmofillər və termofillər
-
Tənəffüs prosesində mikroorqanizmlərdə nə baş verir?
-
üzvi maddə parçalanır, enerji ayrılır
-
üzvi maddə sintez olunur, enerji sərf olur
-
qeyri üzvi birləşmələr parçalanır
-
qeyri üzvi birləşmələr sintez olunur
-
istilik udulur
-
Bütün mikroorqanizmlər tənəffüs tipinə görə:
-
aeroblara və anaeroblara ayrılırlar
-
aftotroflara və heterotroflara ayrılırlar
-
termofillərə və psixrofillərə ayrılırlar
-
fotosintez edənlərə və saprofillərə ayrılırlar
-
nitrifikasiya edənlərə və aftotroflara ayrılırlar
-
Anaerob mikroorqanizmlər iki qrupa ayrılırlar:
-
obliqat və fakultativ anaeroblar
-
aftotroflar və heterotroflar
-
termofillər və saprofillər
-
obliqatlar və nalofitlər
-
fakultativlər və saprofitlər
-
Bakterial hüceyrənin forması və həcmi dəyişir, RNT artır, maddələr mübadiləsi çox fəal gedir, qida maddələri toplanır. Bunlar nə zaman baş verir?
-
Dostları ilə paylaş: |