Qoşa qanad



Yüklə 1,48 Mb.
səhifə10/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   ...   6   7   8   9   10   11   12   13   ...   49
İman və elm

Lakin müasir elm, həqiqətən də, metafiziki düşün­cə­lər­lə bir toqquşma içindədirmi? Yenə də bu problem - əgər varsa – İslama yad deyildir. Bu, ümumi mənada götürəndə elm və iman problemidir. Elm və iman, heç olmasa, «ahəngli bir bütün» içində birlikdə yaşaya bilərlərmi? Gəlin müasir elm düşüncəsindən bəzi nümunələrə nəzər salaq.

Çəkəcəyim ilk misal heçlikdən yaradılış ilə əlaqə­dar­­dır. Bu gün sayları getdikcə artan bir çox kosmoloq, kainatdakı maddə və enerji sıxlığının kainatın kütləsinin tam olaraq sıfıra bərabər olduğunu göstərdiyinə inanır. Əgər kainatın kütləsi həqiqətən sıfırdırsa – ki bu, təc­rü­bəylə təyin oluna bilən bir qiymətdir – kainat vakuum və­ziyyətində kütləsizlik xüsusiyyətini daşıyır deməkdir. On il əvvəl aparılan bir hesablama da kainatı bir vakuumdan, məkan və zamanda heçlik vəziyyətindən yaradılmış olan bir kvant dalğa­lanması kimi ələ almışdı (ex nihilo). Fi­zi­ka­nı metafizikadan ayıran şey, bu fikrin fizika anlayışına uy­­ğun olub-olmadığını, kainatdakı maddə sıxlığını təcrü­bəy­lə ölçərək bilməyimizdir. Əgər uyğun deyilsə, o fikri hə­mən tərk edərik.

Çəkəcəyim ikinci misal, bizim təbiətin əsas qüvvə­lərindən ikisini – elektrik və zəif atom qüvvəsi – birləş­dir­mə və tərif vermə uğurumuzun arxasınca gələn həyəcanla əlaqədardır. İndilərdə kosmik zamanın on – və ya nəzəriy­yə­nin bir başqa variantında on bir – ölçüyə sahib olduğu ehtimalı üzərində fikirləşirik. Bu çərçivə daxilində zəif elektronu və qüvvəsini digər iki əsas qüvvə – qravitasiya və güclü elektronüvə qüvvəsi – ilə birləşdirməyə ümid edi­rik. Bu on ölçüdən dördü bildiyimiz kosmik zamana aid­dir. Eynşteynin fikirlərinə görə, bu dörd kosmik zamanın ölçüsünün əyriliyi mövcud kainatımızın böyüklüyünü və ömrünü təyin edəcəkdir. Geriyə qalan altı ölçünün əyri­li­yinin isə son zamanlarda elektrik və nüvə yükləri verdiyi irə­li sürüldü.

Lakin bu əlavə ölçüləri niyə birbaşa qavraya bil­mi­rik? Niyə yalnız elektrik və nüvə yüklərinin köməyi ilə ba­şa düşürük? Dörd kosmik zaman ölçüsü və mövcud dü­şün­cəmizə görə 10-33 sm-dən çox böyük olmayan daxili ölçü­lər arasındakı fərqin səbəbi nədir?

Hal-hazırda bunu daxili qərarlılıq prinsipi ilə izah edi­­­rik. Əlavə ölçülərin sayı yalnız və yalnız altı, və ya nə­zəriyyənin digər variantında olduğu kimi ən çox yed­di­dir­sə, nəzəriyyəmiz işləyir deməkdir. Bununla yanaşı, qalıq­lar halında bəzi çox incə fiziki nəticələr də əldə ediləcək – məsələn, son illərdə kəşf edilən, bütün kainatı dolduran və kainat yaradılışının ilk mərhələlərinin bir qalığı olduğuna inandığımız 3 dərəcəlik qara cisim ra­diasiyası kimi bu qa­lıqları araşdıracağıq. Əgər dəlil tapmasaq, fikrimizi tərk edə­­cəyik.

Heçlikdən yaradılış, əlavə ölçülər kimi qədim dövr­lərin metafizik məş­ğuliyyətlərindən fərqli olmayan möv­zu­lar, XX əsr fizikasının qəribə mövzularıdır. Ancaq söh­bət elmdən gedirsə, fikri sistemlərin özünəməxsus təbiəti - hər mərhələdə təcrübi təsdiqlər axtarışı və daxili qərarlılıq prinsipinə bağlılıq - nəzərə çarpır.

Qafil şəxs üçün daxili qərarlılıq bir ululuğun lüzum­suzluğunu ifadə edər.



«Allah kimi doğru yoldan sapdırırsa, ona yol gös­tə­rən olmaz». (7:186)

İnanan üçün isə, yaradanın dizaynının bir hissəsidir. Bu dizaynın nüfuz etdiyi yerlərdəki dərinliyə bir işarədir və sadəcə inanan şəxsin bu dizaynın gözəlliyi qarşısında hey­ranlığını artırır. Hayns Pagels zəmanəmizin ən böyük fi­ziklərindən, bəlkə də, yaşayan ən böyük fizik olan Feyn­man haqqındakı əhvalatı belə danışır: «Feynman hissi­yat­lardan təcrid edilmiş bir təcrübə tənəkəsinin içinə gir­miş, ora­da ekzosomatik (bədən xarici) bir təcrübə apar­mış, özü­nün «bədənindən kənara çıxdığını» və bədənini öz qarşı­sında yatarkən gördüyünü hiss etmişdi. Bu təcrübəsinin doğ­­ruluğunu sınamaq üçün Feynman qolunu hərəkət et­dir­məyə çalışaraq, qabağındakı bədəndə qolun hərəkət etdi­yi­ni görmüş, bu vaxt, bədənindən kənarda olduğunu düşü­nüb, təzədən ona geri qayıtmaq qərarına gəlmişdi. Söh­bə­ti­ni qurtarandan sonra, Feynmana bu qəribə təcrübəsini nə ilə izah edə biləcəyini soruşdum. Feynman əsl elm ada­mı­nın müşahidə həssasiyyəti ilə cavab verdi: «Heç bir fizika qanunun pozulduğunu görmədim».

Əvvəl ifadə etdiyim kimi, şəxsən mənə görə, fizi­ka­nın bu gün susduğu, bəlkə sabah da susacağı problemlər haq­qındakı mənim şəxsi inancım İslamın mənəvi mesa­jıy­la ifadə edilmişdir. Bu, Quranın birinci səhifəsini açdığınız za­man qarşınıza çıxan ilk ayələrdə öz əksini tapmışdır:

«Bu kitab ki, içində heç bir şübhə yoxdur. Allahdan qorxanlar üçün, görünməyənə inananlar üçün bir rəh­bərdir». (2: 2-3)


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin