Qoşa qanad


Müasir elm: insanlığın ortaq mirası



Yüklə 1,48 Mb.
səhifə7/49
tarix05.01.2022
ölçüsü1,48 Mb.
#111585
1   2   3   4   5   6   7   8   9   10   ...   49
Müasir elm: insanlığın ortaq mirası

İlk müsəlmanlar Quranın və ulu Peyğəmbərin töv­si­yə­­lərinə nə ölçüdə əməl etdilər?

Müsəlmanlar Peyğəmbərimizin ölümündən yüz il son­­ra öz dövrlərinin elmlərini öyrənmək vəzifəsini yerinə yetirdilər. Mütərəqqi Araşdırma İnstitutları (beytül-hik­mət­­­lər) quraraq elm sahələrində 350 il davam edən inkişaf əldə etdilər.

İslamda elmlərə göstərilən ehtiramın bir səbəbi də, İslam dövlətinin könüllü himayədarlığı idi. Gibbin ədə­biy­yat sahəsində yazdıqlarını şərh etsək: «İslamda elm­lərin in­kişafı, digər ölkələrdən fərqli olaraq, böyük ölçüdə və­zifəlilərin comərdliyinə və himayəsinə bağlı idi. Bu və ya başqa şəhərdə padşahlar və vəzirlər elmə arxa çıxmaqdan həzz aldıqlarına, fayda və etibar gördüklərinə görə bu mə­şəl alovlanmağa davam etdi».

İslamda elmin qızıl dövrü, şübhəsiz, orta əsr alim­lə­rinin sonun­cularından olan İbn Sinanın və onun müasiri, eyni zamanda da yeni əsrin birincilərindən olan İbn Hey­səm ilə əl-Biruninin dövründə yaşanmışdır.

İbn Heysəm (Əl-Hazən, 965-1039) dövrünün ən bö­yük alimlərindən biri idi. Apardığı təcrübələrlə optikadakı çətin məsələlərin həllində xüsusi rol oynamışdır. «Bir mü­hitdən keçərkən, işıq selinin daha asan və daha qısa (tez) olan yolu izlədiyini» qeyd etmişdir. Burada, İbn Heysəm əsr­­lər sonra meydana gələcək Fermanın «ən az zaman» prinsipinin əsasını qoymuşdur. Daha sonralar Nyutonun hərəkət qanunlarının birincisi kimi bilinən ətalət qanununu da İbn Heysəm ortaya qoymuşdur. Rocer Bekonun «Opus majus» əsərinin beşinci fəsli, praktiki olaraq, İbn Hey­sə­min «Optika»sının bir kopiyasıdır.

İbn Sinanın ikinci məşhur müasiri olan əl-Biruni (973-1048) bugünkü Əfqanıstan sərhədləri daxilində yaşayıb yaratmışdır. O, İbn Heysəm kimi təcrübəçi, görüş­lə­rində altı əsr sonra dünyaya gələcək olan Qaliley qədər müasir və orta əsrlər fikrindən, düşüncəsindən uzaq bir elm adamı idi.

Qərb elminin Yunan-İslam elminin mirası olduğu da­­nılmaz bir həqiqətdir. Bununla yanaşı, İslam elminin törəmiş bir elm olduğu, müsəlman elm adamlarının yunan nəzəri ənənəsini kor-koranə tətbiq edib, elmi metodlara yeni heç bir şey əlavə etmədiklərini söyləyirlər. Bu səhv hökmdür. Əl-Biruninin Aristotel haqqında söylədiklərinə fikir verək: «Bir çox insanın dərdi (problemi), Aristotelin fikirlərini ifrat dərəcəsinə gətirmələridir. Özləri də, Aris­totelin sadəcə öz qabiliyyətinin imkan verdiyi ölçüdə fikir ortaya atdığını bildikləri halda, onun düşüncələrində heç bir xəta ehtimalının ola bilməyəcəyinə inanırlar».

Və ya əl-Biruninin orta əsr xurafatı haqqında söy­lə­diklərinə nəzər salaq: «İnsanlar (yanvar ayının) altısında dünyanın bütün duzlu sularının şirinləşdiyi bir saatın ta­pıl­dığına inanırlar. Suda baş verən bütün proseslər yalnızca torpağın xüsusiyyətindən asılı olduğuna görə … bu pro­seslər nizamlı xarakterdədir. Yəni, bu hökm … tamamən əsassızdır. Daimi və səbirli təcrübələr bu hökmün cə­fən­giyat olduğunu hər kəsə göstərəcəkdir.»

Və nəhayət, əl-Biruni müşahidə üzərində təkidlə du­ra­raq, coğrafiya haqqında belə yazır:

«Hindistan torpaqlarını öz gözlərinizlə görüb, ma­hiy­yəti barədə uzun-uzadı fikirləşsəniz və dünyanın hər tə­rəfində, nə qədər dərin qazsanız qazın, qarşınıza çıxan yum­ru daşlara; dağların ətəklərində, çayların gur axdığı yataqlardakı nəhəng daşlara; dağlardan çox uzaqlarda, çay­ların sakit axdığı yataqlardakı daha kiçik daşlara; su­ların göllənməyə başladığı deltalarda və dənizə tökülən çay ağzındakı qum dənələri qədər ovxalanmış daşlara diq­qət etsəniz, bütün bunları göz qabağına gətirsəniz, Hin­dis­tanın vaxtilə bir dəniz olduğunu, zaman keçdikcə sula­rın gətirdiyi daş-torpaqla dolmuş olduğunu düşünməyə baş­layarsınız.»

Brifoltun ifadələriylə desək, «yunanlar sistem­ləşdi­rib­lər, araşdırma aparıblar və nəzəriyyələr qurublar, ancaq səbir istəyən ətraflı və uzunmüddətli müşahidə və təcrübi ya­naşma kimi şeylər yunan tərzinə yaddır. «Elm» ad­lan­dır­dığımız hadisə, Avropaya ərəblər tərəfindən gətirilən təc­rübə, müşahidə və ölçmə metodları nəticəsində doğ­muş­dur. (Müasir) elm, İslam mədəniyyətinin dünyaya ən qiymətli hədiyyəsidir…»

Bu düşüncələr böyük elm tarixçisi Corc Sarton tə­rəfindən də təkrarlanır: «Orta əsrlərin əsas, ancaq bir o qə­dər də az bilinən nailiyyəti, təcrübə ruhunu oyandırıl­ması­dır ki, bu da hər şeydən əvvəl XII əsrə qədər müsəl­man­ların sayəsində oldu».

Tarixin tragediyalarından biri də bu müasir ruhun qarşısının alınması olmuşdur. Buna görə də, elm meto­do­lo­giyasında köklü və daimi bir dəyişiklik gətirilməmişdir. Əl-Biruninin və İbn Heysəmin işlərindən yüz il qədər son­ra İslamda elmlərin quruluşu və təşkili bir durğunluq döv­rünə girmişdir. İnsanlıq, təzədən eyni səviyyədəki mü­kəm­məlliyə, müşahidəyə və təcrübəyə verilən üstünlüyə çat­maq üçün təqribən 500 il daha – Tiho Brahe, Qaliley və müasirlərini gözləməli olacaqdır.




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin