Bəs biz? Bəs biz nə etdik? Osmanlı dövründə ziyalıların necə elm və texnologiya terminləri yaratdıqlarından yuxarıda danışmışdıq. Türkçülük cərəyanlarından sonra yaranan Cümhuriyyətdə dildəki artıq ərəb, fars sözləri təmizləndi. Qərbdən yeni gələn məfhumlara lazım olan qarşılığın türk dilində yaradılması təbii idi. Onsuz da, yazının dəyişməsi, ərəb və fars dillərinin tədris olunmaması, İslam dünyasından sıyrılıb Atatürkdən sonra müasirləşmənin avropalıya bənzəmə səyinə çevrilməsi ilə, əski türk dilini (Osmanlıca) bilənlər də çox az qalmışdı. Atatürk elm dilinin və təhsilinin türk dilində olması üçün böyük diqqət ayırmış, o dərəcəyə qədər ki, hətta 1934-cü ildə bir “Geometriya” kitabı yazmışdır. Bu gün istifadə etdiyimiz “üçgen” (üçbucaq) kimi terminləri özü yaratmışdı. Əcnəbi dilli missioner məktəblərinə həvəs yaranmasın deyə, Türk təhsil dərnəyini və onun özəl məktəbi TED Yenişehir Liseyi qurmuşdu. Şəxsən mən bu məktəbdə yetişmişəm. Orada əcnəbi dil dərslərinə önəm verilir, lakin bu, bütün ağıllı ölkələrdə olduğu kimi intensiv əcnəbi dil dərslərində həyata keçirilirdi. Bütün fənlər, o cümlədən, ədəbiyyat, fəlsəfə dərsləri tam türkcə idi. Bax, belə bir məqsədlə qurulmuş belə uğur qazanan bir məktəbə 1953-cü ildə ingilis-amerikan qar-mağı atıldı və dərslər ingilis dilinə çevrildi. Məktəbin adı dəyişdirilərək “Ankara kolleci” edildi. O vaxta qədər ölkədə belə missioner tipli bir türk məktəbi yox idi. “Kollec” missioner məktəbi deməkdir. Açılan bu ingilis dəliyindən sonralar sel axmağa başladı. “Anadolu liseyləri” geniş yayılmağa başladı və bu, əcnəbi dil öyrənməyin yeganə yolu kimi qələmə verildi. Gələcəyimizin təminatı olan Türk dili qalasında bu dəliyi açmağa müvəffəq olan Oxfordlu Mr. Browningiisə 20 il sonra İngiltərə kraliçası medalla təltif etdi. Mərasimdə iştirak edənlər, heç soruşmadılar ki, kiçik bir məktəbdə ingilis dili dərsi deyən sıravi bir müəllimə İngiltərə kraliçası niyə medal verir? Bunun arxasından OTDÜ (Orta doğu teknik universiteti) gəldi... Tamamən Amerikanca. O vaxtlar hələ bəhanə lazım idi. Dedilər ki, buraya Yaxın Şərqdən tələbələr gələcək və biz bir neçə tələbə üçün öz dilimizi qurban verə bilmərik. Halbuki, bütün ölkələrdə əcnəbi tələbələrə təhsilvermə fədakarlığı göstərilirsə, o tələbələrin təhsil aldığı ölkənin dilini öyrənmələri şərt kimi irəli sürülür və ölkənin mədəniyyətini sevən tərəfdarlar yetişdirilir. Şübhəsiz ki, onların irəli sürdükləri bu arqument mərhələli fəth etmədə istifadə olunan müvəqqəti bir bəhanə idi. Belə ki, sonra arxa-arxaya gələn Boğaziçi, Bilkent, sonra da Koç universiteti üçün artıq bəhanəyə ehtiyac hiss edilmir. Bunun sonu, çox yox, bir-iki nəsil sonra türk dili “bye-bye” demək olacaq. Bu, türk dilinə, türk tarixinə, türk hegemoniyasına, türk dünyasına, müsəlman ölkələr öndərliyinə, türkün dünya üzərindəki heysiyyətinə “bye-bye” deməkdir. Bəylər! Havaydan ibrət alaq. Türk dilini, dolayısı ilə türküngələcəyini satanlar nəvələrinin miras sahibi olaraq rifah içində yaşayacaqlarını zənn edib sevinməsinlər. Havay millətini Amerikan missionerlərinə satan yerli əsilzadə, hətta onun prinslərinin nəvələri, bu gün Havayda hamballıq edirlər. Gedin bunları görün!