Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ


-CÜ HİSSƏ HƏZRƏT ƏLİ (əleyhis-salam)-IN ŞƏHADƏTİNDƏN SONRA



Yüklə 2,38 Mb.
səhifə6/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   2   3   4   5   6   7   8   9   ...   47

3-CÜ HİSSƏ

HƏZRƏT ƏLİ (əleyhis-salam)-IN ŞƏHADƏTİNDƏN SONRA


Həzrət Əli (əleyhis-salam) Şama yola düşmək istəyərkən, 40-cı hicri ilin ramazan ayının 19-da zərbətləndi və elə həmin ayın 21-də şəhadətə çatdı. Tarixçilərin yazdıqları kimi, o dövrdə Həzrət böyük bir ordu hazırlamışdı. Kufənin ətrafındakı ordugahda 40 min hərbçi döyüş hazırlığı vəziyyətində gözləyirdilər ki, Həzrət Əli (əleyhis-salam)-la birləşib Müaviyə ilə döyüşə getsinlər. Amma o Həzrətin şəhadəti ilə tarixi hadisələrin inkişaf istiqaməti tam əksinə dəyişdi.

40-cı ilin ramazan ayının 21-i Həzrət Əli (əleyhis-salam)-ın şəhadətinin birinci günüdür. O Həzrətin şəhadətindən sonra, İmam Həsən (əleyhis-salam) məscidə gəldi. Hər yer adamla dolu idi. Hətta məscidin ətrafı da dolmuşdu. Həmin ordu da orada idi.



İMAM HƏSƏN (əleyhis-salam)-IN İLK XÜTBƏSİ

Bu zaman İmam (əleyhis-salam) minbərin üstündə əyləşdi. Sözə başlamaq istəyəndə gözlərindən yaş axmağa başladı, qəhər boğazını tutdu. Bir anlığa dayandı, sonra buyurdu:

Hər hadisə barəsində–istər bizim üçün xoşa gələn, istərsə də ürək ağrıdan olsun–bir olan Allaha həmd olsun. And olsun yeganə olan Allaha və and olsun Öz bəndəsinə Quranı göndərən Xaliqə! Keçən gecə elə bir insan dünyadan getdi ki, ondan qabaqkılar imanında ondan qabağa keçə bilmədi və ondan sonrakılar da onunla ayaqlaşa bilməzlər. O, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in gözləri önündə vuruşur, onun canını qorumağı öz canından üstün tuturdu.

Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onu öz bayraqdarı seçirdi. Cəbrail sağ, Mikail sol tərəfdən onu qoruyurdu. Allah onun köməyi ilə İslam Ordusunu qələbəyə çatdırmayınca, meydandan qayıtmazdı. Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) elə bir gecə dünyadan getdi ki, həmin gecədə Həzrət İsa asimana çəkilmiş, Həzrət Musanın canişini Yuşe ibni Nun dünyadan getmişdi.

Həzrət elə bir halda dünya ilə vidalaşdı ki, özündən sonra 700 yüz dirhəmdən başqa heç bir mal-dövlət qoymamışdır. Bu pulu da öz maaşından saxlamışdı ki, ailəsinə xidmətçi alsın. (Elə bu vaxt qəhər Həzrətin boğazını tutdu və ağlamağa başladı. Sonra özünü təqdim etməyə başlayıb buyurdu:) Mən elə bir ailədənəm ki, Allah hər növ pisliyi, çirkinliyi onlardan uzaqlaşdırmış və onları yaxşı-yaxşı pakizə etmişdir. Mən elə bir ailədənəm ki, Allah onları sevməyi Öz kitabında (müsəlmanlara) vacib buyurmuşdur:

De (ey Peyğəmbər): sizin hidayətiniz üçün çəkdiyim əziyyətlərin qarşısında, mənim yaxın adamlarımı sevməkdən başqa heç bir muzd istəmirəm Hər kəs yaxşı işlər görsə, Biz onların hədiyyələrini (savablarını) artırırıq.9 Bizi sevmək Allahın işarə etdiyi həmin həsənədir.10

Sonra İmam Həsən (əleyhis-salam) minbərdən enib oturdu.



XALQIN İMAM (əleyhis-salam)-A BEYƏTİ

Elə bu vaxt Əbdüllah ibni Abbas o həzərətin qarşısında durub dedi: Ey camaat! Bu Həzrət, sizin Peyğəmbərinizin övladı, imamınızın canişinidir. Ona beyət edin! Bu vaxt Həzrət Əli (əleyhis-salam)-ın vəfalı dostlarından və ordusunun etimadlı sərkərdələrindən olan Qeys ibni Səd ibni Übadə Ənsari Həzrətə beyət edən birinci şəxs oldu. Sair şəxslər də səmimi qəlbdən bunu qəbul edərək dedilər: Biz onu nə qədər sevirik! Onun haqqı bizə vacibdir!

Beləliklə oradakı müsəlmanlar, habelə 40 minlik ordu İmam Həsən (əleyhis-salam)-a beyət etdilər.

Sonra ucsuz-bucaqsız ölkənin başdan-başındaa icra hakimlərinin vasitəsi ilə Həzrət üçün beyət aldılar. Şamda həkəmiyyət dövründən etibarən özünü xəlifə adlandıran Müaviyə İmam Həsən (əleyhis-salam)-a beyət etməkdən imtina etdi. Öz sözlərində və məktublarında inadkarlığını və o həzrəti rəsmi olaraq tanımadığını bəyan edən ciddi müxalifətçilik qərarını elan edirdi.

Əbül Fərəc İsfahani yazır: Beyətdən sonra İmam Həsən (əleyhis-salam) minbərdən enib hökumət işlərini sahmana saldı, yerli icra hakimləri üçün lazımi əmr və göstərişlər verib İslam ölkəsinə nəzarətə başladı. Əbdullah ibni Abbası Bəsrənin valisi təyin etdi, döyüşçülərin maaşını ikiqat artırdı. (Bu üsuldan Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) Cəməl döyüşündə istifadə etmişdi.)

İMAM HƏSƏN (əleyhis-salam) XALQI ÖZ VƏZİFƏLƏRİ İLƏ TANIŞ EDİR


İmam Həsən (əleyhis-salam) beyətdən sonra birinci xütbədə Peyğəmbər sülaləsinin uca məqam və mərtəbəsini, onların sair insanlardan üstünlüyünü aydınlaşdırdı, öz proqramını bəyan etdi və xalqı özlərinin vəzifələri ilə tanış edərək buyurdu: Biz Allahın hizbindən və nicat yolu tapanlardanıq. Biz Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in yaxın adamlarından, itrətindən olub, onun pak-pakizə Əhli-beytiyik. Təthir ayəsi bizim haqqımızda nazil olubdur. Biz səqəleyndən (iki ağır əmanətdən) biriyik ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu öz canişini kimi təqdim etmişdir. Biz Allahın kitabını (lazımınca) tanıyırıq; hər şeyin şərhi onda vardır və batil ona nə arxadan, nə də öndən–heç bir cəhətdən yol tapa bilməz. Biz (Quranın) təvil və təfsirində heç vaxt xəta etmərik və Quranın həqiqətlərinə yəqinimiz vardır. Ey camaat, bizə tabe olun; bizə tabe olmaq sizin üçün vacibi-eynidir–əgər Allahın, Onun Rəsulun və ulul-əmrin itaətində olsanız. Vəliyyi-əmr bizik ki, bizə itaət etmək Allahın və Onun Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) itaəti ilə birgədir. Allah buyurumuşdur ki, əgər hər hansı bir işdə ixtilafınız olsa, Allaha, Onun Rəsuluna və ulul-əmrə müraciət edin; çünki, onların elmlərinin mənbəyi Haqq elmindəndir.11 Sizin ən böyük düşməniniz olan şeytani təlqinlərdən çəkinin. Şeytanın yalanlarına aldanan və peşman olduqları zaman artıq peşmançılıqlarının heç bir faydası olmayan, şeytan isə onları azdırdıqdan sonra uzaqlaşıb və uçurma atdığı kəslərdən olmayın.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin