Qum, seyyid məHƏMMƏDHƏSƏn musəVİ kaşANİ



Yüklə 2,38 Mb.
səhifə8/47
tarix21.10.2017
ölçüsü2,38 Mb.
#8814
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

MÜAVİYƏNİN FƏALİYYƏTİ


Müaviyə Həzrət Əli (əleyhis-salam)-ın şəhadət xəbərini eşidəndən sonda iki əsaslı tədbirə əl atdı:

1-Bütün qüvvələrini səfərbər edib İmam Həsən (əleyhis-salam)-ın hakimiyyətinin əsasları möhkəmlənməzdən öncə onu aradan götürməyə, hakimiyyətinin təməllərini sarsıtmağa çalışırdı;

2-Xaricdən hərbi hücum etməklə yanaşı öz casusluq şəbəkələrini o həzrətin qoşununun daxilində kəskin surətdə çoxaltdı. O, bu iki işi İraq üzərində qələbənin son anlarına kimi davam etdirdi.

Müaviyə İmam Həsən (əleyhis-salam)-ın köməkçiləri arasında Əmr ibni Həris, Əşəs ibni Rəbi və s. kimi ürəklərində Əhli-beyt (əleyhis-salam)-a qarşı kin-küdurət və düşmənçilik bəsləyən, zərbə vurmaq üçün münasib fürsət gözləyən münafiqlərin və xaricilərin yanına casuslar göndərdi. Müaviyə onların hər birinə yazdı ki, əgər Həsəni qətlə yetirsən 200 min dirhəm verəcək, öz qızlarımdan birini sənə ərə verəcək və Şam qoşunlarından birini sənə tabe edəcəyəm.

Onların hamısı məxfi olaraq Müaviyəyə müsbət cavab verib fərmanını icra edəcəklərini əmin etdilər.

MÜAVİYƏNİN ÖZ ƏLALTILARINA ELANLARI

Müaviyə Həzrət Əli (əleyhis-salam)-ın şəhadətindən sonra öz əlaltılarına belə bir xəbər göndərdi:

Şükür olsun ki Allah, Rəsulullahın canişininin qatili və düşmənlərinin məkr və hiylələri qarşısında sizə kömək etdi. Bir olan Allah, Öz mehr-məhəbbəti və yaxşılığı ilə bəndələri içindən Əliyyibni Əbu Talibi qətlə yetirmək üçün bir kişi seçdi. O kişi qarışıqlıq yaradaraq Əlini öldürdü. Nəticədə onun dostları və köməkçiləri pərakəndə vəziyyətə düşüb dağılışdılar. Bu gün onların böyük şəxsiyyətlərinin və rəhbərlərinin məktubları əlimizə çatıbdır ki, özləri və qəbilələri üçün aman istəyirlər. Bu məktublar sizə çatan kimi var-gücünüzlə, bacarığınızla və bütün təchizatınızla hərəkət edin. Şükr olsun Allaha, Osmanın intiqamını alacaq, öz arzunuza çatacaqsınız. Allah zalımları və kin toxumu səpənləri məhv edəcək. Vəssalam.

CASUSLARIN GÖNDƏRİLMƏSİ

Casusların göndərilməsi və iğtişaş yaradılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, Müaviyə məxfi olaraq Himyər qəbiləsindən bir nəfəri Kufəyə, Bəni Qeyn qəbiləsindən bir nəfəri isə Bəsrəyə göndərdi ki, bu şəhərlərin vəziyyəti barədə xəbər versinlər və İmam Həsən (əleyhis-salam)-ın tərəfdarları arasında iğtişaş yaratsınlar. Amma Həzrət bu iki casusun göndərilməsindən xəbər tutdu və əmr etdi ki, qəssabxananın yaxınlığında sakin olan himyərli kişini tutsunlar. Tutulduqdan sonra dərhal hökm verdi ki, boynunu vursunlar. Sonra Bəsrəyə bir məktub yazaraq əmr etdi ki, Müaviyənin casususu tutub dərhal boynunu vursunlar.17



QƏTL HİYLƏSİ

Bundan sonra Müaviyə başqa bir hiyləyə əl atdı: Kufə qüvvələrinin içindən bir neçə nəfər seçdi ki, İmam Həsən (əleyhis-salam)-ı qətlə yetirsinlər. Şeyx Səduq bu barədə yazır:

Müaviyə İmam Həsən (əleyhis-salam)-ı qətlə yetirmək üçün 4 nəfəri: Əmr ibni Həris, Əşəs ibni Qeys, Həccar ibni Əbcər və Şeys ibni Rəbini seçdi. Onların hər birinə nəzarət etmək üçün əlavə bir nəfər casus da təyin etdi ki, həvalə edilən işdən boyun qaçırmasınlar. O, İmam Həsən (əleyhis-salam)-ı qətlə yetirmək üçün 100 min dirhəm pul, Şam qoşunlarından birinin sərkərdəliyi və qızlarından birini mükafat kimi təyin etmişdi. Bu xəbər İmam Həsən (əleyhis-salam)-a çatanda zirehli paltar geyindi. Çox ehtiyatla hərəkət etməyə başladı; əgər zirehli paltar geyinməsəydi, namaza getməzdi.

MÜAVİYƏNİN ORDUSU


Müaviyənin bütün arzusu Osmanın ölümündən sonra xilafətə çatmaq idi. Bu məqama çatmaq yolunda əlindən gələni əsirgəmirdi. Heç vaxt fürsəti əldən vermir, heç bir cinayətdən çəkinmirdi. Həzrət Əli (əleyhis-salam)-ın xilfəti dövründə fitnə salmaq, təxribatçılıq və iğtişaş salmaqdan əl çəkmədi. Müxtəlif hiylələrə əl atdı ki, öz məqsədinə çatsın. Nəhayət Həzrət Əli (əleyhis-salam) şəhadətə çatdı. İmam Həsən (əleyhis-salam)-ın xilafətə seçilməsi xəbəri Müaviyəyə çatdıqda onunla beyət etməkdən imtina edərək onun xilafətini rəsmən qəbul etməmək barəsində son qərarını elan etdi.

Müaviyənin öz məqsədinə çatmaq üçün öz casuslarından bir neçəsini camaatı İmam Həsən (əleyhis-salam)-ın əleyhinə qiyama təhrik etmək üçün İraqa göndərdi. Əlbəttə bu cür casuslar Həzrət Əli (əleyhis-salam)-ın zamanında da Yəmən, Fars və Hicazın bir çox məntəqələrində, hətta İraqın mərkəzi sayılan Kufədə də ümumi halda fəaliyyət göstərirdilər. Lakin İmam Həsən (əleyhis-salam)-ın zamanında bu fəaliyyət şiddətləndi və onun dairəsi fövqəladə surətdə genişləndi.


4-CÜ HİSSƏ

MÜAVİYƏNİN HƏRBİ TƏCAVÜZÜNÜN BAŞLANMASI

Nəhayət Müaviyə müharibə üçün hazırlıq görməyə başlayaraq Şam, İordaniya və Fələstində olan sərkərdələrini onunla birləşməyə çağırdı.



İMAM HƏSƏN (əleyhis-salam)-IN GÖSTƏRİŞİ İLƏ MÜHARİBƏYƏ HAZIRLIQ

Müaviyənin fəaliyyətə başlaması xəbəri İmam Həsən (əleyhis-salam)-a çatanda, Hücr ibni Ədiyə əmr etdi ki, sərkərdələrə və camaata xəbər versin ki, Müaviyə ilə müharibəyə hazırlaşsınlar.

Carçı camaatı namaza çağırdı. Hamı həyəcanlanıb sürətlə məscidə yığıldı. İmam Həsən (əleyhis-salam) göstəriş vermişdi ki, hamı yığılanda mənə xəbər verərsiniz. Az müddətdən sonda Səid ibni Qeys Həmdani Həzrətin hüzuruna gələrək xalqın yığışdığını xəbər verdi və onun məscidə getməsini istədi. Həzrət məscidə gəlib minbərə qalxdı və buyurdu:

Bir olan Allah, Öz bəndələrinə cihadı vacib etmiş, onu (camaat üçün) xoşagəlməz bir şey adlandırmışdır.

Camaat! Əgər xoşagəlməz hadisələr müqabilində səbr etməsəniz, heç vaxt istədiyinizə çata bilməzsiniz. Mənə xəbər çatıb ki, Müaviyə bizim ona qarşı müharibəyə hazırlaşdığımız və Şama tərəf hərəkət etməyimiz barədə xəbər eşidib. Buna görə də öz ordusu ilə Kufəyə tərəf hərəkət edib. İndi onun sizin torpaqlarınıza soxulmasının qabağını almaq üçün Nüxəyləyə18 tərəf hərəkət edin.

İMAM HƏSƏN (əleyhis-salam)-IN TƏRƏFDARLARININ SÜSTLÜYÜ AŞKARA ÇIXIR

Əvvəldə qeyd etdiyimiz kimi, Müaviyənin müxtəsər bir işarəsi ilə döyüşçülər kütləvi şəkildə və qısa müddətdə müharibəyə hazırlaşdılar. Amma İmam Həsən (əleyhis-salam)-a itaət etməyin vacib olmasına, kufəlilərin öz meylləri ilə o Həzrətə beyət etmələrinə baxmayaraq, tarixçilərin yazdıqları kimi, xütbəni qurtarandan sonra orada olanlardan səs çıxmadı. Ölümsaçan sükut məscidin fəzasını bürümüşdü.

Teyy qəbiləsinin rəisi, təcrübəli sərkərdə Ədi ibni Hatəm Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) və Həzrət Əli (əleyhis-salam)-ın dövründə parlaq keçmişə malik olduğundan müsəlmanlar ona böyük şəxsiyyət kimi baxırdılar. O, bu vəziyyəti müşahidə etdikdə qəzəbindən bədəni lərzəyə düşdü. Minbərin aşağısında durub camaata xitabən dedi: Mən Hatəmi Tainin oğlu Ədiyəm. Sübhanəllah! Sizin bu vəziyyətiniz nə qədər pis və rüsvayçıdır! Siz öz rəhbərinizə–Peyğəmbərinizin oğluna cavab vermirsiniz? Şəhərin məşhur natiqləri hara gediblər? Rahatlıq və əmin-amanlıq çağları dilləri iti qılınc kimi idi, indi isə, iş ciddi olanda, tülkü kimi yuvalarına giriblər! (Sonra İmam Həsən (əleyhis-salam)-a xitab edərək dedi:) Ey imam! Allah sənin əlinlə hidayət yollarını açsın, səni pis, xoşagəlməz hadisələrdən amanda saxlasın, yaxşı şeylərə müvəffəq etsin. Biz sənin sözlərini eşidirik, sənin fərmanına vəfalıyıq. Sözlərini canla-başla nuş etdik. Sənin nəzərində olan və əmr etdiyin şeyə itaət edirik. Mən də indi ordugaha tərəf getməyə hazıram. Hər kəs istəsə mənimlə yoldaş ola bilər.

Bu sözlərdən sonrda məsciddən çıxıb Nüxəyləyə tərəf getdi. On min nəfərdən ibarət döyüşçü dostlarına əmr etdi ki, ona qoşulsunlar. Beləliklə İmam Həsən (əleyhis-salam)-ın ordusundan müharibəyə hazır olan ilk şəxs Ədi ibni Hatəm oldu. Ondan sonra Qeys ibni Səd ibni Übadə Ənsari, Məqəl ibni Qeys Riyahi və Ziyad ibni Səsə Təymi növbə ilə ayağa qalxıb camaatı danlayaraq onları cihad meydanına getməyə təşviq etdi. İmamın çağırışına ləbbeyk deməklə Ədi ibni Hatəmin sözlərinə oxşar sözlər danışdılar.

Bu vaxt İmam Həsən (əleyhis-salam) onlara buyurdu: Siz düz deyirsiniz. Mən sizi çoxdandır ki, pak niyyətli, mərd-mərdanə, dəvəti qəbul edən və sədaqətli dost kimi tanıyıram. Allah sizə gözəl mükafat (əcr) versin! Sonra minbərdən endi.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin