وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ
“Sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar yaratdı”2.
Bəzi yazıçılar bu ayələrə əsaslanaraq Quranın Yerin öz oxu ətrafında fırlanmasından xəbər verdiyini qeyd etmişlər. İlk ayə haqqında yazırlar:
“Bildiyimiz kimi mismar bir şeyin hərəkət zamanı dağılmasından, uçmasından ehtiyat edilən zaman vurulur”.
Onlar C. Qamovun “Dağların əsas hissəsi Yer səthinin altındadır” fikrini qeyd edərək yazırlar:
“Maraqlıdır, Quran on dörd əsr öncə bu böyük sirrin üstünü açmışdır. Çünki Allahın dağları Yerin mismarı olaraq yaratmasının səbəbi budur ki, Yer hərəkət zamanı müvazinətini itirməsin, parçalanmasın”.
İkinci ayə haqqında isə yazırlar:
“Ehtimal ki, yuxardakı ayə (Nəhl, 15) Yerin öz oxu ətrafında fırlanması ilə bağlıdır”3.
Şəhristani yazır:
“Quranda dağların Yerin mismarı adlandırılması Yerin sükunətdə olmasına işarə deyil. Keçmiş alimlərin düşündüklərinin əksinə olaraq Yerin hərəkət etdiyini bildirir”1.
YEKUN
Yerin hərəkətlərindən biri materik hərəkəti və ya Yer kürəsinin bərk xarici qatı (Yer qabığı) ilə bağlıdır. Hansı ki, bu hərəkət bəzən zəlzələ və seysmik dalğaların meydana gəlməsi ilə nəticələnir. Məlum ayə Yerin dağların köməyi ilə müvazinətini qorumasına işarədir. Burada Yer qabığının hərəkətinə də işarə ola bilər. Lakin yuxarıdakı ayələr Yerin öz oxu ətrafında və ya orbit boyu hərəkətinə aid ola bilməz. Çünki Qurana görə dağlar özü də hərəkət edir2.
Deməli, alimlərin ayəni Yerin öz oxu ətrafında fırlanması ilə əlaqələndirmələrinin doğru olduğu nəzərə çarpmır.
Dostları ilə paylaş: |