QURAN VƏ İNSANIN PSİXİ SAĞLAMLIĞI
Bir çox Quran ayələrinin ehtiva etdiyi ideoloji, etik göstərişlər insanın psixi təskinliyinə, ruhi tarazlığının qorunmasına müsbət təsir göstərir və nəticədə insanın psixi sağlamlığını təmin edir. Bu mövzuya üç cəhətdən yanaşmaq olar. Birincisi, Quranın özünü “şəfa” adlandırması. Ikincisi, Quranın tarixi baxımdan şəfavericiliyi (tarixi faktlar). Üçüncüsü, tibb elmlərinin bu şəfavericiliyi təsdiq etməsi.
Quranın şəfavericiliyi ilə bağlı ayələr.
Bu məsələ ilə bağlı bir neçə ayəyə istinad edilmişdir.
1. “Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır”1.
2. “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərə bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!”2
3. De: "O, iman gətirənlərə hidayətdir və şəfadır”3.
1. “شفاء” [şifa] sözü xəstəliklərə, eyb və nöqsanlara qarşılıq olaraq işlənir. Deməli, Quran ilk növbədə insanı əxlaqi xəstəliklərdən, qüsurlardan sağaldır. “رحمة” [rəhmət] sözü əxlaqi sərvətlərlə zinətlənməyə, Quranın nəzarəti altında tərbiyə olunmağa işarədir.
2. Bəzi təfsirçilər “Quran necə şəfa verir?” sualına cavab olaraq yazırlar:
“Şübhəsiz, əxlaqi xəstəliklər bir çox cəhətdən fiziki xəstəliklərə bənzəyir. Hər iki xəstəlik dağıdıcıdır, hər ikisinin təbibə, müalicəyə ehtiyacı var, hər ikisi bəzən yolxucudur. Çox maraqlı və mənalı bənzətmədir. Bəli, Quran cəhalətə, qürura, həsədə, nifaqa qarşı mübarizəyə qalxmaq istəyənlər üçün həyatverici nüsxədir. Quran dünyanın dörd bir yanında alovlanan müharibə odunu söndürə biləcək yeganə doktrinadır”.
3. Bir çox hədislərdə Quranın şəfavericiliyi öz əksini tapmışdır.
4. Nə üçün Quran zülümkarlara mənfi təsir göstərir?
Bu suala cavab olaraq bildirmək lazımdır ki, Quran saf, təmiz yağış suyunu xatırladır. Hansı ki, bağda lalə, şoranlıqda tikan bitirir. Quran vitamin dolu qida məhsuluna bənzəyir. Alim daddıqda təlim-tərbiyə üçün güc alır. Zülümkar daddıqda isə daha da həddini aşır”1.
Dostları ilə paylaş: |