Atlılar köy məktəbində 1974-cü ildə yay tətilinə çıxan uşaqların
çəkdirdikləri son şəkil. Bir həftə sonra rumlar onların
hamısını öldürmüşlər.
ayaqsızı yaxınlıqdakı çuxurluqda güllələyib, üstlərini torpaqlayıb, güneyə qaçıblar. Təsadüfən ölmüş zənn edilən bir nəfər özünə gəlib. Yaralı olsa da üstündəki meyitləri və torpAğı kənara edərək sürünə-sürünə özünü xeyli aralıdan keçən magistral yola çatdırıb. Orada BMT-nin adaya göndərdiyi əsgərlərə rast gəlib. Törədilən soyqırımını bildirib. BMT nümayəndələrinə və mətbuata meyitlərin gizlədildiyi alanı göstərib. Onun söylədiklərinin Doğru olub-olmadığını yoxlamaq üçün torpağı təmizləyəndə dəhşətə gəliblər. Həmin şəxs ailə üzvlərinin meyitlərini göstərəndə qəzetçilər onun da şəklini çəkiblər. Yunan və Avropanın bir sıra qəzetçiləri isə bu şəkilləri çap edərək Türklərin rumları qəddarlıqla öldürüb zibilxanaya atdıqlarını yazıblar. Bu da hamımızın ədalətinə üz tutduğumuz Avropa! Yalnız Türkiyə dövləti işə qarışdıqdan, ölənlərin Türk şəxsiyyəti müəyyənləşdirildikdən sonra bu təbliğat kampaniyası dayandırılıb.
1998-ci ilin noyabrında (Ekim) Doğu Ağdəniz Universiteti və Kıbrıs Araşdırmalar Mərkəzinin Gazimağusada keçirilən II Uluslararası Konqresində iştirak edəndə də bizi bu toplu məzarlığı ziyarətə apardılar. Burada Mericlər ailəsinin sağ qalan üzvü Kamil Mericlə görüşdük. Kamil Meric olaylarla bağlı sənədlərə söykənərək yazdığı kitabı bizlərə payladı. Oradan öyrəndim ki, rumların öldürdükləri insanların cəsədləri toplu məzarlıqda dəfn ediləndə 18 aylıq Kağan Kamil Mericin bədənində 40-a yaxın göllənin içini aşkarlayıblar!!!
Atlılar kəndində 1974-cü ildə ibtidai sinif şagirdlərinin çəkdirdikləri bir şəkli göstərdilər. Şəkildə 15 uşaq bəxtəvərcəsinə gülümsəyir. Şəkil çəkiləndən bir həftə sonra rumlar onların hamısını öldürüblər.
O dövrlər Sovet mətbuatı həqiqətlərə göz yumduğu, Azərbaycan mətbuatı isə tamam susdurulduğu halda, dünyanın ünlü informasiya agentlikləri, qəzetləri, radioları rumların törətdikləri vəhşiliklər haqqında geniş məlumatlar verirdilər.
Yuqoslaviya sosialist düşərgəsində olsa da, orada yaşayan və Üsküpdə (Skopye) Türkcə çıxan “Birlik” qəzetinə redaktorluq edən Prof. Dr. Arif Aqo ilk dəfə rumların qəddarlığını, günahsız körpələrin, qocaların, qarıların başına gətirilən faciəni əks etdirən fotoşəkilləri çap etdirmişdi. Üsküplü şair Nusret Dişo Ülkü də Kıbrıs Türklərini müdafiə edən məqalələr və şerlər yazıb. Onun “Koçaklama” adlandırdığı şerdə deyilir:
Ben on kurşunla vuruluyorum
On yara acısı duyuyorum
On kez ölüyorum
Sen bir kurşunla vuruldukça
Bir yara acısı duydukça
Bir kez öldükçe
O hiçbir kurşun yemez iken
Hiçbir yara acısı duymaz iken
Hiçbir ölü vermez iken .
Biz yüz kurşunla vuruluyoruz
Yüz yara acısı duyuyoruz
Yüz kez ölüyoruz
Siz on kurşunla vuruldukça
On yara acısı duydukça
On kez öldükçe
Onlar bir tek kurşun yer iken
Bir tek yara acısı duyar iken
Bir tek ölü verir iken.
Sandallar köyündə 1974-cü il avqustun 14-də 89 nəfər qəddarlıqla öldürülüb. Onların ən kiçiyi 4 aylıq olub. Ən böyüyünün isə yaşı yüzü haqlayıbmış. Adada çoxlu abad şəhər və kəndlər olsa da, sakinləri öldürülmüş və qovulmuş kəndlər bu gön də xarabalıqdır. Kıbrısda soyqırımını təsadüf, coşmuş kütlənin qəzəbi və s. kimi qələmə vermə cəhdi yanlışdır. Hadisələr göstərir ki, bu soyqırımlarının planı öncədən hazırlanıb. Bunu 1974-cü ildə BMT yetkililərinin raporları və xarici ölkə qəzetçilərinin məqalələri də sübut edir.
“Türk memurlar ölüm tehdidi ile görevlerinden uçaklaştırılmışlardır”.
Dostları ilə paylaş: |