Sİyasİ mübarİZənİn başlanması
və Dr. Küçüklə tanışlıq
1942-ci ildən Rauf bəy okulu bitirib əmək fəaliyyətinə başlayır. Bir müddət tərcüməçilik, öğrətmənlik edir. Onun tərcüməçiliyi macərasız keçmir. Mağusada ingilis əsgəri birliklərində tərcüməçilik edərkən bir gün oturduğu otağın pəncərəsindən baxarkən qonşu otaqda iki ingilisin döyə-döyə bir rumlu əsgərdən ifadə aldıqlarını görür. Aradan bir neçə gün keçəndən sonra tərcüməçi gəlmədiyindən R.Denktaş məhkəmədə rumlu əsgərə tərcüməçilik edir. Məhkəmənin gedişində tərcüməçi şahidə çevrilir. Rum əsgərini ingilislərin döyə-döyə ifadə aldıqlarını deyir. Məhkəmə rumlu əsgərə bəraət verir. Gənc Rauf isə çətinliklə tapdığı işi itirməli olur. Rauf atasının vəsiyyətlərini heç vaxt unutmur. Nəhayət, çoxdankı diləyinə çatır. Londonda hüquq təhsili almağa imkan tapır. Üçillik təhsili iki il yarımda başa vurub vətənə dönür.
İşə yeni başlayan gənclərin əksəriyyəti kimi, Rauf bəy də çətinliklərlə üzləşir. Atasının hörmət etdiyi, qayğı göstərdiyi, dost saydığı adamlar ona yer vermirlər. Çətinliklə də olsa, faizlə 500 lirə borc alıb özünə iş yeri kirayələyir.
1947-ci ilin bələdiyyə seçimlərində Dr.Fazıl Küçük onu öz partiyasından seçimə qatmaq istəyir. Rauf bəyin Dr.Fazıl Küçüklə tanışlığı 1942-ci ilə təsadüf edirdi. Doktor F.Küçüğün Girnede çap etdirdiyi “Halkın Sesi” qəzeti diqqətini özünə cəlb edir. Oraya məqalə göndərir. Məqaləsi redaktorun xoşuna gəlir. Həmin günləri xatırlayanda R.Denktaş deyir: “...Dr. Küçük bana “gel görüşelim” diye haber salladı.. Ve çıktım Lefkoşa’ya geldim. Doktorla oturub konuştuk... Zannedersem ben Doktorun babacanlığını sevdim, o da benim duyduğum gençlik ve heyecanımı takdir etti.
Babamı tanıyordu ve babamın mücadelesinin ne olduğunu biliyordu. İlk görüşdüyümüz gün babamdan bahsettik. Onun mücadelesinden konuştuk ve böylelikle Doktorla çok uzun yıllar sürecek bir işbirliği ve mücadele arkadaşlığımız başlamış oldu”.
Dr. Küçüğün onu seçimə qatma istəyi ilə Rauf bəy razılaşmadı. Çünki adadakı Türklər arasında siyasi baxışlara görə ayrılıq çox idi. Onları birləşdirmək üçün heç bir partiyaya qatılmaq istəmirdi. 1939-cu ildə Başsavcılıqda bir ştat boşalır. Buraya ingilis dilini bilən gənc Türk hüquqşünası alınmalı idi. Dr. Küçüğün və Zeka bəyin israrı ilə sənədlərini təqdim edir. Onu işə alırlar.
Dostları ilə paylaş: |