R. R. Denktaşa bağışlayıram


Antik Salamis şəhərinin xarabalıqları



Yüklə 6,07 Mb.
səhifə5/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   2   3   4   5   6   7   8   9   ...   92
Antik Salamis şəhərinin xarabalıqları.
Tarixçilər adaya hakim olmuş dövlətlərdən geniş bəhs etsələr də, əhalinin etnik tərkibindən ətraflı söhbət açmırlar. Səyahət­namələrdə isə, Osmanlılar adanı fəth etməzdən öncə orada məs­cidlərin olduğu qeyd edilir. Dəniz sahillə­rin­də möhtə­şəm qala-şə­hər­lər salınma­sına baxma­yaraq, Osmanlı do­nanması 1571-ci ildə on­la­rı yenərək adaya yiyələnir.

Hər yüksəlişin bir enişi də olur. Osmanlı hökuməti 1878-ci ildə adanı Böyük Bri­taniyaya icarəyə vermək məcburiyyətində qalır. Bi­rin­ci Dünya Savaşında Os­man­lılar məğlub olduğundan, 1923-cü il Lozanı barış anlaşmasına (Lozanına sülhü) görə, ingilislərin ada­da nəzarəti güclənir. Ancaq bu, Türkiyənin ondan əlini tam çəkməsi demək deyil­di. Bunu sonrakı anlaşma­lar­dan da aydın görmək olar. İngilislər icra müddəti başa çatandan sonra adanı Türkiyəyə qaytarmadılar. 1959-cu ildə London və Surix(Zurix) anlaşmalarına görə B.Britaniya, Türkiyə və Yunanıstan Kıbrısın müstəqilliyinin qarantı elan edildilər. 1960-cı ilin avqustunda isə adada müstəqil dövlət – Kıbrıs Respublikası yaradıldı. Qəbul edilmiş Anayasaya görə, dövlət və hökumət başçısı Prezident idi. Prezidenti 5 il müddətinə yunan icması, yardımçısını isə həmin müddətə Türk icması seçə bilərdi. Qanunverici hakimiyyət birpalatalı parla­mentdən ibarət idi. Millət vəkillərinin 35-i rum, 15-i Türk idi. İcra orqanları 7-nin 3-ə nisbətindəydi. Yəni, yeddi bakandan üçü mütləq Türk olmalıydı. Dış işləri, savunma və maliyyə bakanlarından birinin Türk olması da ayrıca qeyd edilmişdi.

Anayasaya görə, adanın bütövlükdə və ya bir hissəsinin başqa bir ölkə ilə birləşdirilməsi, eləcə də Kıbrıs Respublikasının Türkiyə və Yunanıstanın birlikdə üzv olmadıqları uluslararası birliyə daxil olması yasaq idi. Anlaşma şərtləri pozulduğu halda qarantor ölkələrin birlikdə və ya ayrı-ayrılıqda adaya ordu və polis gücləri göndərmək hüququ vardı.

Bu müqaviləni Kıbrıs Türk xalqı tərəfindən Dr. Fazıl Küçük, Kıbrıs Rum xalqı tərəfindən Baş piskopos (baş yepiskop) III Makarios imzalamışdı. Elə ilk seçimdə də III Makarios Prezident, Dr. Fazıl Küçük vitse-Prezident seçilmişdi.

Lakin III Makarios vədini pozdu. Təyin etdiyi ilk dörd bakan EOKA-çı (Ethniki Organosis Kyprion Agoniston — Kıbrıslı Savaşçıların Ulusal Birliyi) oldu. EOKA bölgə öndəri Yorgacis İç işlər Bakanı təyin edilmişdi. Ona “AKRİTAS” şərti adı altında rumlardan ibarət silahlı dəstələr yaratmaq və Yunanıstanla sıx əlaqə quraraq, bu dəstələri təlimləndirmək tapşırığı verilmişdi. Yaxşı təlim görmüş və silahlandırılmış bu dəstələrin qarşısına bir vəzifə qoyulmuşdu: Türkləri zor gücünə adadan qovmaq və ya məhv etmək!

Makarios Kıbrıs Respublikasının Prezidenti olsa da, adanı Yunanıstana birləşdirmək istəyini gizlətmirdi. Qəzetlərə verdiyi müsahibələrdə bunu açıq bəyan edirdi. Məs.: 1963-cü ilin 28 martında “Cyprus Mail” və həmin ilin 9 aprelində “The London Times” qəzetlərinə verdiyi müsahibələrdə deyirdi:

Beni tanıyan hiçbir Rum, benim milli bir Kıbrıs kimliyinin yaratılması için çaba harcayacağıma asla inanmaz. Antlaşmalar bir Millet deyil, bir Devlet yaratmıştır”


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin