R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə64/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   60   61   62   63   64   65   66   67   ...   92
Türklər Koreya savaşında
Taşucuna şər qarışanda çatdım. Ankaraya avtobuslar bir də saat 22.00-dən sonra yola düşəcəkdi. Tələsən gərək 80-90 kilometr aralıdakı Mersin şəhərinə gedib oradan keçən avtobuslarla Ankaraya yollanaydı. Düşündüm ki, bir də bu yerlərə yolum düşə-düşməyə. 3-4 saat bu kiçik liman şəhərində keçirim, buranı gəzim, tanıyım. Amma yağış buna imkan vermədi. Məcbur qaldım balaca avtobus dayanacağında vaxtın ötməsini gözləyim.

Bəxtimdən Quzey Kıbrısa nəvələrini görməyə gedən Selahattin Sundur və xanımı gəminin hərəkətetmə vaxtını gözləyirdilər. İstanbuldan gəlmiş bu insanların xoş ünsiyyəti və söhbətlərinin mövzusu məni özünə çəkdi. Uzun illər hərbi həkim işləmiş, Koreya savaşının iştirakçısı olmuş Selahattin Sundurun söhbətlərinin gənclərimiz üçün maraqlı ola biləcəyini düşünüb burada verməyi məqsədəuyğun sandım.

İkinci Dünya savaşının sonunda Koreya 38-ci paraleldən iki yerə bölündü. SSRİ, ABŞ və B.Britaniya dövlətləri xarici işlər nazirliyinin Moskva Müşavirəsinin (1945, dekabr) qərarına əsasən, 38-ci paraleldən ikiyə bölünən Koreyanın Quzeyi Sovetlər Birliyinin, güneyi ABŞ-ın işğal zonasına daxil oldu. SSRİ bu bölgü ilə razılaşmaq istəmir, özü də açıq müdaxiləyə girişmirdi. 1948-ci ilsentyabrın 9-da Sovet işğal zonasında Koreya Xalq Demokratik Respublikası yaradıldığı elan edildi. Sonra da SSRİ ilə iqtisadi, mədəni, hərbi əməkdaşlıq haqqında anlaşma imzalandı. SSRİ KXDR-i silahlandırıb, ordu hissələrinə təlim keçirib döyöşə hazır vəziyyətə gətirəndən sonra, 1950-ci il iyunun 25-də süni qarşıdurma yaratdı və bunu müharibəyə çevirdi. Sonra öz işğalı altında olan sosialist ölkələrini KXDR-ə köməklik göstərməyə məcbur etdi.

ABŞ işğalı altında olan Cənubi Koreya Respublikasına isə BMT qoşunları çıxarıldı. Savaş 3 ilə qədər davam etsə də, sərhədlər dəyişməz qaldı. Həmin savaşda BMT qoşunları sırasında döyüşən orduda Türkiyədən göndərilmiş əsgəri bölüklər də vardı. Mənim tanış olduğum Selahattin Sundur da 1950-ci ildə Koreyada döyüşən ilk Türk alayının hərbi həkimi olub. Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusunun geri çəkildiyindən, torpaqlarımızın yüzdə 20-nin işğal altında qaldığından üzüldüyünü söyləyən Selahattin bəy 1950-ci ildə Koreyada şahidi olduğu bir olayı belə danışdı:



- İstanbulun Bakırköy səmtində iqamət ediyordum. Gəncliyimdə 1950 sənədə Koreyə (Koreyaya - Ə.Ş.) gedən ilk qafilədə mən də vardım. 600 kişilik bu askeri qafilənin komutanı Türk general Tahsin Yazıcı və albay Celal Doraydı. Cəbhədəki ilk savaşımızda ingilislər cinahdan xəbərsiz çəkildiyinə görə, Kore tərəfində savaşan Çinlilər bizi çəmbərə aldılar. Türk tuqayı çəmbəri yarıb çıxdı. Bu savaşda 485 əsgər itirdik. Tahsin Yazıcı yaralandı. 115 kişi ilə qarnizona döndük. İngilislərin hamısı burada idi. Əsgərləri bira, cəbhə komutanı isə viski içirdi. Türk tuqayının albayı Celal Dora ingilis cəbhə komutanı olan generala yaxınlaşıb sordu:


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin