Рамазан көЛҜӘсиндә



Yüklə 1,14 Mb.
səhifə9/24
tarix21.10.2017
ölçüsü1,14 Mb.
#8742
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

ÖZÜNÜTƏRBİYƏ FÜRSƏTİ

Ramazan ayı özünütərbiyə üçün, özünü nəfslərdən qorumaq üçün, onları nura doğru çəkmək üçün maraqlı və qənimət sayılası fürsətdir. Ramazan ayında öncə özümüzü xilas edək. Özümüzlə bir az çəkişək, özümüzə bir az nəsihət verək. Özümüzü ilahi meyarlara uyğun, insanın ilahi razılığa doğru, nəticədə ilahi liqaya doğru gedişinə uyğun tərbiyə edək. Sonra da öz dinləyicilərimizi nəzərə alaq.

Ramazan ayı ətirli aydır, mübarək aydır, əziz aydır, Allah ayıdır. Allaha şükürlər olsun ki, gözəl ənənələrlə – ramazan ayından öncə (ramazan ayı üçün hazırlıq adı altında) məscidlərdə oyanış yaratmaqla, ətirləməklə, təmizləməklə bu ayın gəlişi hiss olunur. Nə qədər bacarırsınızsa, – xüsusilə siz gənclər – bu gəlişi öncə pak və nurlu könüllərinizdə gücləndirin.1

Ramazan ayının ən böyük dərsi özünütərbiyədir, özünü islah etməkdir. Özünütərbiyənin ilk və mühüm addımı öz davranışına, əxlaqına tənqidi yanaşmaqdır. (Eyblərimizi diqqətlə və aydın şəkildə görmək, onları aradan qaldırmağa çalışmaqdır). Bu bizim öz öhdəmizə düşür. Bu məsuliyyət bizim öz üzərimizə düşür2.



RAMAZAN AYI – MƏŞQ SƏHNƏSİ

Mənim və sizin həyata keçirmədiyimiz əmr olunan ibadətlər, vəzifələr əslində nəfsi saflaşdırmaq və ya özünütərbiyə vasitələridir. Bizim kamilliyimiz üçün bir vasitədir. Əgər idman etməsəniz, bədəniniz gücsüz, travmalara qarşı zəif olacaq. Əgər cisminizi gözəlləşdirmək, gücləndirmək, müxtəlif bacarığınızı, istedadlarınızı üzə çıxarmaq istəyirsinizsə, idman etməlisiniz. Namaz idmandır. Oruc idmandır. Yoxsullara əl tutmaq idmandır. Yalan danışmamaq idmandır. Xeyirxahlıq idmandır. Bu idmanlarla ruh gözəl, güclü və kamil olur. Əgər bu idmanlar olmasa, zahirdə çox gözəgəlimli, yaraşıqlı görünə bilərik. Lakin batinimiz çox qüsurlu, yarımçıq, cansız, yoxsul və zədələrə qarşı zəif olacaq. Oruc bu idmanlardan biridir.

Oruc insanın yalnız yemək-içməkdən imtinası deyil. Bu yeməmək, içməmək məqsədli şəkildə olmalıdır. Əks-təqdirdə siz, bir gün problemlərin və ya işin çoxluğundan on iki saat, on beş saat bir şey yeməyə vaxt tapmasanız, sizə heç bir savab verilməyəcək. Amma həmin imsakı niyyətlə etdikdə – "Niyyət edib, ardınca əməl etsə"1 – bu, sizə dəyər verən, ruhunuzu qiymətli edən parlaq bir gövhər olacaqdır.

Orucun şərti niyyətdir. Niyyət nə deməkdir? Yəni bu əməli, bu hərəkəti, imsak və məşqi Allaha doğru yönəlmək üçün, Allah üçün, ilahi göstərişləri həyata keçirmək üçün edirəm. Hər bir işə dəyər verən budur. Buna görə də mübarək ramazan ayının duasında oxuyuruq: "Allahım, bizi niyyət edib, sonra əməl edənlərdən et. Bədbəxt olub halsızlıq edənlərdən etmə". Halsızlıq, işə meylsiz yanaşma, gümrah olmamaq – istər mənəvi iş olsun, istərsə də maddi iş – bədbəxtlikdir.

Oruc, ən yaxşı işlərdən biridir. Zahirdə bir iş görməmək, əməl etməmək olsa da batində əməldir, müsbətdir. Siz bu işi niyyət etdiyiniz üçün oruc saatına daxil olduğunuz vaxtdan – yəni, dan yeri söküldükdən – günün sonunadək daim sözügedən niyyətinizə görə ibadət halındasınız. Əgər yatsanız da ibadət halındasınız. Yol getsəniz də ibadət etmiş olursunuz.

Peyğəmbərin belə buyurduğu nəql olunmuşdur: "O ayda nəfəsləriniz təsbih, yuxunuz ibadətdir".2 Sizin nəfəs almağınız, yatmağınız ibadətdir.

Yuxu necə ibadət ola bilər? Nəfəs almaq necə "sübhanəllah" demək ola bilər? Bu, ona görədir ki, siz bekar da olsanız, heç bir iş görməsəniz belə bu vadiyə niyyətlə daxil olduğunuz üçün birbaşa ibadət halındasınız.

Digər bir rəvayətdə oxuyuruq: "Oruc tutanın yuxusu ibadət, sükutu təsbihdir".3 Sükut etdiyiniz, danışmadığınız zaman belə sanki "sübhənallah" deyirsiniz. "Əməli qəbul, duası müstəcabdır".1 Sizin bu ayda əməliniz qəbuldur. Dualarınıza cavab veriləcək. Sakitliyiniz ibadətdir, nəfəs almağınız ibadətdir. Yatmağınız ibadətdir. Nə üçün? Çünki siz bu imsakı, bir çox cismani ləzzətlərdən əl çəkməyi otuz gün müddətində Allah üçün təcrübə edirsiniz. Bütün bu ibadətlər, eləcə də digər ibadətlər bu mehvər ətrafında fırlanır ki, insan nəfsani ehtirasları, insanı səviyyəsizliyə sürükləyən, kölə edən həzzlərlə mübarizə etsin. İnsan nəfsinin cilovunu açıb buraxmaq hünər deyil. Bacardığı qədər həzz almaq kamillik deyil. Bu, heyvanlıqla bağlı məsələlərdir. İnsanın da heyvani bir tərəfi var. Bu heyvani tərəfini gücləndirməkdir. Əlbəttə, heyvani yön də bizim bir hissəmizdir. Bizim ona malik olmamamızı istəməmişlər. Yemək, içmək, istirahət etmək, mübah həzz almaq bizim vücudumuzun tərkib hissəsidir. Bunun bir eybi də yoxdur. Kimsə onları qadağan etməmişdir. Qadağan olan insanın bu yöndə qərq olmasıdır. Maddiyyata qərq olmaq insanı bu yöndə qərq olmağa çəkir. Dinlər, rasional əsaslar – rasional əsaslara söykənən ilahi metod – insanın qarşısını alır ki, bu həyat ehtiraslarından, ləzzətlərindən həzz almaq enişində ixtiyarını əldən verib sürüşməsin. İnsanı ləzzətlərdə cilovsuzluğa dəvət edən istənilən çağırış alova dəvətdir, bədbəxtliyə, həlak olmağa çağırışdır. Ümumilikdə peyğəmbərlərin (ə) dəvəti, hikmət sahiblərinin harayı, ilahi çağırışlar bu ləzzətlərə göz yummaq istiqamətindədir. Oruc da bu qəbildəndir. Buna görə də ramazan ayı insanın məşq etməsi, kompleks günahları tərk etməsi üçün uyğun bir şərait hesab olunmuşdur.2



İLAHİ RƏHMƏT BAHARINDAN İSTİFADƏ ETMƏK

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Məhəmməd ibn Müslimə müraciətlə deyilir: "Ey Məhəmməd! Oruc tutduqda qulağın, gözün, dilin, ətin, nəfəsin, dərin, tükün, bədənin də oruc olsun".1 İmam Sadiq (ə) öz yaxın səhabəsinə, şagirdinə buyurur ki, oruc tutduqda sənin eşitmə hissin də oruc olmalıdır. Görmə hissin də oruc olmalıdır. Dilin də oruc olmalıdır. Ətin, dərin, qanın, tükün də oruc olmalıdır. Yalan danışmamalı, mömin insanları bəlaya salmamalısan. Sadə könülləri aldatmamalı, müsəlman qardaşların üçün, İslam cəmiyyəti üçün fitnə hazırlamamalısan. Bədxahlıq etməməli, ittiham etməməli, çəkidə aldatmamalı, əmanətdarlıq etməlisən. Ramazan ayında öz nəfsini yeməkdən, içməkdən, nəfsani istəklərdən, ehtiraslardan, intim duyğulardan qorumaqla oruc tutan insan öz dilini, öz qulağını, bütün bədən üzvlərini oruc hesab etməlidir. Özünü Allaha həsr etməli, günahlardan uzaq olmalıdır. Hədisin ardında deyilir: "Oruc olduğun gün oruc olmadığın gün kimi olmasın".2 Oruc tutduğun gün adi günlər kimi olmasın. Ramazan ayında digər adi günlərdə olduğu kimi davranmamalısan. Nəfsinin tərbiyəsinə diqqət etməli, bu fürsəti qənimət sanmalısan.

Digər bir rəvayətdə deyilir: "Nəfsin orucu beş hiss üzvünü digər günahlardan qorumaqdır. Əmir əl-Möminindən (ə) nəql olunmuşdur ki, nəfsin orucu cismin, qarının orucundan fərqlidir. İnsanın nəfsinin orucu odur ki, beş hiss üzvü hamısı günahlardan çəkinsin. "Və qəlbin bütün şər səbəblərindən boşalmasıdır".1 Ürək də bütün şər, fəsad amillərindən boşaldılmalıdır. Allaha, bəndələrinə qarşı könlümüzü saf edək. Bu haqda çoxlu sayda rəvayətlər nəql olunmuşdur.

Bu fürsətdən istifadə edək. Ramazan ayını böyük qənimət, fürsət sayaq. Özümüzü bu ayda Allaha yaxın edək, kamilliyə yaxın edək, günahlardan uzaq edək, aludəliklərdən pak qalaq. Bu ayda dualar, müstəhəb istiğfar (əfv diləmək) hamısı fürsətdir. Məbada bu fürsətləri əldən verək. Bu ramazan ayı tezliklə sona yetəcək. Əgər növbəti ramazan ayınadək sağ qalsaz, o da ildırım sürəti ilə keçəcək. Bu dəyərli fürsətlər əldən çıxacaq. Tövsiyə edirəm ki, ilahi rəhmətin bu baharından faydalanın. Əfv diləyin. (İstiğfar edin), Allahın qapısına gedin. Bədən günahlarından, ruh günahlarından, fikir və qəlb günahlarından istiğfar edin. Bu şəkildə ilahi əfvə, tövbəyə doğru gedən cəmiyyət, nurlu cəmiyyət olacaq. O nurluluğun bərəkətindən Allah xeyiri, bərəkəti, cəmiyyətə nazil edəcək.2




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin