Рамазан көЛҜӘсиндә


İKİNCİ HİSSƏ RAMAZAN AYININ FƏZİLƏTLƏRİ



Yüklə 1,14 Mb.
səhifə5/24
tarix21.10.2017
ölçüsü1,14 Mb.
#8742
1   2   3   4   5   6   7   8   9   ...   24

İKİNCİ HİSSƏ




RAMAZAN AYININ FƏZİLƏTLƏRİ




GÜNAHDAN UZAQ GƏZƏK

Öz təcrübi həyatımızla bağlı bir məsələni deyirəm ki, inşaallah daha çox canlanma, daha yaxşı irəliləmə olsun. O məsələ budur ki, Allaha yaxınlaşmaq üçün əsas məsələ günahları tərk etməkdir. Müstəhəblər, nafilələr, təvəssüllər, dualar və digər məsələlər ikinci dərəcəlidir. Əsas məsələ budur ki, insan özünün günah və yanlış əməllərinə mane olsun. Bu, təqva tələb edir. Təqva və pəhrizkarlıq insanın qazanmalı olduğu ən mühüm, ən birinci şeydir. Günaha mane olan da odur.1



DUA VƏ DİQQƏTİN MANEƏLƏRİ

Günah icazə vermir ki, insan özünü, hətta ilahi məğfirətin sahilinə çatdırsın, ondan istifadə etsin. Günah qoymur ki, biz dua və diqqət əhval-ruhiyyəsi tapaq. Günah qoymur ki, biz özümüzə yenidən baxış keçirmək, özümüzü yenidən tərbiyə etmək fikrinə düşək. Çalışaq günahdan uzaq olaq. Bu, məsələnin birinci şərtidir.

Əlbəttə, günahlar müxtəlifdir. Müxtəlif fərdi və ictimai günahlar var. Əl, göz, dil və digər vasitələrlə meydana gələn günahlar. Ola bilər ki, müsəlman fərdlər üçün günah gizli qalmasın. Nəyin günah olduğunu bilirlər. Dua oxuyan, müstəhəb əməllər həyata keçirən, şəri vəzifəsini icra edən, amma bunlarla yanaşı günahdan çəkinməyən şəxs sanki soyuqladığı halda qızdırmalı vəziyyətdə həm soyuqdəymə dərmanı qəbul edir, həm də soyuqdəymə üçün ziyanlı yeməklər yeyir. Bu halda təbii ki, o dərmanların xeyri olmayacaq. Əgər xəstə adam ona ziyan olan yeməyi yesə, ona ziyan olan əməli etsə, qəbul etdiyi pereparatlar təsirsiz olacaq1.

RƏHMƏT VƏ MƏĞFİRƏTDƏN İSTİFADƏ ZƏMİNİ

Rəhmət, məğfirət və ilahi mənəvi feyzdən istifadə üçün zəmin yaratmaq lazımdır və bu, günahı tərk etməklə mümkündür. Ona görə də siz Kümeyl duasında görürsünüz ki, Əmir əl-Möminin (ə) deyir: "İlahi, dualarımın qarşısını alan günahlarımı bağışla!"2 Günahlar duanın qəbul olunmasına mane olur. Əbu Həmzə duasında oxuyursunuz: "İlahi! Mənimlə günahlarım arasında fasilə yarat".3 Vəzifələrimi həyata keçirməyimə mane olan, özümü sənə yaxınlaşdıra bilməyimə səbəb olan günahlarımı bağışla. Əsas məsələ günahı tərk etməkdir.4



İSLAM SİSTEMİNDƏ MÜHİT GÜNAHA BULAŞMIŞ DEYİL

Bir İslam hakimiyyətinin, sistemin ən mühüm müsbət tərəfi odur ki, orada mühit günaha aludə deyil. Tağut, dinsiz rejimlərdə mühit günaha aludədir. Əgər insan günah etməmək istəsə belə mümkün olmur. Hər şey insanı günaha doğru sövq edir. İslam sistemində isə belə deyil. Günahkar var. Müxtəlif səviyyələrdə, müxtəlif peşələrdə, müxtəlif ağırlıqda günahlar var, nəinki yoxdur. Amma günahın yalnız şəxsi cazibəsi var. Yəni insanın nəfs istəkləri onu günaha sürükləyir. Bu sistem tağut və şeytani rejimdən fərqlidir. Orada günah həm də cəmiyyətin inkişaf meyarıdır. İslam sistemində günah inkişaf meyarı deyil. Əksinə, inkişafa ziddir, anti-dəyərdir.



GÜNAH GÜNAHDIR


Günahı kim edir etsin günahdır. Demək olmaz ki, bu şəxs həmin işi görür deyə eybi yoxdur. Yaxud yəqin eybi yoxdur. Xeyir! Günahı tanımaq, günahkarı da günah vasitəsilə tanımaq lazımdır. Kim günah iş gördüsə günahkardır. Filan şəxs bu işi görürsə, demək eybi yoxdur ki, görür, eybi olsaydı görməzdi təsəvvürü yanlış təsəvvürdür. Əlbəttə, doğruya yozmağın eybi yoxdur. Əksinə, bu çox yaxşıdır. Bütün möminlərin işlərini insan yaxşıya yozmalıdır. Nə qədər ki, mümkündür fəsada, günaha yozmaq olmaz. Amma kimsə bir aydın, aşkar günah iş görürsə onun kim olmasının fərqi yoxdur. Əksinə, fərqli insanlar günah edirlərsə, günahlarının cəzası, pisliyi daha da çox olacaqdır.1



MƏLƏKUT ALƏMİNƏ PƏRVAZ VASİTƏSİ

Buna görə də əsas məsələ günahdan çəkinməkdir. Çalışaq bu ramazan ayında inşaallah nəfsimizi öyrəşdirməklə özümüzü günahdan uzaq tutaq. O zaman mələkut aləminə yüksəliş müyəssər olacaq və insan üçün müəyyən olunmuş mənəvi seyrə çıxa biləcək. Amma günah yükünün ağırlığı ilə belə bir şey mümkün deyil. Bu ramazan ayı günahdan uzaq olmaq üçün çox yaxşı fürsətdir.1



BAŞLICA TƏKAMÜL ŞƏRTİ

Məsələnin sirri bundadır ki, insan özünü ilahi übudiyyətlə vəsfləndirə bilsin. Bəndə, Allahın hökmünə, iradəsinə, ilahi şəriətə təslim olmaq deməkdir. Bütün ilahi göstərişlərin, hökmlərin, peyğəmbərlərin şəriətlərinin xülasəsi bu bir kəlmədir. Bəlkə də Allahın peyğəmbərləri (ə) peyğəmbərlik məqamına seçilmək iftixarına nail olmazdan öncə bəndəlik iftixarına nail olmuşlar. Şübhəsiz, bu, belədir. Bir rəvayətdə deyilir: "Allah Məhəmmədi (s) peyğəmbərlik məqamına seçməzdən öncə, onu bəndəlik məqamına yüksəltdi".2 Sanki bu, hər bir yüksəliş üçün müqəddimə, əsas və zəruri şərtdir. Hər bir təkamül səviyyəsində bəndəlik əsas şərtdir. Əlbəttə, bəndəliyin də mərhələləri var. Bizim kimilərin dada biləcəyi isə bəndəliyin ən aşağı səviyyəsidir.

Özümüzü itaətə hazırlıqlı vəziyyətə gətirib çıxaraq. Hər şeyin Allahdan olduğunu bilək. İlahi nemətləri həqiqətən ilahi nemətlər, ilahi bəxşişlər hesab edək. Onları öz gücümüzün, biliyimizin, bacarığımızın məhsulu hesab etməyək. Bilək ki, biz də vasitəyik. Bizim zehnimiz, əməlimiz, səyimiz Allahın iradəsinin gerçəkləşməsi üçün bir vasitədir. Həqiqətən, Allahın ləyaqətli bəndələri, – bizim dahi İmamımız kimi – ramazan ayının, bu günlərin, saatların qədrini bilirlər. Ondan tam faydalana bilirlər. Biz məsum imamları (ə) görməmişik. Amma həmin ibadətlərin, diqqətlərin bir hissəsini İmam Xomeyninin (r) müqəddəs vücudunda müşahidə etmək olurdu.1

İBADƏTİN FƏLSƏFƏSİ

İnsanın cismi idmansız zəif, arıq və gücsüz olur. Kim olursunuz olun, nə qədər güclü, möhkəm olsanız da əgər idman etməsəniz, yeyib-içib yatsanız bədəniniz zəif olacaq. Buna şübhə yoxdur. Nə qədər ki, idman etmirsiniz, bədəniniz lazımi qədər inkişaf edə bilməyəcək. Onun bir sıra gözəllikləri də var ki, idman onları aşkara çıxaracaq. İdmansız olmaz. Sizin ruhunuz da eynilə bu cürdür. İdmansız, məşqsiz, riyazətsiz güclü olması mümkün deyil. Çox insanlar var ki, gözəl və güclü bədənləri var, amma ruhları arıq, çirkin və gücsüzdür. Bu, işə yaramır. Bütün ibadət buna görədir ki, biz idman edək, tərbiyə olunaq və irəliləyək. Əlbəttə, ibadətləri də tanımaq lazımdır. İbadətlərin yalnız cismi lazım deyil. İbadətin də cismi və ruhu var. Yalnız ibadətin cismi kifayət deyil. İnsan namaz qılsa, lakin namaz halında öz zikrinə diqqət etməsə, nə dediyini bilməsə, kiminlə danışdığını bilməsə, namazın sözlərini ümumilikdə qafilcəsinə desə bu namaz faydasızdır.

Əlbəttə, ərəb dilini bilməyən, bu cümlələrin mənasını başa düşməyən insanlar Allahla danışdıqlarını, onun qarşısında durduqlarını bilsələr kifayətdir. Bu da bir səmərədir. Amma çalışın namazın mənasını öyrənin. Namazın mənasını öyrənmək çox asan işdir. Bu, bir neçə cümlənin mənasını (tərcüməsini) çox tez öyrənə bilərsiniz. (Çalışın) Namazı mənasına diqqət yetirərək qılın. Yalnız bu namaz hər bir təqvalı insanı Allaha yaxınlaşdıran namaz ola bilər.1 Namaz insanı Allaha yaxınlaşdırandır. Amma təqvalı insanları yaxınlaşdırır2.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin