Sələfin camaat namazına münasibəti
Abdullah ibn Məsud (r.a) buyurmuşdur: “Kim sabah Allahla müsəlman kimi qarşılaşmaq istəyirsə namaz üçün azan verildikdə ona cavab versin. Çünki bu, hidayət yoludur. Namazları müxaliflər kimi evinizdə qılsanız Peyğəmbərinizin yolunu tərk etmiş olarsınız. Peyğəmbərinizin yolunu tərk etdikdə zəlalətə düşərsiniz. Kim gözəl şəkildə dəstəmaz alıb məscidlərdən birinə gedərsə atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar. Camaat namazını nifaqı məlum olan münafiqlər tərk edərdilər”.
Muhəmməd ibn Munkədir deyir: “Mənə dünyanın ləzzətindən üç şey qalmışdır. Gecə namazını qılmaq, müsəlman qardaşlarımla birgə olmaq və camaatla namaz qılmaq”.
Süleyman ibn Həmzə əl-Məqdisi demişdir: “Fərz namazlarını iki dəfədən başqa həyatım boyu tək qılmamışam”. Süleyman ibn Həmzə doxsan yaşa qədər yaşamışdır.
Vakii ibn əl-Cərrah demişdir: “Ə'məş yetmiş ilə yaxın təkbirətul-ehramı tərk etməmişdir”.
Təqiyyiddin Süleyman demişdir: “Mən fərz namazını iki dəfə tək qılmışam. Onu qılanda da elə bil ki, qılmamışam”.113
Muhəmməd ibn Suməə demişdir: “Qırx il bir dəfədən başqa təkbirətul ehramı tərk etməmişəm. Anam öldüyü üçün bir namazı camaatla qıla bilmədim”.114
Səid ibn əl-Museyyib qırx il boyu nə vaxt azan verilirdisə artıq o məsciddə olurdu.115
İbrahim ibn Yezid demişdir: “Kim ki, təkbirətul-ehrama tənbəllik edirsə əlini ondan üz”.116
Allahdan istəyimiz budur ki, bizi Allahın dininin ən mühüm tələblərindən biri olan namazı davamiyyətli və gözəl şəkildə qılanlardan etsin! Həmçinin bu ibadəti öz müsəlman qardaş və bacılarımızla birgə, camaat şəklində qılmağı daima bizə müvəffəq etsin! Yazdığımız bu kitabçanı da xalis Allah üçün olunmuş əməllərdən və müsəlmanlar üçün fayda verən kitablardan etsin! Amin!
Dostları ilə paylaş: |