Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə4/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   2   3   4   5   6   7   8   9   ...   60
Qamu dildə varıdı zəbt ü üsul,

Bunlara düşmiş idi cümlə üqul.

Türk dilinə kimsənə baxmaz idi,

Türklərə hərgiz könül axmaz idi,

Türk dəxi bilməz idi ol dilləri,

İncə yolı, ol ulı mənzilləri.

Bu «Qəribnamə» anın gəldi dilə

Kim, bu dil əhli dəxi məni bilə.

Həmin əsrin şairlərindən Xoca Məsud da tərcümə sahə­sində öz qələmini sınamış, fars şairi Şeyx Sənanın «Xosrov və Şirin» poemasını «Süheyl və Növbahar» adı ilə türkcəyə çevirmişdir. 5568 beyt həcmində olan bu poema ötən əsrin 20-30-cu illərində ədəbiyyatşünaslar tərəfindən tədqiq və çap olunmuş, elmi dövriy­yəyə daxil edilmişdir2. Şairin 1354-cü ildə başa çatdırdığı 1773 beytlik «Fərhəngnameyi-Sədi» əsəri isə «Bustan»ın tərcüməsidir. 1361-ci ildə şair Yusif Məddah Əby Mihnəfin təxminən 3 min beytlik «Məqtəli-Hüseyn» adlı məsnəvisini tərcümə etmiş, 1368-ci ildə isə özünün məşhur «Vərqa və Gülşa» poemasını yazmışdır.

Bəyliklər dönəmində sözün əsl mənasında şeirlə tam paralel yü­rüməsə də, özəlliklə tərcümə fəaliyyətləri içində mənsur əsər­lə­rə də yer verildiyi məlumdur. Bu tərcümələrdən biri Qul Məsu­dun Aydınoğlu Umur bəy üçün fаrscadan çevirdiyi «Kəlilə və Dim­nə»dir. Umur bəy 1347-ci ildə vəfat etdiyinə görə, tərcümə bu ta­rixdən əvvəl yerinə yetirilmiş olmalıdır. Əsər karaim əsilli ünlü pol­yak türkoloqu Anani Zayanç­kovski tərəfindən tədqiq edilmiş­dir1.

Mustafa Şeyxoğlunun 1390-cı ildə bitirdiyi 7600 beytlik «Xur­şidnamə» (digər adi: «Xurşid və Fərəhşad») poeması, siya­sə­tə dair «Mərzbannamə», əxlaqa dair «Kənz ül-kübəra» (1400-cü il) adlı əsərləri bu dövrün mühüm kitablarıdır. Mustafa Şeyxoğlu Gilan hökmdarı İskəndər bin Keykavusun siyasətdən bəhs edən məşhur «Qabusnamə»ni də türkcəyə tərcümə etmişdir. Bu tərcümə əsasında ibn Ərəbşah «Qabusnamə»ni ərəb dilinə çevir­mişdir2.

XIV əsrin şairləri arasında Sivas hökmdarı Qazı Bürha­nəd­dinin (1344-1398) xüsusi yeri var. Onun 1500 qəzəl, 20 rübai və 119 tüyuğdan ibarət olan və 1393-cü ildə tərtib edilən divanı ha­zırda Britaniya muzeyindədir. Şairin ərəbcə və farsca yazdlğı şeir­ləri də bədii baxımdan çox qüvvətlidir. Eyni zanamda dövlət xadi­mi və hökmdar olan Qazi Bürhanəddin ərəbcə «İksir üs-səadat fi əsrar il-ibadət» və «Tərcih ül-tevzih» adlı elmi fiqh risalələrinin də müəllifidir. Məşhur tarixçi Əziz Astarabadi onun əmri ilə Ana­dolu tarixindən bəhs edən «Bəzmü rəzm» əsərini qələmə almışdır. Qazi Bürhanəddin öz sarayında həftədə 3 gün elmi və poetik məc­lislər keçirirmiş3.

Bunlardan başqa, Şeyxi, Əhmədi, Kaygusuz Abdal, Mus­tafa Darir, Əhməd Dai, İmadəddin Nəsimi kimi məşhur şairlər də ye­tişdirmişdir ki, onların bir qismi daha sonra Osmanlı divan ədə­biy­yatının qabaqcıl nümayəndələri arasına daxil olmuşdur.

Nəticə:

1.Səlcuq dövründə şifahi xalq ədəbiyyatı davam etmiş, dini məzmunlu bir sıra dastan və mənqibələr yaranmışdır.

2.Həmin dövrdə əvvəlcə müləmmalar, daha sonra əsas əsərlərini farsca yazan şairlər tərəfindən ara-sıra türkcə əsərlər yazılmışdır.

2.Sonra sufi gələnəyi içərisində sırf türkcə əsərlər yazan Yunis Əmrə kimi böyük şairlər yetişmişdir.

3.Səlcuq dövrü türk ədəbiyyatının inkişafında fars dilindən tərcümələr çox mühüm rol oynamışdır. Həmin dövrdə «Məntiq üt-teyr», «Bustan», «Qabusnamə», «Kəlilə və Dimnə» kimi məşhur əsərlər türkcəyə tərcümə edilmişdir.


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin