Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə2/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   2   3   4   5   6   7   8   9   ...   60
İSBN: 978-9952-29-041-7

Ó MBM

Ó Ramiz Əskər

ÖN SÖZ
Xeyli müddətdir türk xalqları ədəbiyyatı ilə məşğulam. Bu günə qədər türk, türk, özbək, uy­ğur, türk­mən, qaqauz, tatar dillə­rin­dən 30-dan artıq kitab tər­­cü­mə etmişəm. Bunların arasında dahi türk dilçisi Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri, ulu türk şairi Yusif Balasağunlunun «Qutadğu bilig» poeması, məşhur ta­rixçi Faruq Sümərin «Oğuzlar» kitabı, tanınmış mifoloq Bəhaəd­din Ögəlin "Türk mifologiyası» kitabını göstərə bilərəm. ­

Son dövrlərdə daha çox ədəbi əsərlərin tərcüməsi ilə məşğul oluram. Bunun da öz səbəbləri var. Türk xalqları ədəbiyyatının bir çox məşhur nümayəndələrinin bəzi əsərləri ana dilimizə çevrilmə­mişdi. Məsələn, Zəhirəddin Məhəmməd Babur kimi azman bir sə­nətkarın heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməmişdi. Ey­ni sözlər Sultan Hüseyn Bayqara, Mehri Xatun, Nurməhəm­məd Ən­dəlib, Abdulla Şahbəndə, Molla Nəfəs, Abdulla Tu­ka­y və baş­qa­­ları haqqında da keçərlidir. Bu boşluğu aradan qaldırmaq lazım idi. Odur ki, son iki ildə Sultan Hüseyn Bayqaranın və Mehri Xa­tunun «Divan»larını, Baburun "Seçilmiş əsərləri»ni və «Baburna­mə» kitabını, Nurməhəm­məd Ən­dəlibin, Abdulla Şahbəndənin və Məxdumqulu Fəraqinin «Seçilmiş əsərləri»ni, Molla Nəfəsin iki kitabını, türkmən şe­i­ri antologiyasını (XVII-XIX əsrlər) və özbək şeiri anto­lo­giyasını (XX əsr) tərcümə edərək çapdan buraxdım. Türkiyə ədəbiyyatı ta­rixi ilə bağlı boşluğu doldurmaq məqsədilə türk alimləri tərəfin­dən məxsusi olaraq Azərbaycan üçün hazırlan­mış iki cildlik «Türk ədəbiyyatı tarixi» kitabını da tərcümə etdim.

Bunlarla yanaşı, xarici ölkələrdə keçirilən bəzi simpozu­m­lar­da oxuduğum məruzələr vardır ki, onlar da türk ədəbiy­yatı tari­xinə aid məsələlərdir. Üstəlik, XX əsr və çağ­daş dövr ədiblərinin bəzi kitablarını da tərcümə etmiş, onlara ge­niş ön sözlər yazmış, türk xalqları ədəbiyyatının ayrı-ayrı nüma­yəndələrinin yubileyləri ilə bağlı məqalələr qələmə almışdım. Bu silsilədən dahi tatar şairi Abdulla Tukayın «Millətim», tanınmış türkmən şairi Oraz Yağ­murun «Qarabağlı ananın ağısı», ünlü qaqauz şairi Todur Zanetin «Ana di­lim» adlı kitablarını, başqırd şairi Mə­cid Qa­furinin və qa­zax şairi Qasım Amancolovun yubileyləri ilə bağlı mətbuatda dərc olunmuş məqalələri qeyd edə bilərəm. Bü­tün bunları bir kitab ha­lında bir­ləş­­dir­məyi qərara aldım və bu ki­tab meydana gəldi. Şa­irlər üzrə hər oçerk­dən sonra həmin söz ustlarının əsərlərindən bə­zi nümu­nələr verməyi də məqsədəuyğun saydım. Şeirlərin ha­mı­sı, Sultan Hüseyn Bayqaranın risaləsi və Abdulla Tukayın xa­ti­rələri mənim tərəfimdən orijinaldan tərcümə edilmişdir.

Ümidvaram ki, bu kitab həm türk xalqları ədəbiyyatının təd­ri­si za­manı kara gələcək, həm də mütəxəsislərin və geniş oxucu kütləsinin ehtiyacını qismən ödəyəcək. Ancaq hələ görüləcək çox iş var. Ona görə bu sahədəki tədqiqatları gələcəkdə də davam et­dir­mək fikrindəyəm.

Biz bu kitabı da türk dünyasının UNESCO-su sayılan və türk xalqları arasında mədəni inteqrasiyaya böyük töfhələr verən TürkSOY-a dəstək amacı ilə TürkSOY kitabxanası seriyasından nəşr edirik.


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin