Beləliklə, sonda bütün yazdıqlarımi nəzərə alaraq belə bir nəticəyə gələ bilərik ki, mülki müdafiə respublikamızın ərazisinin bütövlüyünün və orda yaşayan əhalinin sağlamlığını qorumaq üçün dövlət orqanları, fiziki və hüquqi şəxslər tərəfindən görülən dövlət tədbirlər sistemidir.
Bu tədbirləri yerinə yetirmək üçün rabitə, xəbərdarlıq, informasiya, xüsusi fənn, mətbuat və.s kimi vasitələrdən istifadə olunur.
Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq deyə bilərik ki, mülki müdafiənin 3 əsas məqsədi var:
Hadisələr baş verməmişdən əvvəl praktiki tədbirlərin görlməsi
Hadisələr zamanı elə etmək lazımdır ki, dəyən ziyanın miqdarı, həcmi az olsun
Hadisələr baş verəndən sonra onun nəticələrini aradan qaldırmaq, yeni tədbirlər görmək və həyata keçirtmək
Məqsədi ilə yanaşı həmçinin mülki müdafiənin 3 əsas vəzifəsidə var:
Əhalinin mühafizəsi
Mülki müdafiə obyektlərinin sülh və müharibə dövrlərində fasiləsiz işləməsi
Zədələnmə ocaqlarında xilasetmə və digər işlərin aparılması
Mülki müdafiənin müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə mülki müdafiənin rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələri ilə mübarizədə xeyli artmışdır.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət formalarına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı (yanğından mühafizə işi, dənizdə xilasetmə və s.) mülki müdafiəyə gündəlik rəhbərlik edir.