Respublikadan xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair



Yüklə 12,88 Kb.
tarix22.10.2017
ölçüsü12,88 Kb.
#10912

Respublikadan xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair
_______________________________

(birinci instansiya məhkəməsinin adı)




İddiaçı: _____________________

/ Ünvan: _____________________/
Cavabdeh: Hazırda N saylı cəzaçəkmə müəssisəsində cəza çəkən

________________________oğlu/qızı

/ Ünvan: ______________________/

Cavabdeh: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
İ D D İ A Ə R İ Z Ə S İ

( respublikadan xarici dövlətə sərbəst surətdə gedib-gəlmə hüququnun verilməsinə dair)

Cavabdeh ________________________oğlu/qızı aramızda olan nikah _____________tarixdə ləğv edilmişdir və bu barədə ________ rayon VVADQ şöbəsi tərəfindən ________ saylı nikahın pozulması barədə şəhadətnamə verilmişdir.

Birgə nikahdan ________ ildə ________________________oğlu/qızı, ________ ildə ________________________oğlu/qızı adlı uşağlarımız anadan olmuşdur. Uşaqlar mənim himayəmdə qalmışdır. Uşaqların maddi təminatı və tərbiyəsi ilə özüm məşğul oluram. Cavabdeh ata kimi uşaqları ilə maraqlanmır. _______ rayon məhkəməsinin ______________ tarixli hökmü ilə cavabdeh ________________________oğlu/qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ______ maddəsi ilə məhkum olunaraq _______ müddətə azadlıqdan məhrum edilmişdir. Hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.

Uşaqların maddi cəhətdən təmin edilməsi üçün mənə ___________ respublikasında yaşayan qardaşım kömək edir. Mən uşaqları tətillərdə dayılarının yanına aparmaq istəyirəm ki, qohum kimi ünsiyyətdə olsunlar.

Lakin qanunvericiliyə əsasən uşaqlar yetkinlik yaşına çatmadıqları üçün onları atanın razılığı olmadan xarici dövlətə aparmaq mümkün deyildir. Cavabdehdən belə bir razılığı almaq mənim üçün mümkün deyil.

«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə (Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi) əsasən vətəndaşın ölkədən getmək və ya ölkəyə gəlmək hüququ bu Qanunla müəyyənləşdirilmiş qaydada yalnız Azərbaycan Respublikası vətəndaşının pasportu və beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazə viza əsasında həyata keçirilir. 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Cavabdeh uşağın doğum haqqında şəhadətnaməsində atadır, əslində uşaqlar mənim himayəmdədir və onların maddi, mənəvi təminatı ilə özüm məşğul oluram, cavabdehin kağız üzərində bir ata kimi mövcudluğu isə uşaqlarımı özümlə xaricə aparmaq üçün qeyd etdiyim kimi problem yaradır.

Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrini rəhbər tutub məhkəmədən




Xahiş Edirəm:
_________ ildə ________________________oğlu/qızı, ________ ildə ________________________oğlunun/qızının xarici ölkəyə atasının razılığı olmadan sərbəst surətdə gedib – gəlmə hüququnun verilməsinə dair qətnamə çıxarasınız.

Qoşma: Boşanma haqda şəhadətnamənin surəti

Doğum haqda şəhadətnamənin surəti

Dövlət rüsumunun ödənilməsi barədə qəbz

İddia ərizəsinin surəti

Şəxsiyyət vəsiqəsinin surəti

Hökmün surəti

İddiaçı: ________________________oğlu/qızı




“___” _______ 20____-ci il
Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin