Rəsulova Tünzalə stm sərbəst İş Nominal və ranq şkalası



Yüklə 21,14 Kb.
səhifə1/2
tarix01.01.2022
ölçüsü21,14 Kb.
#106637
  1   2
STM-1


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Qrup 824

Rəsulova Tünzalə

STM Sərbəst İş

1.Nominal və ranq şkalası.

Sosiologiyada ölçmə nəzəriyyəsi adlandırılan bütöv bir bilik sahəsi mövcuddur. Bu kitabın materialını mənimsəyəndən sonra siz onun öyrənilməsinə başlayaraq başqa ölçmə modellərinin mövcudluğundan xəbərdar ola bilərsiniz. Beləliklə, əgər ölçmə prosesində biz ancaq obyektlərin bərabərliyi – qeyri-bərabərliyini əks etdiririksə, onda nominal şkala adlandırılan şeyi əldə edirik. O, həm də ad, kateqoriya, ordinar (ordinaldan fərqli olacaq) şkalası da adlandırılır. Nominal şkala halında ölçmə ən aşağı səviyyədə olur, ona görə ki, bu səviyyənin çərçivəsində ölçmə obyektləri arasında ən sadə münasibətlər, məhz «bərabərlik – qeyri-bərabərlik» münasibətləri modelləşdirilir.

Yuxarıda qeyd olunmuş beş sual halında «cins» və «fakültə» nominal şkala ilə ölçülürlər. Birinci şkala (cins) iki, ikincisi isə on altı şkala qiymətindən ibarətdir. İşarə olunmuş kodlar məhz elə şkala qiymətləridir, yəni, onlar Eİ-in qiymətləri kimi izah olunurlar. Birinci Eİ üç kodlaşdırma üsulundan ikincisində iki qiymət (1, 2) qəbul edə bilər. İknicisi isə, əgər kodlaşdırmanın iki üsulundan birincisini nəzərdən keçirsək (1, 2, 3… 15, 16) qiymtələrini qəbul edə bilər. Hər bir qiymət verbal (söz ilə) interpretasiyaya malikdir. Nominal şkala halında üstündə ancaq iki qiymət olan (0 və 1) dixomatik şkalalara keçmək olar. O zaman «cins» empirik indikatoru iki indikatora çevrilir və onların hər biri iki qiymət qəbul edir:

a) kişi olmaq və ya olmamaq,

b) qadın olmaq və ya olmamaq.

Nominal və sıra şkalasının arasında qismən nizamlanmış şkala vardır. Məsələn, orta məktəb qiymətləri. Bu qəbildən olan şkalaları bir sadə səbəb üzündən nəzərdən keçirməyəcəyik. Ancaq «Metodologiyaya giriş…» kursunun öyrənən tələbə üçün bütün şkala tipləri haqqıda bilikdən daha çox onlardan istifadə etmək vərdişini əldə etmək lazımdır. Bu vərdişlər isə prinsipial olaraq ancaq indicə nəzərdən keçirdiyimiz üs əsas şkala tipi üçün fərqlənirlər. Əlbəttə ki, bu müəllif mövqeyi ölçmə problemləri üzrə mütəxəssislər tərəfindən bəyənilməyəcəkdir. Siz sonradan başqa nəticəyə gəlsəniz, bunun heç bir ziyanı olmayacaqdır.

İndi isə sosiologiyada metrik şkalaların ancaq nəzəri cəhətdən mövcud olmaları, praktiki cəhətdən isə çox vaxt psevdometrik xarakter daşımaları haqqında tezisi anlamağa çalışaq. Biz şərh prosesində «metrik şkala» terminindən müəyyən dərəcədə şərti olaraq istifadə edəcəyik. Ölçmə səviyyəsi sıra səviyyəsindən yüksək olan istənilən şkalanı, yəni nominal və sıra şkalalarından başqa bütün şkalaları biz belə işarə edəcəyik. Beləliklə, nəyə görə sosiologiyada psevdometriklik fenomeni müşahidə olunur və nəyə görə bunu bilmək tələbə üçün belə vacibdir? Şkala tipinin dərk edilməsi bilavasitə analizin strategiyasına, informasiyanın «emal edilməsi» üsullarının, metodlarının, yollarının seçilməsinə təsir göstərir. Beləliklə, biz ancaq üç şkala tipi ilə «işləyirik»: nominal şkala, sıra şkalası, metrik şkala.

Bu zaman a>b>c>d. Bununla da biz dörd dərəcəli sıra şkalasını əldə etdik. Başqa cür də fikirləşmək olardı, məsələn, birinci situasiyanı kafi kimi deyil, yaxşı kimi göstərmək olardı. Situasiyanı müəyyən keyfiyyətə aid etməməkdən ötrü qərarın çıxarılması üçün ekspertlərin rəyindən istifadə etmək lazımdır. Beləliklə, mülahizələrin keyfiyyətini sıra şkalası ilə ölçmək üçün alət əldə etmiş oluruq. Çıxış mahiyyətli empirik indikatorlar nominal şkala ilə ölçülmüşdür. Hələlik bu ölçmə aləti ancaq ayrıca götürülmüş respondentin tələb olunan keyfiyyətini ölçmək üçündür. Belə bir sual yaranır ki, ümumi qiymətləndirməyə, yəni sorğuya çəkilən tələbələrin bütün qrupu üzrə «mühazirə kursunun» qiymətini əldə etməyə necə keçmək olar? Belə sualın cavabı da tədqiqatın çöl mərhələsinə başlamamış ətraflı düşünülməlidir. Bu suala cavabın üsullarından biri məntiqi kvadratdan istifadə halında olduğu kimi, analitik indeksin formalaşdırmasıdır. Obyektlərin sayı 45 - 50. Obyekt rolunda çıxış edə bilərlər: respondentlər, ailələr, tələbə qrupları və s. Yəqin ki, onlar respondentlər olacaqlar, çünki 50-yə yaxın obyekt lazımdır. “Çoxbilmişlərə” xəbərdarlıq – bu mərhələdə hər şey kompyutersiz ediləcəkdir. Əvvəlcə, “mühazirələrdə” göstərilmiş bütün tapşırıqları əllə yerinə yetirmək və ancaq sonra kompyuterdən istifadə etmək məsləhətdir.

Əlamətlərin sayı minimal olaraq üçə bərabərdir. Onlardan birincisi dərəcələrinin sayı 6-9-a bərabər olan nominal şkala üzrə ölçülüb. Ikincisi dərəcə sayı 5-7-ə bərabər olan sıra şkalası üzrə ölçülüb. Nəhayət üçüncü əlamət metrik şkala üzrə (rəqəmlər, kəmiyyətlər) ölçülüb. Bu zaman hesablamaları sadələşdirmək üçün əlamətin qiyməti kimi ikirəqəmli tam ədədlərdən istifadə etmək məsləhətdir.

Bölgülərin empirik əyrixətlər şəklində (poliqonlar və kumulyatalar) olan qrafik təsviri sosioloqa şkala tiplərindən asılı olaraq müxtəlif məqsədlər üçün lazımdır. Nominal şkala üçün biz müxtəlif peşə qruplarını onların bizim məlumatlarda iştirakına (həcminə) görə nizamlaya (ranjirləmə keçirmə) bilərik və müvfiq modal (həcmcə ən böyük) qruplar ayıra bilərik. Bundan başqa sıra şkalası üçün təhsildən razı qalmaqlarının qiymətləndirilməsində tələbələrin yekdillik dərəcəsi də müəyyən olunur. Terstoun şkalasını yada salaq, hansının ki, qurulması üçün mediana və kvartil amplituda vasitəsilə ekspertlərin yekdillik dərəcəsi qiymətləndirilirdi. Bölgünün empirik əyrixətləri ən mühüm rolu metrik əlamətlər üçün oynayırlar. Amma bu rol nə ilkin analiz ilə, nə də empirik indikatorların davranışının öyrənilməsi ilə deyil, göstəricilərin /əmsalların/ indekslərin davranışı ilə bağlıdır.




Yüklə 21,14 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin